Qiyməli makaron. Əla şam yeməyi
Tərkib:
- 500 qr makaron
- 300 qr yağsız dana qiyməsi
- 1 ədəd orta böyüklükdə soğan
- 1 ədəd pomidor
- 3 ədəd yaşıl bibər
- 1 çay qaşığı tamat
- 1 çay qaşığı tomatı
- 50 qram yağ
- Duz, istiot, qırmızı bibər
Hazırlanması:
1. Qazana su töküb qaynadın. Daha sonra həmin suya 1 xörək qaşığı yağ və duz əlavə edərək makaronları töküb, 15 dəqiqə qaynadın.15 dəqiqədən sonra makaronların birini götürüb bişib-bişmədiyinə baxın. Bişibsə, aşsüzənə tökün və üstünə soyuq su tökün.
2. Qazanda yağı əridin, üzərinə makaron tökün, qarışdırın.
3. Kənarda soğanı nazik-nazik doğrayıb tavada yağda qızardın, üzərinə tomat əlavə edin.
4. Daha sonra qabığı soyulmuş xırda doğranmış pomidoru əlavə edərək qovurun.
5. Sonra qiyməni tökün. Qiyməni yaxşı qovurduqdan sonra duz, istiot və qırmızı pul bibər əlavə edin. Hazır olana yaxın yaşıl bibəri xırda doğrayaraq tökün. Qiyməni makaronuun üstünə töküb süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Aile.lent.az









Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Enerjini azaldan gündəlik səhvlər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Zaur Kamalın səhhətində problem yarandı