Qarğış insana təsir edir ?

Qarğış insana təsir edir ?Valideynlər, xüsusilə də analar, hisslərinə hakim olmaqda çətinlik çəkdiklərinə görə, bəzən uşaqlarına özləri də istəmədən qarğış edirlər. Yaxud da bir-birindən xoşu gəlməyən adamlar bəzən qarğış etməyə başlayırlar. "Evin yıxılsın", "Balan ölsün", "Belin qırılsın", "Üzünü mürdəşir yusun", "Yolun gedər-gəlməzə düşsün", "Ətin tökülsün", "Adın daşlara yazılsın", "Südüm sənə qənim olsun", "Qanın daşlara dağılsın" və s. kimi qarğışlar var. Belə bir deyim də var ki, qarğışın iki başı var. Yəni qarğış edən tərəfə də bu bəd dua pis ola bilər. Ümumiyyətlə, qarğışın təsiri varmı və ondan qorxmaq lazımdırmı?

"Qafqazinfo"nun məlumatına görə, ilahiyyatçı Əkrəm Həsənov analitik.az-a deyir ki, İslamda qarğış, bəd dua etmək, söyüş qadağan olunub və bunu edənlərin özünə qayıdacağı şəriət mənbələrində bildirilib. Müxtəlif hədis və mənbələrdə bununla bağlı kifayət qədər dəlillər də var: "Bəd dua etmək bir şəxsin əleyhinə Allah-Təaladan nəsə istəməkdir. Allahın Rəsulu bildirib ki, kim başqasına bəd dua edərsə, əgər həmin adam günahsız olarsa, edilən bəd dua insanın özünə qayıdar. Peyğəmbərimiz özü də həyatı boyu ona düşmən mövqedə olanlar üçün bəd dua edib. Çünki, onlar Peyğəmbərimizi həddən artıq haqsız yerə əziyyətlərə, çətinliklərə məruz qoyurdular, həm də onlar Allaha və imana inanmayan kafirlər olublar."

Ə. Həsənovun sözlərinə görə, qarğış zamanı əsas məsələ barəsində bəd dua edilən kəsin ona layiq olmasıdır. Fasiləsiz düşən su damcıları düşdüyü yeri dağıtdığı kimi, mütəmadi edilən bəd dualar da öz təsirini göstərir. Ancaq dünya malı üçün insanların bir-birinə bəd dua etməsi qətiyyən doğru deyil: "Bu səbəbdən də bir başqasının yaxşılığı üçün edilən dualar, bəd duaya nisbətən daha tez qəbul olunur. Haqqında bəd dua edilən şəxs ona layiq deyilsə, bəd dua qayıdıb yiyəsini tutur. Peyğəmbərimiz də belə bəd duadan ömür boyu uzaq olub."

İlahiyyatçı onu da bildirdi ki, müsəlman bəd dua və lənət edən olmamalı, əksinə, daima xeyirliyə dua etməlidir: "Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbərə "Ey Allahın rəsulu, müşriklərə bəd dua edib, onlara lənət et"- deyildi. Buna cavab olaraq Allahın Rəsulu, "Mən rəhmət olaraq göndərildim, lənətçi olaraq deyil,"deyə bildirdi."

O, qeyd etdi ki, buna baxmayaraq insan zülmə, haqsızlığa məruz qaldıqda bəd dua edə bilər. Peyğəmbərimiz bəd duanı yalnız ən çətin və çıxılmaz anlarda edərdi: "Peyğəmbərimiz Məkkədə ona və müsəlmanlara əziyyət edənlər haqqında: "Allahım, onları Sənə həvalə edirəm", deyə dua edib. Allah Təala əziz Rəsulunun bu qədər yumşaq dua etməsini belə istəməyib. Həmçinin, haqsız yerə başqasına bəd dua etmək, lənət etmək də təhlükəlidir. Çünki bəd dua haqsız yerə edilərsə, sahibinə qayıda bilər. Rəsulullah deyib:

"Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar, sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edilənə qayıdar". Bu hədisdən göründüyü kimi lənət haqsız yerə söyləndiyi zaman sahibinin özünə qayıdar. Odur ki, tez-tez bəddua etməkdən çəkinmək lazımdır. Allahın Rəsulu buyurub: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəd dua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər."

İlahiyyatçı sözlərinə əlavə etdi ki, bütün ağıllı müsəlmanlar qarğışdan, bəd duadan və lənət etməkdən çəkinməlidirlər:

"Bu və ya digər qeyd etmədiyimiz şəriət mənbələrindən bizə məlum olur ki, qarğış etmək dinimizdə bəyənilmir. Ancaq yuxarıda qeyd etdiyimiz çıxılmaz vəziyyətlərdə bunu etmək olar. Təəssüf edirik ki, bu gün bəzi qeyri-ənənəvi dinin təbliğçiləri Peyğəmbərimizin mübarək səhabələrinə, həyat yoldaşlarına, onların ardınca gedənlərə lənət və qarğışlar yağdırırlar ki, bütün bu etdikləri qarğışların özünə qayıdacağını dərk etmək istəmirlər. Daha sonra müəyyən çətinliklərə düşəndə də bunun səbəbinin haradan qaynaqlandığını tapa bilmirlər."

Mətbəx     Baxılıb: 5128   Tarix: 13 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri makiyaj etmek qaydalari yeni dogulmus korpeye lazim olan esyalar 2026 payiz qis debi günün kombini xəmir xörəkləri kosmetika novruz bayramına aid hakışta nagillar sevgi bayatılar tapmaca