Qəbizlikdən xilas edən, ürəyi qoruyan MEYVƏ
Alça azkalorili və çox faydalı meyvədir.
Alçanın tərkibində alma və limon orqanik turşuları, A, B qrupu, C , PP vitaminləri, kalsium, maqnezium, fosfor, dəmir kimi vacib minerallar, pektinlər, qidalı liflər və s. var.
Alçanın bağırsaqları işlətmək, qəbizliyi aradan qaldırmaq xüsusiyyəti xalq təbabətində geniş istifadə olunur.
Alça vitamin çatışmazlığı, qanazlığı zamanı da kömək edir.
Alçanın tərkibində olan orqanik turşular orqanizmdə xolesterolun səviyyəsini tənzimləyir və bununla da ürək-damar sistemi xəstəliklərinin inkişafının riskini azaldır.
Kalium və maqneziumla zəngin olan alça ürək əzələsini möhkəmləndirir, aritmiyaların qarşısını almağa kömək edir, arterial təzyiqi aşağı salır.
Alça sakitləşdirici təsirə malikdir, sinir sisteminə müsbət təsir edir.
Qidalı liflər və pektinlərlə zəngin olan alça mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir edir, metabolik prosesləri sürətləndirir, xərçəng və şəkərli diabetin inkişafı riskini azaldır, orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Alça tumlarının ləpələri də çox faydalıdır. Onların tərkibinə qlikozid amiqdalin daxildir. Amiqdalin güclü xərçəngəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, lakin çoxlu miqdarda istehlak etdikdə zəhərlənməyə səbəb ola bilər.
Qırmızı alça növləri daha faydalı sayılır.
Saglamolun.Az
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür