Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLAR

İstanbulda Reina gecə klubunda 39 nəfər həyatını itirib və 60-dan çox insan yaralanıb.
Həyatını itirənlərdən 11-i Türkiyə, 25 nəfəri isə xarici vətəndaşlardır.
Türkiyə: Silahlının axtarışı sürətlənib
İD İstanbuldakı hücumu törətdiyini deyir.
Nuranə Həsənova
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARRusiya vətəndaşı olduğu deyilən azərbaycanlı Nuranə Həsənovanın cənazəsi Azərbaycana göndərilməlidir, Rusiyanın İstanbuldakı Baş konsulluğu APA-ya bildirib.
"Xarici vətəndaşların dəfn mərasimi xidmətləri ilə məşğul olan şirkət müvafiq sənədləri hazırlayacaq. Yerdə qalan sənədlər konsulluqda hazırlanacaq".
Kerim Aykıl
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARKerim Aykıl cümə günü Yeni İl bayramı üçün sevgilisi ilə İstanbula gedib.

Belçikada yaşayan Aykıl-ın xatirəsinə yaşadığı Houthalen-Helchteren Bələdiyyəsi bayraqları yarıyadək endirib. Əslən Kayseridən olan Aykıl Maas Mechelen şəhərində atası ilə birgə restoran işlədirdi.
Abis Rizvi
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARAbis Rizvi Reinada Yeni İli qeyd edən iki hindistanlıdan biridir. Onun ölüm xəbərini Hindistanın xarici işlər naziri Suşma Swaraj Twitter-də verib.
Rizvi, Mumbayda yerləşən inşaat şirkətinin rəhbəri, film rejissoru və direktoru idi. O həmçinin Bombey Kriket Birliyinin üzvü idi.
49 yaşlı Rizvi 2014-cü ildə "Roar: The Tigers of Sunderbans" adlı filmi çəkib. Onu tanıyanlar onun dinamik və texnologiya sevər olduğunu bildirir.
Elias Wardini
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARHücumda həyatını itirmiş üç livanlıdan biri Elias Wardini idmançı idi və şəxsi trener kimi çalışırdı.
O son dəfə şəxsi Instagram hesabından Reinada öldürülmüş Rita Chami ilə birgə foto paylaşıb.
Ayhan Arık
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARTurizm şirkətində çalışan Ayhan Arık şübhəlinin Reinada vurduğu ilk insanlardan olub.
"Qapının önündə gətirdiyi insanların çıxmasını gözləyərkən polislə söhbət edirdi, təsadüfən tanış çıxırlar. Bir turizm şirkətində sürücü kimi çalışırdı, turist gəzdirirdi" Arıkın bir tanışı bildirib.
Rita Chami
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARLivanlı, 25 yaşlı Rita Chami Elias Wardini ilə birgə Yeni ili qeyd etmək üçün İstanbula gəlib. Livan mediasının paylaşdığı bir fotoda o, dostu ilə hücum ehtimalından qorxduğunu deyib:
"Hə, narahatam, amma çoxdan bütün bronları etdim və hər şeyi ödəmişəm", deyə onlar təxminən 2 həftə öncə Rusiyanın Ankara səfiri Andrey Karlovun ölümündən danışıb.
Rita Chaminin dostları həmçinin bildirib ki, o bu yaxınlarda anasını xərçəng xəstəliyindən itirib və bundan çox təsirlənib.
Mustafa Sezgin Seymen
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARMustafa Sezgin Seymen may ayında nişanlanıb və Yeni ili qeyd etmək üçün nişanlısı Sezen Arseven ilə gecə klubuna gediblər. Sezen Arseven hücumda yaralanıb.
"Biz yarım qaldıq... Eşimi, həyat dostunu, sevdiyimi, eşqimi itirdim", Arseven Facebookda paylaşıb.
Leanne Nasser
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARİsrailin qərbində əsasən ərəblərin yaşadığı Tirada yaşayan 18 yaşlı Leanne Nasser dostları ilə Yeni ili qeyd edirdi.
Tanışları onu hücum ehtimalına görə İstanbula gəlmək fikrindən yayındırmağa çalışsa da, o bir neçə gün idi ki burada idi.
Fatih Çakmak
Təhlükəsizlik keşikçisi Fatih Çakmak Vodafone Arena stadionunda baş vermiş hücumda sağ qalmışdı.
Onun qardaşı "aslan kimi Fatih Çakmak yatır burada. Reinada təhlükəsizlik keşikçisi idi. Bu uşaq çörək pulu üçün gecə-gündüz mübarizə aparırdı" deyə bildirib.
Burak Yıldız
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARHücumda həyatını itirən Burak Yıldız-ın cəmi 21 yaşı var idi.
Üsküdar Polis Müdirliyində çalışan Yıldız dekabrda Beşiktaş stadionunda baş vermiş hücumda həyatını itirənlər barədə yazmışdı:
"Bir xərəyə qoyuldu xəyallarınız, kim bilir neçə idi yaşınız. 20, 21, 22? İndi arxanızda gözlərimizdə yaş, ürəyimizda yanğın qaldı. Allah gözü yaşlı ailələrinizi səbir versin. Məkanınız cənnət olsun qardaşlarım".
Hatice Koç
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARGümüşhane-də doğulmuş Hatice Koç 27 yaşında idi. Bir özəl təhlükəsizlik şirkətində çalışırdı və Yeni il gecəsi Reinada təhlükəsizliyi qoruyurdu.
Koç-un 3 yaşlı bir qızının olduğu deyilir.
Mustafa Jalal Ahmad Abbas
Reina hücumunda həyatını itirənlər kimlərdir? - SİYAHI + FOTOLARİraqlı tələbə Mustafa Jalal Ahmad Abbas İstanbulda Kemerburgaz Universitetində memarlıq oxuyurdu.
Onun cəsədi Erbilə göndərilib, oxuduğu universitetdə matəm mərasimi keçiriluib.bbc

Xəbərlər     Baxılıb: 3288   Tarix: 03 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

turlar.az

geyim seçimi yay kolleksiyasi qadın geyimi hakisda frans subert haqqinda aylıq bürclər aliment almaq kosmetika gözellik bayatılarımızda vətən həsrəti vətənə aid bayatı google qiz evi ucun