Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı...

Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı...Qastroezofageal reflüks xəstəliyi mədə və ya duodenal möhtəviyyatın qida borusuna təkrarlanan atılması nəticəsində qida borusunun distal şöbəsinin selikli qişasının iltihabi dəyişiklikləri və ya səciyyəvi klinik simptomlarla xarakterizə olunan xəstəlikdir. Xəstəliyin həqiqi yayılması statistik göstəricilərdən çox böyükdür. Belə ki, qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı həkimə müraciət edir. Xəstəliyin simptomlarına kişi və qadınlar arasında təxminən eyni tezlikdə rast gəlinir.
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
"Hazırda qastroezofageal reflüks xəstəliyinin iki formas
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı...ı ayırd edilir: qastroezofageal reflüksün 60-65 faizini təşkil edən qeyri-eroziv reflüks xəstəliyi və 30-35 faiz hallarda rast gəlinən reflüks-ezofagit xəstəliyi... Normal halda qida borusu selikli qişasının zədələnməsinin qarşısını almaq üçün bir sıra müdafiə mexanizmləri fəaliyyət göstərir. Qastroezofageal birləşmənin və qida borusunun aşağı sfinkterinin antireflüks baryer funksiyası, qida borusunun selikli qişasının rezistentliyi, ezofageal təmizləmə, yəni klirens həmin müdafiə mexanizmlərinə aiddir. Sadalanan mexanizmlərin pozulması qastroezofageal reflüks xəstəliyinin yaranmasına səbəb olur. Kofe, çay kimi tərkibində kofein olan bəzi məhsulların, nanə cövhərinin, bəzi dərman preparatlarının qəbulu, azan sinirin zədələnməsi, siqaretçəkmə, alkoqol qəbulu xəstəliyin əmələ gəlməsinə şərait yaradan amillərdir", - deyə A.Verdiyev qeyd edib.
Mütəxəssisin sözlərinə görə, xəstəlik kliniki olaraq ezofageal və ezofaqusdan kənar simptomlarla təzahür edir. Ezofageal simptomlara qıcqırma, gəyirmə, qaytarma, disfagiya, odinofagiya, epiqastral nahiyədə və döş sümüyü arxasında ağrılar, qusma, döş sümüyü arxasında "tikə qalması" hissi aiddir. Ezofaqusdan kənar əlamətlərə ağciyər, otorinolorinqoloji, stomatoloji, anemik, kardial sindromlar daxildir.
Həkim-terapevt bildirib ki, xəstəlik vaxtında diaqnozlaşdırılmadıqda və düzgün müalicə olunmadıqda qida borusu strikturasına, qida borusu xorasına, eroziya və xoralardan qanaxmaya, Barret qida borusunun formalaşmasına gətirib çıxarır: "Müalicə əksər hallarda ambulator şəraitdə aparılır. Xəstəliyin müalicəsi ümumi tədbirlərdən və dərman terapiyasından ibarətdir. Dərman qismində prokinetiklərdən, antisekretor vasitələrdən və antasidlərdən istifadə olunur.
Qastroezofageal reflüks xəstəliyi xroniki xəstəlikdir. 80 faiz hallarda residivlər baş verir. Ona görə də əksər pasiyentlərdə uzunmüddətli dərman müalicəsinə ehtiyac duyulur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1585   Tarix: 26 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

geyim dəbləri həkim məsləhəti kosmetoloq kısa saç düzümləri qizilgul haqqinda melumat süfrə mədəniyyəti tarixdə iz qoyanlar kosmetika hakiwda sirin qogal vetene aid atalar sozu novruz bayramina aid hakisdalar kurtlar vadisi