Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...

Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...Artıq çəkidən qurtulmaq istəyənlər üçün pəhrizdən çox gündəlik həyat tərzinə çevrilən "Karatay qidalanma üsulu" ilə Ramazan ayı boyunca da ideal çəki və bədən formasını saxlamaq mümkündür.
Publika.az xəbər verir ki, toxluq hissi ilə birlikdə piylərin sağlam şəkildə əriməsini təmin edən bu üsul həm doyurucu, həm də bəsləyici qidaları özündə ehtiva edir.
Daxili xəstəliklər üzrə mütəxəssis və professor Canan Karatay tərəfindən hazırlanan bu proqram çərçivəsində gündə maksimum 3 dəfə qidalanma tövsiyə olunur. İdeal nahar sayı isə 2-dir. Yemək saatları arasında 4,5-5 saat zaman tələb olunan proqramda rafinə edilmiş qidalardan uzaq durmaq və mövsümündə yetişmiş bitkilərlə, heyvan mənşəli məhsullarla qidalanmaq üstünlük təşkil edir.
Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...Ümumi tövsiyələr:
Axşam yeməyində buğlama, soba və ya yağsız qızartma üsullarından istifadə edilməlidir. Bu menyuda çörək, düyü, makaron və kartof kimi qidalara yer verilməməlidir.
Naharlar arasında ayran, şəkərsiz çay və şəkərsiz qəhvə içmək variantları mövcuddur. Yemək yeyərkən içkidən istifadə tövsiyə olunmur.
Gün ərzində 1 dəfə meyvə yeyilməsi nəzərdə tutulur.
Səhər yeməyi bütün zamanlardan daha çox önəmlidir. Səhər yüksək miqdarda protein və kalorisi zəngin qidalar yeyilməlidir.
Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...Karatay pəhrizi ilə neçə kilo çəki itirilir?
Sınayan bir çox insanın təcrübəsinə əsasən, bu üsulla 2 həftədə 5, 4 həftədə 12 kiloqrama qədər çəki itirmək mümkündür. Həm də geri qayıtmaması şərtilə.
Karatay pəhrizində qadağan olunan qidalar:
*Taxıl məhsulları
*Şəkərli içkilər
*Paketlənmiş məhsullar
*Süni dadvericilər
*Düyü və kartof
*Qovrulmuş çərəzlər
*Kolbasa, sosiska kimi hazır ət məhsulları
Ramazan ayında artıq çəkidən qurtulmağın incə məqamları - Ac qalmadan, bol yemək və...Sərbəst miqdarda qəbul edilə biləcək qidalar:
Qoz, heyva, səbzə, badam, çiyələk, alma, zeytun yağı, fındıq, albalı, bulqur, fındıq yağı, kərə yağı, qazlı su, şaftalı, qatıq.
1 həftəlik sağlam qidalanma menyusu
Səhər:
1 ədəd qaynadılmış yumurta və ya 2 ədədli omlet
1-2 dilim pendir
8-10 ədəd zeytun (üzərinə zeytun yağı)
1 fincan qoz və ya fındıq
Günorta:
Aclıq hiss etmirsinizsə, 1 porsiya meyvə, 1 ovuc fıstıq, qoz, badam (qabığı ilə birlikdə yeyilən lifli meyvələr tövsiyə olunur)
Axşam:
Yağsız qızardılmış balıq və ya qırmızı ət
Zeytun yağlı mövsüm salatı
1 kasa qatıq
İncə məqamlar:
Hər gün 2-3 litr su içmək
Axşam 8-dən sonra qida qəbulunu dayandırmaq
Yeməkləri az odda yavaş bişirmək
Qazlı və alkoqollu içkilərdən uzaq durmaq
Hər gün 40-60 dəqiqə yürüş
Zümrüd

Sağlamlıq     Baxılıb: 2075   Tarix: 28 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

yaz geyimleri 2026 qadin sayti yay geyimləri 2026 hakışta xınayaxdı sözləri qan qruplari haqqinda melumat bizim mətbəx atalar sözləri kosmetika novruza aid hakışta 8 mart namiq qaraçuxurlu qadin saglamlig vicdan