Qiyməti 4 manatdan başlayır - Asılılıq yaradır

Qiyməti 4 manatdan başlayır - Asılılıq yaradırBurun tutulması zamanı geniş istifadə olunan damar daraldıcı damcıların uzun müddət istifadəsi asılılıq və ciddi sağlamlıq problemləri yarada bilər.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı LOR cərrahı Alesya Şapovalova açıqlamasında bildirib.
Həkimin sözlərinə görə burun damcılarından ardıcıl olaraq maksimum 5-7 gün istifadə etmək olar və gün ərzində istifadənin sayı 3-4 dəfəni keçməməlidir. "Bu preparatların uzun müddət istifadəsi orqanizmdə öyrəşmə yaradır və vəziyyəti daha da ağırlaşdıra bilər", - deyə o qeyd edib.
Şapovalova izah edib ki, damar daraldıcı damcılar burun selikli qişasındakı damarları daraldaraq şişkinliyi azaldır və nəfəs almanı müvəqqəti rahatlaşdırır. Lakin uzunmüddətli istifadə zamanı damarlar preparata reaksiya vermir, selikli qişada ödem artır və burun tutulması daha da güclənir. Bundan əlavə, bu dərmanlar burun selikli qişasına toksik təsir göstərə bilər.
Həkim bildirib ki, bir çox insan damcıların tez təsir göstərməsinə aldanır, lakin zaman keçdikcə bu təsir qısalır və damcılardan istifadə tezliyi artır. "Bu, insanın damcısız nəfəs ala bilmədiyi qapalı bir dövr yaradır", - deyə o vurğulayıb.
Mütəxəssis burun tutulmasını aradan qaldırmaq üçün alternativ üsulların da olduğunu deyib. Onun sözlərinə görə, burunu duzlu məhlulla yumaq, otağı tez-tez havalandırmaq, açıq havaya çıxmaq və yüngül fiziki hərəkətlər nəfəs almanı yüngülləşdirə bilər.
Damcılardan asılılığın qarşısını almaq üçün həkim istifadə sayının tədricən azaldılmasını, uşaq damcılarına keçidi və damcını yalnız bir burun dəliyinə damızdırmağı tövsiyə edib. Həmçinin dəniz suyu əsaslı preparatların və bitki tərkibli vasitələrin daha təhlükəsiz alternativ olduğu bildirilib.
"Əgər insan burun damcılarından imtina edə bilmirsə və davamlı ehtiyac hiss edirsə, mütləq həkimə müraciət etməlidir", - deyə Alesya Şapovalova fikrini yekunlaşdırıb.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 950   Tarix: 06 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim şəkilləri kosmetik vasiteler həkim məsləhəti kombinler 2026 yay saca xina qoymaq qaydasi toy qabağı kompot kosmetika sevgi şirin qoğal cinsi elaqe sağlıq porno