Qadının masturbasiya və orqazm olması haqqında bilmədikləriniz

Qadının masturbasiya və orqazm olması haqqında bilmədiklərinizTürkiyənin tanınmış yazarı Ayşe Armanın "Yaşasın orqazm" yazısından qadınların masturbasiyası və orqazmı haqda maraqlı parçaları təqdim edir.

Yapon dilində kişinin masturbasiyasına "senzuri" deyirlər, mənası "min zərbə", qadınınkına isə "manziru" deyirlər, mənası "on min zərbə" deməkdir.

Qadının orqazm olmağı orta hesabla 20 dəqiqə çəkir. Kişilərdə isə 2-5 dəqiqə vaxt aparır. Bəli, bu, haqsızlıqdır. Amma başqa nə etmək olar ki? Yadda saxlayın, 20 dəqiqə orta vaxtdır. Qadınların yarısında bu müddət 30 dəqiqəyə çatır, daha uzun da çəkə bilər. Tamamilə əksi də ola bilər. Seksə aid hər şeydə olduğu kimi, orqazmda da "norma" yoxdur, hər bir şəxsin özünün "norması" var.

Aparılan araşdırmaya görə, qadınların 63 faizi partnyorları ilə seksual əlaqəyə girərkən fantaziya qururlar. 93 faizi isə masturbasiya zamanı xəyallarında müəyyən ssenari və görüntülər canlandırırlar. Bunu etmək ayıb deyil. Qadınların çoxu edir. Əslində insanın ən böyük cinsi orqanı beynidir.

Araşdırmalara görə, qadınların 1-2 faizi heç nəyə ehtiyac duymadan, sadəcə beyinlərinin gücü ilə orqazm ola bilirlər.

Bir qadının orqazm olması üçün 10 səbəb
Çünki gərginliyi azaldır
Çünki menstruasiya sancılarını və baş ağrılarını azaldır
Çünki partnyorunuz olmasa da edə bilərsiniz
Çünki yaxşı hiss etdirir
Çünki havayıdır
Çünki qanunidir
Çünki stressi azaldır
Çünki kalori yandırır
Çünki yatmağınıza kömək edir

Niyə etməyək ki?

Masturbasiya haqqında eşitmiş ola biləcəyiniz 6 yalan

1) Yalan: Masturbasiya tənha insanların işidir, partnyoru olanlar eləməməlidir.

Həqiqət: Dəxli yoxdur. Sevgilisi olanlar, yaxud evli olanlar edə bilər. Bəzən hətta cütlüklər bir-birlərinin cinsi orqanını oyandıraraq, yaxud seksual söhbətlər edərək növbəylə bir-birlərinin orqazm olmağına kömək edirlər.

2) Yalan: "Əgər qadın masturbasiya edərsə, sonra kişi ilə yatanda orqazm yaşaya bilmir"

Həqiqət: Əksinədir. Araşdırmalar masturbasiya ilə orqazm olan qadınların cütləşən zaman orqazm olma ehtimalının daha yüksək olduğunu göstərir. Bir də qadın öz bədənini tanıyırsa, cinsi mənada özünü yaxşı hiss etdirən şeyləri bilmə ehtimalı da yüksəkdir.

3) Yalan: Masturbasiya ilə özünə zərər verə bilərsiniz

Həqiqət: Belə baxanda, çox şey risklidir. Məsələn, maşın sürərkən masturbasiya etmək həqiqətən təhlükəlidir.

4) Yalan: Masturbasiya edən qadının bakirəliyi pozula bilər.

Həqiqət: Bakirəliyin pozulmağı üçün mütləq bir partnyor olmalıdır. Masturbasiya isə tək görülən iş olduğuna görə, qadının bakirəliyini itirməsindən söhbət gedə bilməz.

5) Yalan: Masturbasiya etmək əxlaqsız, pis qızların işidir

Həqiqət: Xeyr. Heteroseksual, biseksual, lezbiyan, çox sekslə məşğul olan, tənha, evli, sevgilisi olan, həkim, it saxlayan, vəkillər, müəllimlər, evdar qadınlar, işsiz qadınlar, rəhbər qadınlar – hər yaşdan, hər irqdən, hər dindən olan qadınlar masturbasiya ilə məşğul olurlar. Ateistlər və aqnostiklər də.

6) Yalan: Tez-tez masturbasiya etmək olmaz və buna fikir vermək lazımdır

Həqiqət: Bir qadın özünə həzz verməyə çox vaxt ayırır və dərslərindən qalır, işə gecikir, dostlarına vaxt ayırmır, mühüm işlərdən yayınırsa, bu mənada zərərlidir. Digər halda heç bir zərəri yoxdur.

Sağlamlıq     Baxılıb: 88331   Tarix: 17 yanvar 2015
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları qaşların formalari səfər duası masaj edirem 2026 ci ilin debi donlar yay ucun kosmetika banan novruz hakısdası veten haqqinda bayatilar prostat zencefil