Rafiq Bayramov: Tənəffüs infeksiyalarına yoluxanların az bir hissəsi xəstələnir

Rafiq Bayramov: Tənəffüs infeksiyalarına yoluxanların az bir hissəsi xəstələnirBütün dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Həkim və mütəxəssislər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmağın yolları haqqında tövsiyələr paylaşırlar. Ümumilikdə isə tənəffüs infeksiyaları ilə mübarizə metodları barədə məlumatlı olmaq və mümkün qədər qorunmaq çox önəmlidir.
Milli.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov AZƏRTAC-a bildirib ki, tənəffüs infeksiyaları, o, cümlədən respirator virus infeksiyaları, vərəm və s. ilə yoluxma və xəstələnmə halları havaların soyuq olduğu fəsillərdə daha çox müşahidə edilir. Tənəffüs infeksiyaları - COVID-19, vərəm və s. ilə yoluxma daha çox aerogen, yəni, hava-damcı - xəstə asqırdıqda, öskürdükdə və hava-toz yolu ilə, məsələn, xəstənin bəlğəmi ilə çirklənmiş torpaqdan, həm də xəstəlik törədicisi ilə çirklənmiş yerlərdən təmasla ola bilər.
Həkimin sözlərinə görə, koronavirus və digər tənəffüs infeksiyaları ilə mübarizə üç istiqamətdə aparılmalıdır. Birincisi, infeksiya mənbəyinə qarşı aparılan mübarizə tədbirlərini əhatə edir. Bunun üçün müvafiq tənəffüs infeksiyası olan xəstələrin izolyasiyası və hospitalizə edilərək müalicə edilməsi, infeksiya ocağının dezinfeksiyası lazımdır.
İkincisi, infeksiyanın ötürülmə yoluna qarşı görülən tədbirlərdir. Bu zaman yoluxmadan qorunmaq üçün şəxsi gigiyena qaydalarına ciddi əməl edilməsi, qoruyucu maskaların istifadə edilməsi və s. zəruridir.
Nəhayət üçüncü istiqamət yoluxmuş şəxslərin xəstələnməməsi üçün orqanizmin immun qabiliyyətinin artırılması məqsədilə görülən tədbirlərdir. R.Bayramov bildirir ki, bu, çox vacibdir. Çünki tənəffüs infeksiyalarına yoluxmaqdan qorunmaq o qədər də asan deyil: "Tənəffüs infeksiyalarına yoluxmuş şəxslərin az bir hissəsi xəstələnir. Bunlar xüsusilə immun sistemini zəiflədən yanaşı xəstəliyi olan insanlardır. Ona görə də bu zaman orqanizmin immun statusunun rolu böyükdür".
Həkim məsləhət görür ki, tənəffüs infeksiyaları ilə mübarizədə orqanizmin immun sisteminin normal olması üçün balanslaşdırılmış qidalanma, xüsusilə C vitamini ilə zəngin təbii qidaların qəbulu, normal gün rejimi, kifayət qədər yatmaq, idmanla məşğul olmaq, açıq havada olmaq, soyuqdan qorunmaq, stress və təşvişdən uzaq olmaq vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 4325   Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

toy gecesi geyim şəkilləri hamilelikde qidalanma qarabasaq kotleti tərəzi bürcü qara gavalinin faydalari qadın kosmetika kosmetika kahfe kali atalar sozleri xanim az bayatılarımızda vətən həsrəti ginekoloq