Qamətli və hündürboy olmaq istəyənlər üçün ipuclar

Qamətli və hündürboy olmaq istəyənlər üçün ipuclarƏgər boyumuzun hündürlüyü istədiyimiz səviyyədə deyilsə, daha yaxşı olması üçün nə edə bilərik? Gəlin boy hündürlüyünü təbii olaraq artırmağı sınaqdan keçirək.

Hündürlük insanın ümumi şəxsiyyətini müəyyənləşdirən vacib bir amildir. Baxmayaraq ki, boyun qısa olması şəxsin qabiliyyətlərinə və nüfuzuna kölgə salmır, hündür boylu insanlar çox zaman diqqət mərkəzində olurlar. Qısa boylu insanlar təkcə əminlik hissinin çatışmazlığından əziyyət çəkmir, eləcə də öz həyatlarının bəzi aspektlərində müəyyən çətinliklərlə üzləşirlər.

Müntəzəm fiziki məşğələlər və idman. Boyun təbii şəkildə artması üçün ən yaxşı məsləhətlərdən biri uşaq olarkən fiziki baxımdan gümrah və fəal olmaqdır. Müntəzəm məşğələlər və idman fəaliyyətləri insanın boyunu artırır. Siz fiziki baxımdan fəal olduqda vücudunuz daha çox sağlam qidalandırıcı maddələr tələb edir və nəticə etibarilə qidalandırıcı maddələrin qəbulunda artım düzgün böyümə ilə nəticələnir. Üzgüçülük, aerobika, tennis, futbol, basketbol kimi idman fəaliyyətlərindən zövq almaq və yaxud bir sıra bədən əzələlərini açan hərəkətlərlə məşğul olmaq vücudumuzun böyüməsini təmin etmək üçün yaxşı üsullardır. Əzələlərimiz tərin çıxması vasitəsilə vücudumuzu təmizləməkdən və zərərli maddələrdən azad etməkdən başqa böyümə potensialımızı artırır. Müntəzəm məşqlər və yaxud idman aydın şəkildə gündəlik fəaliyyətlərimizin tərkib hissəsi olmalıdır:

Özünüzdə əminlik formalaşdırın. Əgər insan ucaboydursa, lakin özünə əminlik çatışmırsa, ona xeyri yoxdur. Beləliklə də, uşaqlıqdan özündə əminlik formalaşdırmaq və onu siz böyüdükcə bəsləmək çox vacibdir. Siz məktəb fəaliyyətlərində iştirak edə, bir kluba qoşula və öz maraqlarınıza və sevimli məşğuliyyətinizə uyğun şəkildə vaxtınızı keçirə bilərsiniz. Bütün bunlar sizin əhvalınızı və rahatlıq hissinizi qaldırmağa təsir edir və bununla da əminlik dərəcənizə təsir göstərir. Əgər sizin müsbət əhvalınız varsa və əminliklə dolusunuzsa, hətta qısa boy atma da sizin üçün əngəl kimi görsənməyəcəkdir. Beləliklə də, özünüzə əminliyi inkişaf etdirin.

Düzgün yatmaq. Bu hamıya çox yaxşı tanış olan bir faktdır ki, biz istirahət edərkən vücudumuz böyüyür və toxumalar yenidən əmələ gəlir. Düzgün yuxulamaq və dincəlmək böyüyən vücud üçün mütləq şəkildə vacibdir. Güman edilir ki, İnsanın Böyümə Hormonu (İBH) bizim vücudumuzda əsaslı, dərin və asta yuxu zamanı təbii şəkildə əmələ gəlir. Böüyüyən uşaqlar və yaxud yeniyetmələr özlərinin maksimum boy hündürlüyünə çatmaq üçün hər gecə 8 saatdan 11 saata kimi düzgün yuxu qəbul etməlidirlər. Sizin düzgün yatmaq mühitinizin olmasını təmin etmək həddən artıq dərəcədə vacibdir. O sakit, narahat edici səslər və yaxud güclü işıq olmadan baş verməlidir.

Üzgüçülük boyunuzu artırmaq üçün ən yaxşı yollardan biridir. Əgər bir kəs buna erkən yaşlarında başlasa, əlbəttə ki onun boyunun hündürlüyü adekvat olacaqdır. Həftədə 4-5 gün gündəlik 2 saatlıq üzmək boyunuzun hündürlüyünü artırmaqda yüksək dərəcədə effektiv təsir göstərə bilər.

Sizin başlanğıc üçün sınaqdan keçirə biləcəyiniz dartınma hərəkətləridir. Sadə dartıma məşqlərini müntəzəm olaraq, sizin üçün səmərəli olması üçün onları ən azı 15 dəqiqə müddətində etməyiniz tövsiyə olunur.

Asılma məşqləri bir kəsin hündürlüyünü məşqlər vasitəsilə artırmaq üçün faydalı ola bilər. Baxmayaraq ki, bu başlanğıcda sınaqdan keçirmək üçün bir qədər çətin gələ bilər, siz yavaş-yavaş asılmağa öyrəşəcəksiniz. Sizə bunun üçün lazım olan sadəcə bir tirdir. Ondan qollarınızla və onurğanızla 10 saniyə ərzində dartılmış vəziyyətdə asılın. Bir-birinin ardınca 12 dəfə bunu təkrar edin və yaxud həmin hərəkəti hər gün 2 dəqiqə ərzində yerinə yetirin.

Yoqa. Yoqa boyunuzu təbii şəkildə artırmaq üçün mükəmməl və nisbətən daha az gərgin üsuldur. Yoqa ümumi gümrahlıq gətirir ki, bu da sizin boyunuzun artmasına təkan vermək üçün faydalıdır. Müəyyən yoqa pozaları vücudunuzda böyüməyə səbəb olan hormonların buraxılmasını sürətləndirir. Yoqada cəmləşdirilmiş dartınma və tarazlaşdırma çalışmaları əzələləri möhkəmləndirir və bədənin qamətini də yaxşılaşdırır. Üçbucaq poza (trikonasana), kobra pozası (bhujangaasana), dağ pozası (tadasana), məmnunluq pozası (sukhasana), ağac pozası (vriksasana) kimi yoqa pozalarını sınaqdan keçirin. Siz öz fitness rejiminizə suryanamaskarı da əlavə edə bilərsiniz.

Qaməti düzgün saxlamaq. Uşaqlıqdan qamətin düzgün saxlanılmasna lazımi diqqət yetirilməlidir. Stulda düzgün oturmaq, piyada gəzərkən və yaxud ayaq üstə dayanarkən çiyinlərinizi düz, çənənizi dik və ombanızı ayaqlarınızın üzərində saxlamaq kimi sadə şeylər gerçəkdən də sizin boy hündürlüyünüzə əlverişli təsir göstərə bilər. Gəzərkən qamətinizi əyməyin. Düz onurğa və güclü kürək boyunuzun artmasında çox əhəmiyyətlidir. Boynunuzu və başınızı əyilmədən və yaxud qamətinizi bükmədən nizamlayın. Yaxşı yastıq və vücudunuza dost döşək də onurğanızı rahat saxlamaq üçün bərabər dərəcədə vacibdir.

Qeyd etmək lazımdır ki, gəzərkən və yaxud dayanarkən çiyinləriniz əyilməməlidir. Bütün vasitələrlə donqarlıqdan qaçınmaq lazımdır. Yaxşı və düzgün qamət sizi hündür, yaraşıqlı və əmin göstərir.

Balanslaşdırılmış diet. Balanslaşdırılmış diet düzgün qidalanma əldə etmək üçün mütləq dərəcədə əhəmiyyətlidir. Nəyin bahasına olursa-olsun sağlam olmayan qidadan uzaq durun. Bunu təmin etmək lazımdır ki, boyunuzun tam böyüməsi üçün siz vücudunuzun ehtiyac duyduğu bütün vitaminləri və mineralları qəbul edəsiniz.

Doymuş yağlardan, qazlı içkilərdən və həddən artıq şəkərlə doldurulmuş ərzaqlardan qaçının, çünki bunlar sizin boyunuza mənfi təsir göstərə bilər.

Vitamin D və zülallar bor artma hormonlarının çoxalmasına kömək edir və dişlərin və sümüklərin düzgün inkişafı üçün də onlar tələb olunur. Beləliklə bu qidalandırıcılarla zəngin olan pendir, paxla, tofu, yağsız ət, yumurtanın ağı sizin qidalanmanıza daxil edilməlidir.

Sink qəbul etmək də çox vacibdir çünki onun çatışmazlığı uşaqlarda böyümənin zəifləməsinə gətirib çıxara bilər. Quşqonmaz (mərəçüyüd), şokolad, yumurta və yerfındığı kimi ərzaqlar sinklə zəngindir.

Süd məhsullarında və yaşıl tərəvəzlərdə tapılan kalsium sümüklərin böyüməsi və inkişafı üçün tələb olunur.

Bundan başqa, maqnezium və fosfor kimi minerallar, karbohidratlar və vitaminlərdən də imtina etmək olmaz, çünki onlar da vücudun düzgün böyüməsinə öz töfhəsini verir.

Qida tələbatları həm də məhdud miqdarda əlavələrin qəbul edilməsi ilə tamamlana bilər.

Yaxşı maddələr mübadiləsinə malik olmaq vacibdir. Beləliklə, gün ərzində 6 dəfə balanslaşdırılmış qida qəbul edə bilərsiniz. Kiçik, lakin yaxşıca ölçülüb-biçilmiş porsiyalar sizin maddələr mübadiləsi dərəcənizi artırmaq üçün yardımçı ola bilər. Bu, bədəninizdə daha az yağın saxlanmasına gətirib çıxarmaqla sizin düzgün hündürlüyə qədər boy atmağınıza imkan verəcəkdir.

Böyüməni ləngidən amillərdən qaçının. Siz boyunuzun kənar və yaxud daxili amillərin təsirinə məruz qalmamasını təmin edə bilərsiniz. Beləliklə, yadınızda bəzi şeylər saxlayın:

Gənc yaşlarında narkotika və yaxud alkoqol qəbul etmək hədən artıq zərərli ola bilər. Bunlardan istifadə etmək boy artımının ləngiməsinə və doyunca qidalanmamağa gətirib çıxarda bilər ki, bununla da tam hüdürlüyünüzə qovuşmağı əngəlləyər.

Kafeinin qəbul edilməsi məhdudlaşdırılmalıdır, xüsusən də uşaqlar arasında, çünki o sizi düzgün və müntəzəm yuxulamaqdan saxlayır. Uşaq və yeniyetmələrin 8 saatdan on bir saata qədər düzgün yuxuya ehtiyacı olduğundan, kafein bunu böyük dərəcədə məhdudlaşdıraraq, bununla da dolayısı şəkildə böyümənin ləngiməsinə dəstək olur.

Bundan əlavə, steroidlərin də gənc uşaqlarda sümük inkişafına mane olaraq onların boyuna mənfi təsir göstərdiyi aşkar edilmişdir. Tədqiqat göstərmişdir ki, astmadan əziyyət çəkən və inqalyatorlardan istifadə edən uşaqlarda və yeniyetmələrdə boyun digərlərindən ½ düym az artması tendensiyası müşahidə olunmuşdur. Bu ona görə baş verir ki, həmin inqalyatorlar budesonid adlanan nisbətən kiçik miqdarda steroid çiləyir.

Güclü immun sistemi. Bəzi uşaqlıq xəstəlikləri də ləngiyən artıma səbəb ola bilər. Bundan müntəzəm olaraq immunlaşdırma yolu ilə və çoxlu Vitamin C qəbul etməklə qaçınmaq olar ki, onu da portağal, qreyfrut və limon kimi sitrus bitkilərindən əldə etmək mümkündür. İmmun sistemi bütöv və təzə məhsullar yeməklə və çox məşhur marqarin kimi emal olunmuş və hidrogenləşdirilmiş ərzaqlardan qaçınmaqla güclü saxlanıla bilər.

Sağlam diet sağlam immun sisteminə səbəb olacaqdır. Sağlam immun sisteminizi saxlamaq üçün qidanıza çoxlu meyvələr, tərəvəzlər, paxlalı bitkilər, dənli bitkilər və antioksidantlar və omega-3 yağ turşuları ilə zəngin olan ərzaqlar daxil edin.

Tibbi yardıma müraciət edin. Əgər siz yeniyetməlik çağınızın ortasına çatmısınızsa və bütün üzvlərin hündürboylu olduğu ailədən çıxmısınızsa, ancaq öz boyunuzun artmadığını aşkar edirsinizsə, həkimə müraciət etməyiniz ağlabatandır. Bəzi tibbi şərtlər erkən mərhələdə müəyyən oluna bilər. Beləliklə də, əgər mümkün olan bütün vasitələrdən istifadə edirsinizsə, ancaq hələ də boyunuz artmırsa, həkim məsləhətinə müraciət etmək tövsiyə olunur.

Daha gözləməyin; bədəninizin böyüməsi üçün elə indidən başlayın. Təbii olaraq boy qazanmaq üçün bu məsləhətlərə əməl edin! Əgər boyu bir neçə düym daha çox artırmağa kömək etmək üçün bir təklifiniz varsa, onu bizə bildirin!

Gözəllik və Moda     Baxılıb: 3161   Tarix: 21 yanvar 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az yay geyimləri 2025 hamiləlik maskalar bilincik resepti qlazok hamiləlik və doğuş aciq cinsi elaqe suni mayalanma sağlamlığın sirleri atalar sözləri rus dili novruz hakışdaları