Qriplə koronavirusu bir-birindən necə fərqləndirməli?
Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişçenko "RİA Novosti"yə açıqlamasında qriplə əlaqəli olmayan koronavirusun xüsusi simptomlarını açıqlayıb.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu simptomlar arasına təngənəfəslik, qoxu və dadbilmə hissinin itməsi daxildir. COVID-19 xəstələrində ilk növbədə intoksikasiya, öskürək kimi ağciyər problemləri meydana gəlməyə başlayır.
"İnsan təngənəfəsliyi hiss edir, çünki o saturasiyanı itirir və qan oksigenlə doymur", - Onişçenko izah edib.
Qripdə də koronavirusda olduğu kimi iybilmə reseptorları daralır. Buna baxmayaraq, həkim qeyd edib ki, yalnız koronavirus xəstələrində qoxu itkisi tamamilə itir. Onun sözlərinə görə, yaşlı insanlarda xəstəliyin gedişatı ağır olursa, uşaqlar daha az reaksiya verirlər.
"Qripdə hər şey başqa cür olacaq: böyüklər ilə bərabər xəstələnirlər. Qrip və kəskin tənəffüs xəstəliklərində proses daha intensiv inkişaf edir, inkubasiya müddəti təxminən 7 gündür. Lakin koronavirus infeksiyasında bu dövr iki dəfə artır. Beləliklə, 12, 13 və 14-cü günlər infeksiya üçün kritik hesab olunur", - mütəxəssis sözlərinə əlavə edib.
Xatırladaq ki, Moskva Səhiyyə İdarəsinin yetkin əhali üçün ilkin tibbi yardım üzrə baş mütəxəssisi Andrey Tyajelnikov temperaturun 40 dərəcəyə qədər yüksəlməsinin, bütün bədəndəki zəiflik və ağrıların qripə daha xarakterik olduğunu açıqlamışdı.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar