Qadınlarda sistit və onun yaranma səbəbi

Qadınlarda sistit və onun yaranma səbəbiXalq arasında "sidiyə çətin çıxma" adlandırılan "sistit" demək olar ki, hər qadının problemidir. Xəstəliyin ən sadə tərifi: "infeksiya nəticəsində sidik kisəsinin iltihabı". Ancaq səbəb ola biləcəyi ciddi problemləri diqqətə alsaq, onun adi bir narahatlıq olmadığı aydın olur.

Səbəbi nədir?

Qadınların anatomiyası yoluxucu xəstəliklərə məruz qalma məsələsində daha "açıq" bir quruluşa sahibdir. Buna görə də sidik yollarında, ya da nəsil artırma orqanlarında ola biləcək infeksiya riski olan xəstəliklərin sayı olduqca çoxdur. Bu məsələdə diqqətsiz olmaq sistitin ortaya çıxması üçün ən böyük faktordur. Məsələn, ümumi tualet, ya da sintetik parçadan hazırlandığı üçün əslində bakteriya yuvası olan alt paltarı sistitə səbəb ola bilər. Sistitə gətirib çıxaran digər səbəblərsə bunlardır:

- Cinsi əlaqə zamanı və ya genital bölgədə təmizliyin lazımi səviyyədə olmadığı hallarda,

- Sidiyin uzun müddət saxlanılması,

- Sidik yollarını daraldan xəstəliklər.

- Sistitin ən sıx rast gəlinən səbəbi isə "Escherichia Coli" adlanan bakteriyalardır. Bu bakteriyaların ən əhəmiyyətli xüsusiyyəti çox sürətlə törəmələridir.

Bakteriyalar alt sidik yollarını aşaraq sidik kisəsinə çatır. Sidik kisəsinə çatan bakteriyalar sidiklə xaric edilir. Ancaq bakteriyaların sayı xaric ediləndən çox olduqda sidik kisəsində və daha sonrakı mərhələdə böyrəklərdə iltihablanmağa yol açır. Mütəxəssislərin rəyinə görə, qadınların yüzdə 20-si həyatı boyunca ən azı bir dəfə sistitə tutulur. Əgər düzgün müalicə alınmasa, xəstəlik qadının həyatını qaraldan bir hala çevrilir... Sistitin ən pis tərəfi sidik kisənizdə sidik olmadığı halda keçirdiyiniz yanma hissinin sizi tualetə getməyə məcbur etməsi və sidik ifrazı əsnasında əziyyət çəkməyinizdir. Problemi yalnız antibiotiklə həll etməyə çalışmaqla bakteriyalardan dərhal xilas olmaq mümkün olmadığından, xəstəlik xroniki hal ala bilər. Hətta xəstəlik böyrəklərə təsir etməklə yanaşı, hamiləlik müddətində problemlərə yol aça bilər. Sadə bir infeksiya hadisəsi kimi görünsə də, laqeydlik göstərildiyi zaman sistit həyatınızı kabusa çevirə bilər. Bir çox qadın üçün "ötəri" bir problemdən başqa bir şey olmayan bu xəstəliyin xroniki hal alması və onun fəsadları uşaq sahibi olmağınıza da maneçilik törədə bilər!

Əlamətləri və müalicəsi nədir?

Xəstəliyin ilk mərhələdə əlamətləri şəxsə görə dəyişsə də, ümumi anlamda eyni xəttdə irəliləyir. Sidik xarici əsnasında yanma və göynəmə (bu, sidik ifrazından sonra da davam edə bilər), tez-tez sidiyə çıxma, qasıqda və anusda ağrı, temperaturun qalxması, tərləmə, yorğunluq, qusma və ürəkbulanma, cinsi əlaqə zamanı ağrı hissi xəstəliyin əsas əlamətləridir.

Hər bir xəstəlik kimi sistit də ancaq həkim nəzarəti altında müalicə edilə bilər. Ümumiyyətlə, müalicə antibiotiklər yolu ilə həyata keçirilir. Ancaq bu, yenə də həkiminizin sizin üçün uyğun hesab etdiyi antibiotik olmalı və nizamlı istifadə edilməlidir. Sistitin müalicəsində edilən ən böyük səhv əlamətlər ortadan qalxar-qalxmaz sağaldığı qənaətinə gələrək dərmanları buraxmaqdır. Bu bakteriyalar tamamilə yox olmadan müalicəni dayandırdığınız üçün xəstəliyin təkrarlanmasına və xroniki hal almasına gətirib çıxarır. Həyata keçirəcəyiniz tədbirləri isə bu şəkildə sıralaya bilərik:

- Tualetdən sonra genital bölgə təmizliyini "öndən arxaya doğru" edin. Beləcə, bakteriyaların sidik yollarına girməsinə maneə yaradarsınız.

- Sidiyinizi tutmayın və bacardığınız qədər tez-tez xaric edin. Beləcə, bakteriyaları kənar edərsiniz. Ayrıca bol-bol su içmək sidik ifrazını və beləliklə də bakteriyaların xaric edilməsini artırır.

- Cinsi əlaqədən sonrakı on dəqiqə ərzində mütləq sidik ifraz etməyə çalışın.

- Sintetik parçalardan çəkinin və çox sıx alt paltarları geyməməyə diqqət yetirin.

- Hər gün mütləq alt paltarınızı dəyişin və pambıqdan hazırlanmış alt paltarlarını seçin.

Təyin edilmiş müalicə ilə sistit əlamətləri 24 saat içində itir. Ancaq xəstəliyin gedişatı mikrobun növünə, risk faktorların aradan qaldırılmasına bağlıdır. Əlamətlər aradan qalxsa da, müalicənizə həkiminizin təyin etdiyi şəkildə davam etməlisiniz.

Hansı bitkilər faydalıdır?

Sidik yolu infeksiyalarına qarşı ən yaxşı qoruyucu limon suyudur. Limon suyu təkrarlanan sistitlərdən qorunmada yaxşı vasitədir. Bununla yanaşı, böyürtkən də xeyirlidir. Cəfəri də bu baxımdan faydalı sayıla bilər.

Sağlamlıq     Baxılıb: 13240   Tarix: 05 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

adlarin menasi kosmetika mehsullari toy gecesi frans subert haqqinda hamiləlik və analıq bayatılar vətən haqqında içi doldurulmuş badımcan turşusu kosmetika azerbaycanli is adami amerikada gullelendi insan yumurta vidyolar novruz bayramı haxışta