Ramil Səfərovun AZAD EDİLMƏSİNƏ külli miqdarda vəsait xərclənib?

Ramil Səfərovun AZAD EDİLMƏSİNƏ külli miqdarda vəsait xərclənib?Avropada dərc edilmiş və Azərbaycan hökumətinin 3 milyard dollara yaxın vəsaiti xarici şirkətlər vasitəsilə lobbiçilik, çirkli pulların yuyulması və dəbdəbəli əşyaların alınması üçün xərclədiyini iddia edən yeni jurnalist araşdırmasına əsasən, ödənişlərdən biri də Macarıstandakı bank hesabına edilib.

Macarıstanın atlatszo.hu, saytında dərc edilmiş məqalə müəlliflərinə əsasən həmin bank hesabı Velasco International Inc., ofşor şirkətinə məxsus olub və oraya 7 milyon dollardan artıq pul köçürmələri qeydə alınıb.

Sayt həmçinin diqqəti, bu ödənişlərin Macarıstanda cəza çəkən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından əvvəl edildiyinə çəkir.

Rəsmi Bakı bu iddiaları rədd edib.

Ramil Səfərovun ekstradisiyasından sonra

Atlatszo.hu saytındakı hesabata əsasən 2012-ci ildə, Ramil Səfərovun ekstradisiyasından əvvəl Macarıstanın baş naziri Victor Orban Bakıya səfər edərkən baş nazirin birinci müavini Yaqub Eyyubovla görüşüb. Cənab Eyyubov isə Velasco International Inc. ofşor şirkətilə bağlı olduğu deyilən Orxan Eyyubovun atasıdır.

Cənab Eyyubov iddialara münasibət bildirməyib.

Atlatszo.hu saytının baş redaktoruna əsasən 2012-2013-cü illərdə Danske Bank öz Estoniyadakı şöbəsindən Budapeştdə yerləşən MKB bankına 20-dən artıq transfer edib.
Tamas Bodoky-nin sözlərinə görə maliyyə köçürmələri Ramil Səfərovun azad olunması ilə əlaqələndirilmir.

"Biz bu iki hadisənin əlaqəli olduğunu demirik. Lakin köçürmələr Səfərovun Azərbaycana verilməsi vaxta təsadüf edib. Bizimlə birgə araşdırma keçirən OCCRP üzvlərinin Yaqub Eyyubov, Emin və Orxanla əlaqə saxlamaq cəhdləri isə nəticəsiz başa çatıb."
"Bu Azərbaycana qarşı tətbiq edilən və mərkəzləşmiş qaydada idarə olunan kampaniyanın nümunəsidir.

İrəli sürülən iddialar yalnız əsassız ehtimallara söykənir", - Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə Azərbaycanın "hər hansı addımı və əməliyyatı, malın alınması təəssüflər olsun ki, əsassız şəkildə yozulur və ona başqa rəng verilir".

Macarıstanda istintaq tələbləri

Macarıstan hökuməti də iddiaların əsassız olduğunu bildirib.

444.hu saytına əsasən, Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, "Macarıstan hökumətinə qarşı qarayaxma məqsədilə istifadə olunmaması üçün" pul köçürmələri araşdırılmalıdır.

Atlatszo.hu saytında dərc edilmiş məlumat Azərbaycanın hakim elitası tərəfindən yaradıldığı iddia edilən gizli fondun fəaliyyətinə dair araşdırmanın bir hissəsidir.

Çərşənbə axşamı günü yayılan həmin hesabatda göstərilir ki, 2.8 milyard dollarlıq fonddakı vəsaitlər avropalı siyasətçilərinə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə olunub.

Avropa qəzetlər konsorsiumunun hazırladığı "Azərbaycan Camaşırxanası" adlı araşdırmanı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) dərc edib.

Məlumata görə fond 2012-2014-ci illərdə fəaliyyət göstərib. Azərbaycan hökuməti məqalədə göstərilən ittihamları rədd edib və onların əsassız və təxribat məqsədli olduğunu deyib.

Macarıstanda birgə kurslarda olduğu ermənistanlı hərbçini qətlə yetirməklə bağlı ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov 2012-ci ilin avqust ayında Azərbaycana ekstradisiya olunub.

Mənbə: BBC Azərbaycan

    Baxılıb: 1723   Tarix: 10 sentyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

Boşanacaqları deyilən Natavan və Dado təəccübləndirdilər - VİDEO

Bir müddətdir boşanacaqları barədə məlumatlar yayılan müğənni Natavan Həbibi və həyat yoldaşı reper Səid Əliyev (Dado) bu gün eyni şənlikdə birlikdə olublar. Cütlük "Xəzər TV"nin Yeni il üçün xüsusi gecəsində iştira

.

Azərbaycanlı aktyorun heç yerdə görmədiyiniz qızları - FOTOLAR

Aktyor Vüsal Murtuzəliyev istirahətə yollanıb. İsmayıllıda ailəsi ilə bərabər xoş vaxt keçirən aktyor sosial şəbəkə izləyicilərini də unutmur. V. Murtuzəliyev qızları ilə çəkdirdiyi şəkilləri həm "Facebook", hə

.

Oqtayla Dilarə cütlüyündən ŞAD XƏBƏR - qızı Aytənin toyu olacaq

Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production"ın rəhbəri Oktay Əliyev toya hazırlaşır. Axşam.az-ın məlumatına görə, cütlüyün qızı Aytən ailə qurmağa hazırlaşır. 21 yaşlı Aytənin nişanı avqustun 29-da olacaq

.

Əli Mirəliyev gizlinləri açdı: "Toliki rüsvay etdi..."

Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi "mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu" açıqlaması qarş

.

Aygün Kazımovanın sirləri ortaya çıxdı - Fotolar + Video

Son vaxtlar xalq artisti Aygün Kazımovanın görünüşündəki dəyişiklər sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzuya çevrilib. Bir çoxları müğənnini gənc qızlardan daha təravətli gördüklərini bildirərək, bunun səbəbi barəd

.

Çörək almağa gedən qız 63 yaşlı satıcıdan hamilə qaldı - FOTO

Türkiyənin Antalya şəhərində çörək almağa gedən 17 yaşlı qıza təcavüz edib onu hamilə qoyan satıcıya hökm oxunub. Xanım -a istinadla xəbər verir ki, Manavgat mahalındakı dükana gedən qız 63 yaşlı satıcı Celal Ö.-nün təcavüzün

.

Hamilələr üçün sevimli, amma təhlükəli yay

Uşaqdan böyüyə hamının sevdiyi yay fəslinin ilk iki ayı arxada qaldı. Bağ mövsümü, istirahət zamanı olduğundan hamı Xəzərin sahilinə, qumsallıqlara can atır. Amma unutmayaq ki, hər gözəl olan bir qədər də təhlükəlidir. B

.

Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"

Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın -a müsahibəsini təqdim edirik. – Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?. – Düzdür, bəzən deyirlə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az maskalar reseptler makiyaj etmek qaydalari uzum sirkesinin hazırlanması qaydasi ayaqqabi ve cantalar vegetativ sinir sistemi allergik xəstəliklər usaq geyimleri google masqalar qizliq perdesi novruz hakistalari