Qazlı içkilər ildə 184 min can alır

Qazlı içkilər ildə 184 min can alırAmerikalı elm adamlarının araşdırması enerji içkiləri, buzlu çay kimi şəkərli və qazlı içkilərin diabet, ürək-damar və xərçəng səbəbilə baş verən ölümlərlə əlaqəsini aşkara çıxarıb.
ABŞ-da aparılan araşdırma şəkərli və qazlı içkilərin hər il dünyada 184 mindən artıq insanın ölümünə səbəb olduğunu göstərib.
Tufts Universitetindən dr. Dariush Mozaffarian və komandasının 51 ölkəni əhatə edən araşdırması 184 mindən artıq insanın bu içkilərin yol açdığı xəstəliklər səbəbilə həyatını itirdiyini ortaya qoyub.
Elm adamları 1980-2010-cu illərdə aparılan, 611 min 971 insanın iştirak etdiyi qidalanma vərdişləri və ölümlə bağlı 62 araşdırmanın nəticələrini dəyərləndirib.
Araşdırmada enerji içkiləri, buzlu çay kimi şəkərli və qazlı içkilərin hər il 133 min insanın diabetdən, 45 minin qrək-damar xəstəliklərindən və 6 min 450 insanın xərçəngdən ölümünə səbəb olduğu nəticəsinə gəlinib.
Bu içkilərin qəbulu ilə bağlı ölümlərin 76 faizinin aşağı və orta gəlirli ölkələrdə baş verdiyinə diqqət çəkən alimlər həmçinin Yaponiyada 65 yaşdan yuxarı insanlar arasında şəkərli içkilər səbəbindən ölümlərlə bağlı nisbətin 1 faizdən aşağı olduğu halda, Meksikada 45 yaşdan aşağı insanların 30 faizinin bu içkilərin yol açdığı xəstəliklərdən həyatını itirdiyini qeyd edib.
Meksikada ildə orta hesabla 1 milyon insandan 405-nin şəkərli və qazlı içkilərlə bağlı xəstəliklərdən öldüyünü misal gətirən elm adamları bu halın Meksikada etibarlı içməli su əldə etməklə bağlı çətinliklərdən qaynaqlandığını ifadə edib. ABŞ-da isə 1 milyon insandan 125-nin bu içkilər səbəbindən öldüyü vurğulanıb.
Araşdırmaya imza atanlardan Mozaffarian ağ şəkərin qidalanmaya heç bir müsbət təsiri olmadığını qeyd edib.
Şəkərdən istifadəyə son verilərsə, minlərlə insanın həyatının xilas ola biləcəyinə diqqət çəkən alimlər   bədənin ehtiyac duyduğu fruktoza və qlükozanın meyvə və tərəvəzlərdən alına biləcəyini nəzərə çatdırıb.
Araşdırmanın nəticələri  "Circulation" jurnalında dərc olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1492   Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti adlarin menasi qutab xemiri murebbelerin hazirlanmasi psixoloq meslehetleri hamiləlik dövrü kosmetika pehriz dieta kondom birlik qurd xəstəliklərinə qarşı mualicə