Qeysəriyyə əməliyyatına gedən qadınların DİQQƏTİNƏ: gözləyin

Qeysəriyyə əməliyyatına gedən qadınların DİQQƏTİNƏ: gözləyinAparılan son tədqiqatlar doğuş başladıqdan sonra qeysəriyyə etməyin daha doğru olduğunu ortaya qoyub. Mütəxəssislərin fikrincə, bu, həm faydalı, həm də sağlamlıq baxımından əhəmiyyətlidir.
Doğuş başladıqdan sonra edilən qeysəriyyə haqqında bəzi maraqlı məqamlarla sizi tanış edir.
Əvvəlcə onu qeyd edək ki, bir çox qadın qeysəriyyədən qaçmaq istəsə də, doğuş həmişə normal keçməyə bilər. Bu, əlbəttə, hər zaman pis hal demək deyil. Hətta bu mövzuda aparılan araşdırmalardan biri hər qeysəriyyənin eyni olmadığını da sübut edib.
"Journal of American Medical Associateste" bu ay nəşr olunan sayında Şotlandiyada reallaşan 321,287 doğuş üzərində uzun müddət apardığı araşdırmanın nəticəsini açıqlayıb. Bu doğuşlardan  4 %-i planlı, 17 % -i təcili (planlaşdırılmamış) qeysəriyyə ilə reallaşıb. Digər 252,917 doğuş isə vaginal, yəni təbii doğuş olub.
Qeysəriyyə də olsa, doğuşun başlamasını gözləmək lazımdır
Araşdırma nəticəsində məlum olub ki, planlı qeysəriyyə ilə dünyaya gələn körpələr vaginal doğuşla və ya planlaşdırılmamış qeysəriyyə yolu ilə doğulan körpələrə nisbətən daha çox sağlamlıq problemləri yaşayırlar. Tədqiqatçılar gözləyiblər ki, planlı qeysəriyyənin doğuş başladıqdan sonra edilən qeysəriyyədən daha faydalı olması faktı ilə qarşılaşacaqlar. Lakin tam əksinin sübut olunması onları da təəccübləndirib.
"New York Times"a müsahibə verən tədqiqatçı alim Mairead Black bu barədə deyib: "Vaginal yolla (normal doğuşla) dünyaya gələn körpələr analarının bədənindəki bakteriyalarla təmas halında olaraq dünyaya gəldiyi üçün daha qüvvətli immunitet sisteminə sahib olurlar. Lakin normal doğuşun mümkün olmadığı hallarda, məcburi qeysəriyyə ilə bunu kompensasiya etmək mümkün ola bilərmi? Bəli. Araşdırmalar sübut etdi ki, təbii doğuş anı başladıqdan sonra edilən qeysəriyyədə körpənin az miqdar da olsa, bu bakteriyalara məruz qalma şansı olur".
Diabet riski yüksəlir
Araşdırmanın ən təəccüblü nəticələrindən biri də budur: planlı qeysəriyyə ilə doğulan körpələr planlaşdırılmamış qeysəriyyə yolu ilə doğulan körpələrə nisbətən  35% daha çox 1-ci tip diabet xəstəliyinə tutulma riski daşıyır. Eyni zamanda, astmaya tutulma riskləri də daha çoxdur.
Bəs nə etməli?
Normal doğuşa mane olacağı və ya normal doğuşu çətinləşdirəcəyi təsbit edilən (körpənin mövqeyinin tərs olması və ya başqa bir sağlamlıq problemi kimi) bir vəziyyət meydana gəldikdə qeysəriyyəni planlaşdırılan tarixdə etməyə tələsməyin. Əksinə, doğuşun təbii başlamasını gözləyin. Doğuşun başladığını göstərən (ilk sancılar, suyun gəlməsi və s.) əlamətlər başladıqdan sonra qeysəriyyə ilə doğuş etməyə üstünlük verin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1273   Tarix: 14 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

qadın geyimi sac duzumleri qaşların formalari bal şəfadı ana və körpə sızanaqlara qarşı maskalar döş əmən kişilər kosmetika haxista qaynana hakista babasil novruz hakısdası paxlava