Qadınlar MÜTLƏQ OXUYUN ! Sidik yolu infeksiyasının SƏBƏBLƏRİ

Qadınlar MÜTLƏQ OXUYUN ! Sidik yolu infeksiyasının SƏBƏBLƏRİQadınlarda sidik yolu infeksiyası, yəni sistit, kişilərə nisbətən daha çox rast gəlir. Təxmini olaraq qadınların 50-60% - i həyatlarında ən az bir dəfə sidik yolu infeksiyası keçiriblər. Bir çox qadınlarda sidik yolu infeksiyası təkrarlanır. Sidik yolu infeksiyasının tez-tez təkrarlaması həm həyat keyfiyyətini aşağı salır, həm də böyrəklər tərəfindən ciddi problemlər yaradır. Yəni infeksiyaların təkrarlanmaması üçün lazımlı tədbirlər vaxtında alınmalıdır.

Sidik yolları infeksiyasının səbəbləri

Qadınların sidik yolları xaricə çox qısa bir kanalla açılır. Bu səbəblə çöldən mikrobların girməsi daha asandır. Xüsusilə vaginal və anal bölgədə olan enterobakteriyalar yuxarı doğru sidik kanalına və sidik kisəsinə yayıla bilirlər. Bu mikrobların sidik kisəsinə girməsinə və infeksiyaların çoxalmasına səbəb olur. Xüsusilə, bədən müqavimətinin azalması və immunitetin zəiflənməsi ilə daha tez bu simptomlarla qarşılana bilər.

Sidik yolları infeksiyasının kliniki əlamətləri - sidiyə gedəndə yanma və göynəmə, tez-tez sidiyə çıxma, sidik edərkən çətinlik, sidiyin qanlı gəlməsi, qarının və belin aşağı nahiyyələrində ağrılar, sidiyi tuta bilməmə, qızdırma və halsızlıq.

Bu vəziyyətlərdə mütləq həkimə müraciət etmək və ümumi sidik analizi vermək lazımdır. Bəzən ümumi analizin yetərli olmur ona görə də sidiyin əkilməsi tələb olunur. Sidiyin əkilməsi infeksiyanın növünü və antibiotiklərə həssaslığını dəqiq təyin etməyə imkan yaradır. Əkilmədən sonra ən təsirli dərmanı seçmək daha məqsədə uyğundur.

Sidik yolları infeksiyasının müalicəsi
Şikayətlər çox şiddətli deyilsə ilk növbədə alınan maye miqdarını artırmaq lazımdır. Bol maye qəbulu daha çox sidik ifrazına səbəb olacaq və sidik ilə mikrobların çölə doğru atılmasını təmin edəcək.

Sistitin müalicəsində edilən səhvər - xəstəyə nəzarətsiz olaraq geniş spektrli yəni bütün bədənə təsiri olan və faydalı mikrobları da öldürən antibiotiklərin təyini, uzun müddətli antibiotiklərin istifadəsi və sidik yollarına uyğun olmayan dərmanların seçilməsidir. Yanlış istifadə olan dərmanlar irəlidə daha böyük problemlər yaradır.

Düzgün müalicə - uyğun dərmanların (antibiotikler və bitki tərkibli) seçilməsi, sidik yollarının turşuluq dərəcəsinin nizamlanması, maye qəbulunun artırılması, böyrək xəstəliklərin aradan qaldırılması.

Sidik yolu infeksiyalarından ən çox rast olan mikrorqanizm E.Coli'yə qarşı təsirli antibiotik istifadə edilməlidir. Ağrını aradan qaldırmaq məqsədi ilə ağrıkəsicilər istifadə edilə bilər. Bol maye qəbulu müalicənin effektivliyini artırır. Həmçinin C vitamini, quş üzümü tərkibli çaylar, vaginal şamlar, probiotiklər və immunmodulyatorlar sidik yolu infeksiyasının müalicəsində istifadə edilə bilər. Sadə sidik yolu infeksiyalarının müalicəsində 3 günlük müalicəsi kafidir.

Əgər sidik yolu infeksiyası bir il ərzində 3 və ya daha çox olursa, bu zaman başqa səbəbləri araşdırmaq lazımdır.

Ginekoloq Nərminə Əskərova

Sağlamlıq     Baxılıb: 11401   Tarix: 26 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

sade makiyaj sekilleri gelinlikler toy makiyajlari praktik reseptler qadin dunyasi kulinariya şəfalı otlar kosmetika xerceng ariqlamaq bürcler qadin.az gunay