"Qısqanclıq zəminində cinayət törətmək kişilikdir"- Psixoloqdan qəribə açıqlama

"Qısqanclıq zəminində cinayət törətmək kişilikdir"- Psixoloqdan qəribə açıqlamaSon zamanlar ölkəmizdə ailə daxili zorakılıqların və boşanmaların sayı çoxalıb. Bəzən bunlara əsas səbəb kimi qısqanclıq hissi göstərilir. Hətta əksər cinayətlərin qısqanclıq zəminində baş verdiyi vurğulanır. Görəsən həqiqətənmi qısqanclıq hissi bu qədər neqativ hallara yol aça bilər? Bəlkə də davranışlarımızı idarə edə bilməməyimiz gerçəyini dilə gətirməyərək, bütün töhməti qısqanclıq hissinin üzərinə yıxırıq?

Milli.Az xəbər verir ki, lent.az qısqanclıqla bağlı bilmədiyimiz məqamlara psixoloq Orxan Oruczadə ilə müsahibədə aydınlıq gətirməyə çalışıb.

- Orxan müəllim, ümumiyyətlə, qısqanclıq nədir, necə bir hissdir?

- Qısqanclıq hər hansı bir şəxsin nəyisə və ya kimisə itirmə qorxusu hissindən yaranan duyğudur. Qısqanclıq hissi təbiətdə də var. Yəni tək insanlara məxsus bir hiss deyil. Adi ev heyvanlarında da bunu rahatlıqla müşahidə etmək olar. Qısqanclıq ilkin mərhələdə və zəif formada olduqda bu, insanlar tərəfindən normal şəkildə qarşılanır. Ancaq bir qədər aşırı dərəcəyə keçdikdə həm şəxsin özü, həm də digərləri üçün ciddi problemlər yarada bilir. Hətta cinayət məcəlləsində belə, qısqanclıq zəminində baş verən cinayət əməllərini tənzimləyən maddələr də var.

- İnsanlarda qısqanclıq hansı yaş dövründə yaranır?

- Qısqanclıq hissinin yaranması ilə bağlı müxtəlif yanaşmalar var. Bəziləri qısqanclıq hissinin anadangəlmə olduğunu, bəziləri isə sonradan yaranandığını söyləyir. Nəzərə alsaq ki, qısqanclıq hissi insanların yaşadığı cəmiyyətə uyğun olaraq özünü büruzə verir, o zaman bu duyğunun sonradan yarandığını deyə bilərik. Yəni qısqanmaq üçün səbəb olmalıdır. Məsələn, 3 yaşına kimi evdə tək böyüyən uşağa diqqətin, qayğının ailəyə daxil olan yeni uşağa görə azalması qısqanclıq hissinin özünü büruzə verməsinə səbəb olur. Heç vaxt qısqanclıq nümayiş etdirməyən və ya etdirməsi üçün səbəb olmayan uşaq birdən-birə şiddətli qısqanclıq davranışları göstərməyə başlayır.

- İnsan psixologiyasına görə, kim daha qısqanc olur - qadın, yoxsa kişi?

- Qısqanclığın kökündə itirmə qorxusu olduğuna görə, bu hissi qadın da yaşaya bilir, kişi də. Lakin cəmiyyətimizdə kişilərin qısqanc davranışları daha adi qəbul edilə bilir. Psixologiya elmində təkamül psixologiyası deyilən bir bölmə var. Təkamül psixologiyası insan psixikasının təkamül etdiyini və bəzi davranışlarımızın kökünün genetik yaddaşımızla min illər əvvələ getdiyini izah edir. Qısqanclıqla bağlı təkamül psixologiyası çox maraqlı bir açıqlama verir. Təkamülçü psixoloqlara görə, uşağın dünyaya gəlmə prosesi ananın bətnində baş verdiyi üçün ananın kim olması ilə bağlı heç bir şübhə qalmır. Lakin uşağın atasının kimliyi ilə bağlı 100 faizlik əminlik kişilərdə heç vaxt olmur. Və tarix boyu genetik yaddaşda bu qeyri-əminlik hissi kişilərin qısqanc davranmasını onlara məxsus bir vərdiş formasına salıb. Həmin yanaşmaya görə isə, qadınların genetik yaddaşında kişinin başqa qadın tapacağı halda onu yalnız qoyması qorxusundan əmələ gələn qısqanclıq hissi formalaşıb. Bu yanaşmanın doğru olub-olmadığını söyləmək çətindir. Amma istənilən halda cinsindən asılı olmayaraq, qısqanclığın kökündə eqoistik maraqlar durur.

- Bəs axı deyirlər, qısqanclıq sevginin göstəricisidir. Bu, doğrudanmı belədir?

- Qısqanclıq istənilən halda sevginin göstəricisi deyil. Qısqanclıq sevgiyə olan şübhənin və inamsızlığın göstəricisidir. İnsan üçün dəyərli olan şəxsi itirməmək istəyi və bu istəklə gələn cüzi qısqanclıq hissləri təbii və normaldır. Ancaq əksər vaxt aşırı qısqanclığın şiddəti insanın sevilməyə olan ehtiyac miqdarını da göstərir. Bunun təzahürü isə insanların xarakter xüsusiyyətlərindən asılı olaraq şiddət, təzyiq və ya küsmə kimi reaksiyalarla ola bilər.

- Son vaxtlar Azərbaycanda qısqanclıq zəminində ailədaxili cinayətlərin sayı artıb. Ər arvadını, bəzən əksinə, qadın ərini öldürür. Qısqanclıq həqiqətən də doğma insanı öldürmək həddinə çata bilir?

- Ümumiyyətlə, qısqanclıq anlayışı, onun çərçivələri, təzahür xüsusiyyətləri cəmiyyətin dəyərlərinə görə fərqli formada olur. Məsələn, bizim cəmiyyət üçün hər hansı bir kişinin öz qadınına qarşı qısqanclıq hərəkətləri başqa bir cəmiyyətdə tamamilə anormal bir hərəkət kimi dəyərləndirilə bilər. Çox zaman elə qısqanclıq zəminində baş verən cinayət hadisələrinin kökündə də cəmiyyətin dəyərlərinə uyğun davranma məcburiyyəti durur. İnsanlarda şablonlaşmış davranış normaları var, məsələn, ər qadınını qısqananda necə davranmalıdı? Qardaş bacını necə qısqanmalıdı? Xüsusi hallar var ki, insan özünü şablonlaşmış hərəkətlər etməyə məcbur edir. Hətta bu cür davranışların cinayət tərkibi olsa belə, həmin hadisəyə ictimai qınağın daha şiddətli olması şəxsin cinayət törətməyi üstün tutmasına səbəb olur. Qısqanclıq zəminində cinayət törədənlərə həbsxana həyatında daha hörmətlə yanaşılır və həmin cinayət əməli kişilik əlaməti kimi dəyərləndirilir...

- Bəs bu formada özünü büruzə verən qısqanclıq hissini psixoloji olaraq müalicə etmək mümkündürmü?

- Qısqanclıq hissinə qalib gəlmək üçün ilk olaraq qısqanan şəxs bunu özü istəməlidir. Bundan sonra həmin şəxsdə qısqanclığın kök səbəbləri birgə analiz edilməli və məntiqi yanaşma ilə qısqanclıq yaradan səbəblərlə mübarizə aparılmalıdır. Bəzən insanların qısqanclıq hissi, xüsusilə sevgi münasibətlərində, əvvəlki təcrübələrə əsaslanır. Ancaq bu, şəxsin özü tərəfindən dərk olunmadığı üçün başqalarının və ya özünün əvvəlki təcrübələri əsasında yaranmış qısqanclıqla mübarizə aparmaq çətinləşir. Odur ki, qısqanclıq hissinin aradan qalxması üçün şəxs ilk növbədə öz qısqanclıq səbəblərini dərk etməlidir. Düzdür, qısqanclıq problemilə bağlı psixoloqlara müraciətlər olur. Ancaq əksər hallarda şəxs özü deyil, qarşı tərəfin qısqanclığından əziyyət çəkənlər müraciət edirlər.

- Maraqlıdır, insanlarda qısqanclıq hissi olmasaydı, onlar psixoloji olaraq özlərini necə hiss edərdilər?

- Yuxarıda dediyimiz kimi, qısqanclıq hissi əksər vaxt itirmə qorxusunun yaratdığı bir hissdir. Beləliklə, qısqanclığın olmaması üçün insanlarda itirmə qorxusu olmamalıdır. İtirmə qorxusunun olmaması isə insanlararası münasibətlərdə laqeydliyə, qarşılıqlı münasibətlərin olmasında marağın yaranmamasına səbəb olardı. Təbiətdə hər bir şeyin harmoniyası olduğu kimi, insan hisslərində də hər duyğunun öz gözəlliyi və funksiyası var. Qısqanclıq hissi olmasaydı, ən azından qısqanılmaqla xoşbəxt olan insanların xoşbəxtliyi əlindən alınmış olardı. Odur ki, hər hansı bir hiss varsa, demək, ona ehtiyac da var.

Xəbərlər     Baxılıb: 1472   Tarix: 04 fevral 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kortizol dalğası: Sosial media mifləri və reallıqlar

Stres hormonu olan kortizol hazırda internetdə heç vaxt olmadığı qədər populyardır. Gənc nəslin (18-34 yaş) 38%-i artıq həkimlərdən çox sosial mediadakı sağlamlıq məsləhətlərinə güvənir. Bəs TikTok-da qarşımıza çıxan "kortizo

.

Kərə yağı deyənlər yanılır: Ən sağlam yağlar açıqlandı

Biotibbi araşdırmalar göstərir ki, hər yağın orqanizmə təsiri fərqlidir. Tərkibindəki doymamış yağ turşuları və antioksidantlar baxımından zəngin olan yağlar siyahıda liderlik edir.  xəbər verir ki, siyahının zirvəsində birmənal

.

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. Nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır. xəbər veri

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

.

Uzunömürlülük və güclü əzələlərin sirri

Sağlam qocalmanın və əzələ gücünün qorunmasının açarı sadə qidalanma vərdişlərində gizlənə bilər. xəbər verir ki, mütəxəssislərə görə, hər gün fıstıq yağı istehlakı əzələ itkisi ilə mübarizədə effektiv rol oynayır. Araşdırmad

.

Uzun müddət oturmağın beyin sağlamlığına təsiri ÜZƏ ÇIXDI

Uzun müddət oturmaq beyin sağlamlığına ciddi təsir göstərə bilər. xəbər verir ki, "PLOS One" jurnalında dərc edilən nəticələrə görə, gündə 8 saat və ya daha çox oturan insanlarda "Dementia" riski təxminə

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Çuğundur şirəsinin faydaları: Niyə içməliyik?

Çuğundur (Beta vulgaris) polifenollar, antioksidantlar və elektrolitlərlə zəngin bir kök tərəvəzdir.  xəbər verir ki, onun şirəsi xüsusilə ürək-damar sağlamlığı və fiziki dözümlülük üçün əvəzolunmazdır. Çuğundurun tərkibind

.

Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT

Elektron siqaretlərin ağciyərlərə, eləcə də məhsuldarlığa və genetik quruluşa daimi zərər verə biləcəyi barədə xəbərdarlıq edilib. xəbər verir ki, türkiyəli həkim Pınar Pazarlı Bostan xüsusilə hamiləlik dövründə məruz qalmanı

turlar.az

gelinlikler yaz geyimleri 2026 qadın geyimi qadinlarda soyuqdeyme xiyarın faydaları hamiləliyə hazırlıq ziyafət geyimləri 2026 kosmetika 8 mart oxatan ginekoloq uşaq şeirləri aysel