Qanazlığının qarşısını almağın YOLLARI

Qanazlığının qarşısını almağın YOLLARIQanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması səbəbindən meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına yol açan faktorlardandır.
Qeyd edək ki, dəmir dünyada ən çox müşahidə olunan mikroelement çatışmazlığıdır. Dəmir defisitli anemiyaya da məhz bu maddənin çatışmazlığı yol açır. Dəmir defisitli anemiya orqanizmə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji haldır.
Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər. Bu səbəbdən də dəmir defisitli anemiya dünya səhiyyəsinin vacib problemlərindən biridir. Xəstəliklə mübarizə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ana, Körpə və Gənc Uşaqların Qidalanmasına dair İcra Planının 6 prioritetindən biridir. Bu prioritetlər BMT-nin 2015-ci ildən sonrakı Davamlı İnkişaf Məqsədləri üçün Prioritet Qidalanma Göstəriciləri kimi qəbul edilmişdir.
Dəmir və ya vitamin çatışmazlığından yaranan qanazlığına qarşı əsas profilaktik tədbir olaraq düzgün qidalanma vacibdir. Qanazlığının qarşısının alınması üçün dəmir, fol turşusu, B12, sink, A vitamini ilə zəngin məhsullar qida rasionunun əsasını təşkil etməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, vitamin və mineralların fərqli qida məhsullarından təmin edilməsi tövsiyə olunur.
Mütəxəssislərin tövsiyələrinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 5-15 %-i sorulur. Ümumiyyətlə, qida məhsullarında dəmir 2 formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 %-i orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir. Orqanizmdə 5-20 %-i sorulmaya məruz qalır. Qida məhsullarında dəmirin miqdarı belədir: 160 q sarıkökdə - 16.8 mq, 90 q içalatda - 5.2-9.9 mq, 30 q qovrulmuş balqabaq toxumunda - 3.9 mq, 1/2 fincan bişmiş lobya və mərcidə - 3.3 mq, 1 fincan təzə və qaynadılmış ispanaqda - 3.2 mq, 90 q yağsız mal ətində (steyk) - 3.1 mq, 3 ədəd çili bibərində - 3 mq, 1/2 fincan bişmiş qırmızı lobyada - 2.6 mq, 90 q siyənək balığında - 2.5 mq, 1/2 fincan bişmiş noxudda - 2.4 mq, 90 q quzu və ördək ətində - 2.3 mq, 90 q mal əti qiyməsində - 2.2 mq. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sorulur.
Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr isə dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan bəzi kimyəvi birləşmələr də dəmirin orqanizm tərəfindən sorulmasını müəyyən dərəcədə azaldır.
Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin qidalar istehlak olunmalıdır. Bu səbəbdən qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri, ispanaq C vitamini mənbəyidir.
Qanazlığının profilaktikasında tərkibi A vitamini ilə zəngin olan istər heyvan, istərsə də bitki mənşəli məhsullara da üstünlük verilməlidir. Treska balığı, malın qaraciyəri, alma, yerkökü, kahı, kələm, göy soğan, brokkoli, ispanaq A vitamini ilə zəngindir.
B12 vitamini qanazlığının profilaktikasında ən vacib elementdir. Mal əti, malın qaraciyəri, böyrək və ürəyi, süd, pendir, yumurta sarısı, ala balığı zəngin B12 vitamini qaynağıdır.
Fol turşusu (B9 vitamini) çatışmazlığı da qanazlığının yaranmasına yol açan səbəblərdən biridir. Paxlalı bitkilər, sitrus meyvələri, göyərti və yaşıl yarpaqlı tərəvəzlər fol turşusunun əsas mənbəyidir.
Qanazlığına qarşı sinklə zəngin məhsulları da gündəlik qida rasionuna daxil etmək vacibdir. Yumurta, buğda kəpəyi, cücərmiş buğda, günəbaxan və balqabaq toxumu, moruq, qara qarağat, xurma, lobya, mərcimək, göyərti və tərəvəzlər orqanizmi sinklə təmin edir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 900   Tarix: 27 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

120 il yaşamaq üçün nə edək?

Sağlamlıq monitorinqi 120 il ömür uzunluğuna çatmağa kömək edə bilər. -a istinadən xəbər verir ki, ömür uzunluğunun 120 ilə qədər artırılması düzgün profilaktik tədbirlər, müntəzəm sağlamlıq monitorinqi və sağlam həyat tərz

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı

İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. -a istinadən xəbər verir ki, bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib. Mütəxəssisin sözlərinə görə, məhz buna görə də orqanizmin bioloji yaşı ayrı-ayrı orqa

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsm

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

turlar.az

geyim və ayaqqabılar toy gecesi yaz geyimleri 2026 uşaq psixologiyası dəri xəstəlikləri sarimsaqla qurdun mualicesi hamileliyi pozmaq ucun kosmetika şebnem tovuzlu laylalar cinsi burcler ginekoloq