Qanlı terrorda iş adamı necə oldu ki, sağ qaldı?! - FOTO
İstanbulda baş verən Reina qətliamında adı ölənlərin siyahısında yer alan iş adamı Mustafa Barının sağ qaldığı məlum olub.
Qadinsayti.az xəbər verir ki, terrordan sonra Ədliyyə Tibb Qurumunun açıqladığı ölən və yaralananların siyahısında Mustafa Barının da adı olub. Televiziyadan iş adamının öldüyü xəbərini alan Barının qohumları cənazəni almaq üçün oraya yollanıblar. Ancaq bir müddət sonra qohumlarına zəng vuran Mustafa Barın ölmədiyini, həmin gün tıxaca görə Reinaya çata bilmədiyini söyləyib.
Hadisədən sonra mətbuata danışan iş adamı bir müddət tıxacda qaldıqdan sonra evə gəlib yatdığını bildirib:
"Reinaya getmək üçün yola çıxmışdıq. Amma yolların tıxac olduğunu gördük. İki seçimimiz var idi: ya 20-25 dəqiqə tıxacda qalmaq, ya da geri qayıtmaq. Biz ikincini seçdik. Saat 00:45 idi. Əgər getsəydik, çox böyük ehtimal qurbanlardan olacaqdıq".
İş adamı ölümü ilə bağlı xəbərlərin yayıldığını da səhər bilib:
"Səhər oyananda telefonuma yüzlərlə zəng və mesaj gəldiyini gördüm. Tez zəng vurub yaşadığımı dedim. Anam xəstədir, yaxşı ki, o görməyib".
İş adamı son olaraq hər zaman şikayət etdiyi İstanbul tıxacının bu dəfə həyatını qurtardığını vurğulayıb./qafqazinfo/
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR