"Qısqanc ər, əslində, özündən şübhə edir"

Fransız ədəbiyyatının klassiki Onore de Balzakın yaradıcılığı daim qadın və kişi münasibətlərini mövzusu ətrafında cərayan edib. Yazıçının bioqrafiyasına əsasən deyə bilərik ki, o, bir qayda olaraq özündən yaşca böyük xanımlara aşiq olub. 30-40 yaş arası gözəl və müstəqil qadınlar Balzakın əsl ehtirası idi. Təsadüfi deyil ki, bu yaş dövrünə "balzak yaşı" deyirlər.

"Balzak yaşı"qadınların 30-40 arası yaş dövrü nəzərdə tutulur. Bu termin Onoro de Balzakın (1799-1850) "Otuz yaşlı qadın" (1832) romanından sonra meydana gəlib. Əsərin baş qəhrəmanı 30 yaşlı vikontessa de Bossean öz düşüncəsi, azadlığı, zövqü ilə fərqlənirdi. Əsər çapdan çıxdıqdan sonra tezliklə, 30-40 yaş arası qadınlara ironiya ilə "balzak qəhrəmanı", "balzak qadını" kimi ifadələrlə müraciət edirdilər. Sonradan isə "balzak yaşı" termini geniş istifadə edilməyə başlayır.

Xanim.az publika.az-a istinadla bu yazıda oxucuları Balzakın qadınların ünvanına dediyi qiymətli sitatları ilə tanış edib. Bu fikirlər həm xanımlar, həm də bəylər üçün eyni dərəcədə maraqlı və faydalı ola bilər. Odur ki, klassikin qadın psixologiyasını yaxından tanımağa kömək edən fikirlərini oxumağa dəyər. Axı dahi şəxsiyyətlərin fikirləri beyin və ruh üçün mənəvi qidadır.

1. Öz arvadını məşuqəsi edə bilməməsi göstərir ki, sadəcə kişi iqtidarsızdır. Bütün qadınları tək bir qadında tapmağı bacarmaq lazımdır.

2. Qadın bir yerişi ilə heç nə görməyə imkan vermədən özü haqqında hər şeyi deyə bilər.

3. Öz ərinə gülən qadın onu bundan artıq sevə bilməz.

4. Qadın sevdiyi kişinin üzünü eyni ilə dənizçinin açıq səmanı tanıdığı kimi yaxşı tanıyır.

5. Krallar da, qadınlar da onlar üçün edilən hər bir işin ödənilməsi lazım olan borc olduğuna inanır.

6. Ondan heç nəyi gizlədilmədiyinə inandırılmış bir qadını aldatmaqdan daha asan heç nə yoxdur.

7. Dünyada bir qadın üçün kişini öz təsiri altına sala bilmək qədər zövqlü heç nə yoxdur.

8. Bir qadın sevdiyi kişinin başqa qadınla xoşbəxt olduğunu görməkdənsə, onun can verməsini görməyi seçər.

9. Qadınlardan necə kişi axtardıqlarını soruşsanız, "iddialı və güclü" deyərlər. Digərlərinə nisbətən güclü kişilər daha enli kürək, ürəkləri isə daha istidir, qanlarında daha çox dəmir var. Qadın güclü kişinin qollarında özünü o qədər gözəl və xoşbəxt zənn edər ki, parçalanmaq təhlükəsi altında qalsa da, üstün qüvvəsi olanı bütün kişilərdən üstün tutar.

10. Sevilən qadın dünyanın ən gözəl qadını deyilmi?

11. Ana ürəyi həmişə bağışlamağı bacaran bir uçurumdur.

12. Qısqanc ər əslində həyat yoldaşından yox, özündən şübhə edir.

13. Heç kim qadını gənc və ya kamil, gözəl və ya çirkin, ağıllı və ya axmaq olduğu üçün sevmir. Onu heç bir səbəbsiz sevirlər, sadəcə sevdikləri üçün sevirlər.

14. Qadını idarə edə bilən kişi hakimiyyəti də idarə edə bilər.

15. Qadının ancaq sonuncu məhəbbəti kişinin ilk sevgisi ilə müqayisə edilə bilər.

16. Qadın onu problemlərdən xilas edən kişiyə aid olmalıdır.

17. Qadın başqasına aid olan kişi üzərində qələbə qazanmağı sevir.

18. Qadının məşuqəsi ola bilən heç bir kişi onun dostu olmur.

19. Kişinin həmişə eyni qadınla xoşbəxt ola bilməcəyini düşünmək absurddur. Bu iddia ona bənzəyir ki, yaxşı musiqiçiyə pyes ifa etmək üçün bir neçə skripka lazımdır.

20. Hətta ən dərin etiraflarında qadın üçün həmişə sükünətə yer qalır.

"Qısqanc ər, əslində, özündən şübhə edir"

Maraqlı     Baxılıb: 3815   Tarix: 08 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

turlar.az

hamilelikde qidalanma hamiləlik geyim dəbləri limon maskasi öskürəyin təbii müalicəsi valideynlərə məsləhət milli yeməklər kosmetika masturbasiya oglaq damla vidyolar haxisda