Qaraciyərin sağlamlığına zərbə vuran 3 VƏRDİŞ. Spirtli içkilər deyil

Qaraciyərin sağlamlığına zərbə vuran 3 VƏRDİŞ. Spirtli içkilər deyilHamımız bilirik ki, qaraciyərin ən qəddar düşməni alkoqoldur. Qaraciyər üçün spirtli içkinin "ziyansız doza"sı belə yoxdur - 1 damla da orqana mənfi təsir edir.
Lakin spirtli içkilərin qəbulu qaraciyərə ziyan vuran tək pis vərdiş deyil. Bəzi digər adi vərdişlərimiz də qaraciyərin sağlamlığına zərbə vura bilir. Bu hansı vərdişlərdir?
1. Şəkərə, şirniyyatlara meyllilik. Qaraciyərin sağlamlığı baxımından bu vərdiş az qala spirtli içkilərin qəbulu qədər ziyanlıdır. Şəkər orqanizmdə piyə çevrilərək qaraciyərdə toplanır və bu da qaraciyərin piylənməsi və ya qaraciyərin piyli distrofiyasına səbəb olur. Qaraciyərin piylənməsi çox təhlükəlidir ki, onun fonunda sirroz və qaraciyərin xərçəngi inkişaf edə bilər.
Nəzərə almaq lazımdır ki, burada söhbət tək tort və pirojnalardan deyil, şirin meyvələrdən də gedir. Şirin meyvələrdən sui-istifadə də qaraciyər üçün ziyanlıdır. Hətta hepatoloqlar meyvələrdə olan fruktozanı qaraciyər üçün qlükozadan daha təhlükəli hesab edərək şirin meyvələrin qəbulunu minimuma azaltmağı tövsiyə edirlər.
2. Saglamolun. az Almaniyanın Focus jurnalına istinadla bildirir ki, qaraciyərin sağlamlığını pozan digər ziyanlı vərdiş dərmanların yerli-yersiz qəbuludur. Bilmək lazımdır ki, istənilən dərman, vitamin, mineral, qida əlavələri və s. qaraciyərdə parçalanır. Əgər insan başı, dişi və s. ağrıyanda tez-tez ağrıkəsici dərmanları qəbul edir, daim özünü müalicə ilə məşğul olur, buna ehtiyac olmadığı halda vitaminlər və s. "faydalı" preparatlar içir, həkimlə məsləhətləşmədən uzun müddət ərzində hətta ot dəmləmələri içirsə, bu onun qaraciyərinin sağlamlığına ciddi şəkildə ziyan vurur. Bu hətta "dərman hepatiti" kimi xəstəliyin inkişafına səbəb ola bilər.
İlin əvvəlində KİV-də belə bir maraqlı fakt yer alıb. Çindən olan bir qadın "daha sağlam olmaq üçün" uzun müddət ərzində yaşıl çayın kapsullarını qəbul edirdi. Nəticədə onda qaraciyər çatışmazlığı inkişaf edib.
3. Hipodinamiya (azhərəkətlilik). Fiziki aktivliyin az olması, oturaq həyat tərzi bütün orqanizmə və o cümlədən qaraciyərə ziyan vurur. Məhz hipodinamiya qaraciyərdə durğunluq proseslərinə səbəb olur, qaraciyərin piylənməsi üçün şərait yaradır.  
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1156   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti