Qan və yaxma analizi: COVID-i aşkarlamaq üçün edilən testlərin fərqi nədir?

Qan və yaxma analizi: COVID-i aşkarlamaq üçün edilən testlərin fərqi nədir?Koronavirsun-COVID-19-un diaqnozunun qoyulması üçün bir sıra testlərdən istifadə edilir. Məlum olduğu kimi bu, burun-udlaqdan götürülən yaxma və qandan götürülən nümunənin təhlili ilə mümkün olur. Son zamanlar həkim göndərişi olmadan test etdirilməsi halları artıb. Və bu testlərin hansının daha dolğun nəticə göstərməsi, onların arasında hansı fərqlərin olmasına dair bir çox suallar səslənir. Yaxma və qan testləri arasında hansı fərqlər var? Yaxma (PZR) və qan testi (seroloji) bir-birini təkrarlayırmı?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, infeksion xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis, uzman həkim Nazxanım Qasımovayanın dediyinə görə, COVID-19-un diaqnostikasında bir sıra testlər istifadə olunur. Bu testlər SARS-CoV-2 virusunun mövcudluğu  və ya keçmiş mövcudluğunu qiymətləndirmək üçün nümunələrin təhlilini əhatə edir. Bunlar seroloji və PZR testləri olmaqla ikiyə ayrılır. PZR test zamanı nazofarengial sürüntüdən (burun-udlaqdan yaxma) alınan materiala baxılır.
Seroloji test isə qanda igG (immunoglobulin G) aşkarlanması üzərinə qurulub. COVID-in aşkarlanmasında istifadə olunan PZR testləri-PZR, RT- PZR, Real-time PCR (qPCR) - Real zaman PZR testi. Son test ən mütəşəkkil və sürətli olandır və bu səbəblə Real-time PCR (qPCR)  dünyada ən çox tərcih olunan PZR metoduna çevrildi. Aparılan PZR testləri hazırkı xəstəliyi göstərdiyi halda, qanda immunoglobulin təyini isə daha çox artıq keçirilmiş olan infeksiyasını göstərir.
Tez-tez yaranan suallardan biri də hansı testi etdirməyin daha düzgün olması ilə bağlıdır. Əgər şübhəli xəstəlik əlamətləri varsa, PZR (burundan yaxma sürüntü) üsulu ilə yoxlanılma düzgündür. Əgər heç bir simptom yoxdursa və sadəcə, xəstəliyə indiyə qədər yoluxub-yoluxmamanı bilmək istəyiriksə, o zaman qanda İgG testi olunması daha doğrudur.
Lakin qeyd olunmalıdır ki, qanda İgG testi yalançı neqativ cavab göstərə bilər. Səbəbin izahı belədir- İg, yəni immunoglobulin istənilən xəstəliyə orqanizm tərəfindən verilən immun cavabıdır. Xəstəliyin ilk saatlarından etibarən öncə İgM formalaşır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM - İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır- yəni immun cavab yaranır. Bir şəxsdə qanda igG-ni yalnız əgər o bu virusla öncədən qarşılaşıbsa, aşkarlamaq olur. Yəni simptomu olan və aktiv dövrdəki bir xəstədə İgG-nin qanda pozitiv olması (yəni qanda tapılması) elə də mümkün deyil. Bu səbəbdən simptomu olmayan lakin kontaktda olduğu üçün yoluxma şübhəsi olan (və ya yenicə yoluxmuş) bir şəxs qanda İgG testi yoxladarsa, neqativ göstərəcəkdir. Bu zaman bu, aldadıcı olacaqdır. Məhz bu səbəbdən yoluxma şübhəsi olan şəxslər İgG testi neqativ çıxdığı təqdirdə PZR testini də etdirməlidirlər. İgG testi daha çox bir şəxsin öncədən COVID-i keçirib-keçirməməsini yoxlamaq üçündür. Yəni asimptomatik olaraq (əlamətlərsiz ) xəstəliyi keçirmiş şəxsləri aşkarlamaq məqsədi daşıyır.
İgG, həmçinin xəstəliyə qarşı yaranmış immunitetin də göstəricisidir. Lakin İgG-nin neçə müddət insanın qanında qaldığı məum deyil. Bu səbəbdən də qanda İgG-si pozitiv olan şəxslərin bu infeksiyaya təkrar yoluxub-yoluxmaması tam məlum deyil. Eyni zamanda İgG-nin neçə müddətə qədər qoruyuculuğunun olması da tam bəlli deyil və bu yöndə araşdırmalar davam etməkdədir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1520   Tarix: 11 iyul 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb. xəbər verir ki, bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzini

.

Yayda ən çox edilən səhv - Kondisionerin yaratdığı təhlükələr

Yay aylarında sərinləmək üçün geniş istifadə olunan kondisionerlər düzgün istifadə edilmədikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, ani temperatur dəyişiklikləri, quru hava və baxımsız kondisionerlərd

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

Bu qidalar stresi azaldır

Gündəlik həyatın gərginliyi ilə mübarizə aparmaq üçün düzgün qidalanma da mühüm rol oynayır. axşam.az-a istinadən bildirir ki, orqanizmin kifayət qədər vitamin və mineral alması stressin təsirlərini azaltmağa kömək edə bilər

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

İnsanlar niyə əsnəyir və niyə yoluxucudur?

İnsan sadəcə başqa birinin əsnədiyini görməklə özü də əsnəməyə başlaya bilər. Maraqlıdır ki, bu qəribə təsir bəzi heyvanlarda da müşahidə olunur. xarici mediaya istinadən xəbər verir ki, əsnəmək insan orqanizminin ən adi

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

turlar.az

həkim məsləhəti hamiləlik kosmetoloq kişi üzükləri ilhamə qasımova masaj qış tədarükü salatlar kosmetika məsəllər vetene aid atalar sozleri sağlamlıq cantalar klitor