Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu qeyd edib. O, səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib.
Publika.az xəbər verir ki, Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib.
"Bu vəziyyətdə xəstəxanaların yükü artacaq. Temperatur, öskürək və boğaz ağrısı simptomları olan insanlar COVID-19 şübhəsi ilə xəstəxanalara müaciət edəcək. Bu da klinikalarda yükün artmasına səbəb olacaq. Əslində həkimlərin ən böyük qorxusudur. Odur ki, həqiqətən yüksək temperaturu və tənəffüs yolları problemi olan ciddi xəstələrin müraciət etməsi iş yükümüzü yüngülləşdirməyə kömək edəcək.
Ümumi qaydalara diqqət yetirməklə yoluxma riskini azalda bilərsiniz. Buraya gigiyena qaydaları, sosial məsafə və maska daxildir", - mütəxəssis vurğulayıb.
Epidemiyanın yayılması baxımından yas, toy və əyləncə tədbirlərinin böyük risk yaratdığını qeyd edən həkim ticarət mərkəzlərində də az vaxt keçirməyi məsləhət görüb.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar