Qola qırmızı sap bağlamaq nə məna daşıyır?

Qola qırmızı sap bağlamaq nə məna daşıyır?Son zamanlar biz tez-tez adi insanlar və tanınmış, məşhur şəxslərin qollarında qırmızı rəngdə saplar görürük. Bu saplar nə məna daşıyır?
Publika.az bildirir ki, Kabbalada (iudaizmdə mistik elm) qırmızı sap sahibini müxtəlif bəlalardan qoruyan güclü amulet sayılır.
İnsan bu sapı sol biləyinə bağlamalıdır. Belə hesab olunur ki, aura və bədənimizə neqativ, mənfi energi məhz sol əldən keçir.
Hindistanda qırmızı saplar məbədlərdə cavan subay qızların biləyinə bağlayırlar ki, qız tezliklə ərə getsin.
Slavyanlarda da biləyə qırmızı sapın bağlanması pis gözdən və nəzərdən qorunmaq üçün istifadə olunurdu. Həmçinin bu saplar xöşbəxtlik, maddi rifah və bol şans cəlb etmək üçün taxılırdı.
Qırmızı sap necə bağlanır?
Sap təmiz yundan olmalı və müqəddəs yerlərdən getirilməli və ya ən azından təzə olmalıdır (yəni köhnə yun paltarından yox). Həmçinin bu sapı insanın qoluna yalnız çox yaxın, onu sevən və ona yaxşılıq arzulayan şəxs bağlamalıdır. Sapı düz 7 dəfə düyünləmək lazımdır.
İlk dəfə qırmızı saplar Hollivud ulduzları və tanınmış müğənnilərin biləklərində görünməyə başlayıb və sonra bütün dünyada dəbə minib. Bu müğənnilərdən biri Madonnadır. Madonna müsahibələrdə etiraf edirdi ki, qırmızı sap ona harmoniya, əminlik, işlərdə uğur və şöhrət qazandırıb.
Belə hesab olunur ki, qırmızı sap yalnız o halda insana uğur və xöşbəxtlik gətirə bilər ki, insan özü dürüst olsun, heç kimə pislik etməsin və arzulamasın.
Təbii ki, buna inanan da, inanmayan da, buna qarşı çıxan da, şirk hesab edən də var. Lakin əgər bir qırmızı sap insanı ən azından pis əməllərdən çəkindirir, ona özünə inam bəxş edirsə, burada böyük qəbahət görməyək. /publika.az

Sağlamlıq     Baxılıb: 2268   Tarix: 08 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

toy makiyajlari toy gecesi adlarin menasi cinsi problemlər səyahət qadın orqanizmi baliq qulagi el isleri kosmetika maya maskasi zəhmət gözəllik kahfe falı hekaye janri