Qarında köp, qaz və qıcqırmanın 7 SƏBƏBİ – Nə etməli?

Qarında köp, qaz və qıcqırmanın 7 SƏBƏBİ – Nə etməli?Qarında meteorizm - yəni həddən artıq köp bəzilərinin düşündüyü kimi normal hal deyil.
Sağlam və düzgün qidalanan insanın qarnında şişkinlik, köp və ağlrlıq olmur.
Saglamolun.az medicina.az-a istinadla bildirir ki, Azərbaycanda 90% insanların əziyyət çəkdiyi bu halı yaradan səbəbləri təqdim edir.
1. Siz şirin qidaları düzgün yemirsiniz
Məsələn, günorta, axşam yeməyindən, xüsusən ət xörəyindən sonra meyvə, şirin su, qəhvə, şirniyyat yeyirsiniz.
Bu yanlış fikirdir ki, bu qidalar yeməkdən sonra yeyilməlidir.
Mədəyə yağ, zülal qidaları düşdükdə, o bu tərkibə uyğun çalışır. Yenidən onu şirniyyatla yükləmək bağırsaqlara gedən qidanın pis həzm olunmasına, qıcqırma, çürüməyə səbəb olur.
Yeməkdən sonra yediyiniz meyvə, şirniyyat daha tez 40 dəqiqəyə həll olub mədədən çıxır, amma öncə yediyiniz ət yeməkləri hələ də mədədə qalır. Bu həzmi pozur, köp yaranır. Desertləri ayrıca vatxda, ara yeməkləri kimi yeyin.
2. Paxlalıları bişirməzdən öncə islatmırsınız
Noxud, lobya, mərci və s. paxlalıları çox istifadə edirsizsə, onla bişirməzdən öncə islatmırsınız. Köpü olan insanlar ümumiyyətlə bu qidalardan uzaq durmalıdır. Hər mədə və mədəaltı vəz paxlanı həll edəcək fermentə malik deyil. Orqanizmi buna alışdırmaq lazımdır. Bunun üçünsə bütün paxlalıları suda isladıb, qazını çıxarıb, bişirin. Yaxşı olar ki, gecədən islağa qoyasız.
3. Yeməyi yaxşı və çox çeynəmirsiniz
Tez-tez, ayaqüstü, iri tikələri çeynəmədən tələsik udan insanların daim köpü olur.
Yemək ağızda ən azı 20 saniyə qalıb, ağız suyu ilə islanıb, duru hala düşüb mədəyə keçməlidir. Bu prosesə nəzarət etmək lazımdır. Çünki qida ağızda parçalanır, fermentlər ağız suyunda olur.
4. Ağır zülallı qidaları kartof püresi və ya un məmulatı ilə qarışdırırsız
Bunlara mantı, xəngəl, pelmeni, pirojki, müxtəlif içlikli xəmir piroqları aiddir. Pürenin üzərində toyuq, mal əti də yanlış seçimdir. Bu yeməklərdən sonra qarında dəhşətli köp və ağırlıq qaçılmazdır.
5. İsti yeməyi soyuq içki ilə yeyirsiniz
Bu da köp yaradır. Soyuq içki mədə-bağırsağın spazmını artırır. Yemək yeyəndə ilıq maye için.
6. Çox yeyib, az hərəkət edirsiniz
Oturaq işdə çalışanlarda çox zaman köp problemi olur.
7. Öd yaxşı işləmir
Öd kisəsi normada öd ifraz etmədikdə və bağırsaqlara kifayət qədər öd daxil olmadıqda, yemək uzun müddət orda həll olmamış qalır, köpür, şişir, qıcqırır. Eləcə də köp müxtəlif bağırsaq xəstəlikləri, qastrit, öddə daş, orqanizmdə qurd, parazit və disbakteriozda da əlavə simptomdur. Bunları həkimlə birgə tapıb müalicə etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1301   Tarix: 01 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər

Bir sıra ölkələri əhatə edən güclü isti hava dalğası insanların səhhətinin qəfil pisləşməsinə və bəzi xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Yüksək temperatur yalnız susuzlaşma və günvurma riski yaratmır.  xarici mediay

.

Tez-tez kolbasa yemək xərçəng riskini artırır

Sosis, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarının müntəzəm istehlakı kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini artıra bilər. xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiy

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Əl titrəməsinin 5 səbəbi

Əllərin titrəməsi çox vaxt narahatlıq yaratsa da, hər zaman ciddi xəstəlik əlaməti olmur. Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda bu vəziyyət gündəlik faktorlarla bağlı olur və aradan qalxa bilər. Fransız mətbuatın

.

Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır

Dünya miqyasında xərçəng hallarının sayının artması bir daha erkən diaqnozun və bədənin incə xəbərdarlıq əlamətlərinin düzgün şərh edilməsinin vacibliyini vurğulayır. Məşhur inancın əksinə olaraq, xərçəng növləri həmişə ağı

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

.

Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq

Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdək

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

turlar.az

geyim necə seçməli makiyaj etmek qaydalari adlarin menasi qış xəstəlikləri ciyər qovurması hicab aybasi qani ile cadu kosmetika novruz bayramına aid hakıştalar azerbaycanli is adami amerikada gullelendi aydin sani tapmacalar novruz hakısdası