Qara nöqtələri yox edən, soyularaq təmizlənən maska

Qara nöqtələri yox edən, soyularaq təmizlənən maskaQara nöqtələrin gözəlliyinizə kölgə salmağını istəmirsinizsə, mütəmadi olaraq xüsusi maskalardan istifadə edin.

Qara nöqtələrə qarşı ən təsirli vasitə soyula bilən maskalardır. Su ilə təmizlənən maskalardan fərqli olaraq soyula bilən maskalar dərini daha dərindən təmizləyir, qara nöqtələrin yenidən yaranmasının qarşısını alır.

Süd və bal maskası

Tərkibi:

- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı süd

Hazırlanması:

Bal və südü bir kasaya töküb mikrodalğalı sobaya qoyun. Məcun halına düşənə kimi gözləyin. Daha sonra sobadan çıxarıb soyumağını gözləyin və fırça ilə qara nöqtələrin olduğu bölgələrə çəkin. 25 dəqiqə gözlədikdən sonra maskanı yavaş-yavaş soyun. Maskanı həftədə iki dəfə çəkməlisiniz.

Salfet maskası

Tərkibi:

- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı limon şirəsi
- Salfet

Hazırlanması:

Yumurtanın ağı ilə limon şirəsini qarışdırıb çırpın.

Həmin qarışığı qara nöqtələrin çoxluq təşkil etdiyi yerlərə çəkin. Daha sonra salfeti üzünüzə yapışdırın. Salfetin sadə olmasına diqqət edin. Rəngli və şəkilli salfetlərdən istifadə etməyin.

Fırça ilə salfetin üzərindən yenidən yumurta ilə limon qarışığını çəkin. Qurumağını gözləyin. Salfeti soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyub toniklə silin. Bu maskanı həftədə bir dəfə çəkmək kifayət edəcək.
Publika.az

Gözəllik və Moda     Baxılıb: 4737   Tarix: 14 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari kosmetik vasiteler sabir haciyev pilinqin hazirlanmasi baş gicəllənməsi elm haqqında atalar sözleri kosmetika hekaye janri sirin qogal birlik englishdilində qulaq terezi