Rəqqasə Fatimə və oğlu ilə - FOTOLAR
Dünən ölkəmizdə Yel çərşənbəsi qeyd olunub.
Xanim.az xəbər verir ki, Novruz bayramının üçüncü çərşənbəsində axşam.az-ın qonağı rəqqasə Fatimə Fətəliyeva və oğlu Hüseyn qonaq olub.
F.Fətəliyeva uşaqlıq xatirələrini bölüşüb:
"Novruz bayramı ilə bağlı çox gözəl uşaqlıq xatirələrim var. Hər dəfə dəyərli dostlarımla, qonşularımla yığışardıq, papaq atırdıq, qulaq falına çıxırdıq. Hər zaman həyətimizdə bayram konserti olurdu. Bir il çox möhtəşəm bayram keçirdik. Həyətdə yığışdıq, hamı öz bacarığını nümayiş etdirdi. Biri oxuyurdu, biri nağara çalırdı. Mən isə rəqs edirdim".
Rəqqasə bayramı hər zaman ailəsi ilə birlikdə keçirdiyini deyib:
"Çalışıram bayramları övladlarım üçün maraqlı edim. Ötən çərşənbə onları bağ evinə apardım. Orada tonqal qaladıq. düzdür, tonqaldan tullanmaq yaşımı çoxdan keçmişəm. Amma atdandım.
Bayram şirniyyatlarına çox da önəm vermirəm. çünki indi adi günlərdə də şəkərbura, paxlava, qoğal tapmaq olur. Əvvəl ab-hava başqa idi. Bu şirniyyatları dadmaq üçün Novruzu səbirsizliklə gözləyirdik. Vaxtım az olur, bunlardan hazırlaya bilmirəm".
F.Fətəliyeva hər il axır çərşənbə günü qulaq falına çıxdığını söyləyib:
"Hər il qızımla ağzımıza su alıb qapı pusuruq. Deyirik, görək ilimiz necə keçəcək. Bu ildə ənənəmizə sadiq qalacağıq".



















İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ