Qan xərçənginin ilkin əlamətləri AÇIQLANDI
Onkoloq, mammoloq, tibb elmləri namizədi, Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, Rusiya Onkoloqlar Assosiasiyasının üzvü, həkim Roman Temnikov qan xərçənginin erkən əlamətlərini açıqlayıb.
Bu barədə "RİA Novosti" agentliyi xəbər verir.
O, xüsusi halda baş ağrıları, başgicəllənmələr, pis iştah, temperaturun yüksəlməsi, zəiflik və yorğunluq, çəkinin kəskin azalması kimi əlamətlər vaxtı müayinədən keçməyi məsləhət görüb.
Həkimin sözlərinə görə, xəstəlik sonrakı mərhələlərdə onsuz da özünü taxikardiya, bədəndə göyərmə, dodaqların və dırnaqların mavi rəngi, huşun itməsi, dəri səpkiləri, oynaqların və sümüklərin ağrısı kimi göstərə bilər.
"Həqiqətən erkən mərhələlərdə leykoza düzgün diaqnoz qoymaq çətindir. Bir qayda olaraq, xəstəlik tibbi müayinələr zamanı və ya xəstə başqa bir səbəbdən həkim axtardıqda aşkarlanır", - o deyib. (report) /publika.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin