Rusiyalı professor açıqladı - COVID-19-a qarşı immunitet ancaq bu halda yarana bilər

Rusiyalı professor açıqladı - COVID-19-a qarşı immunitet ancaq bu halda yarana bilərTibb elmləri doktoru, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin patofiziologiya professoru Anton Yerşov koronavirusa qarşı immunitetin yaranması üçün vacib şərtləri açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ekspert Rusiya mətbuatına açıqlamasında danışıb.
Onun sözlərinə görə, COVID-19-a qarşı sabit immunitetin formalaşması üçün ən optimal hal dərmanların həddindən artıq istifadəsinə yol vermədən xəstəliyin orta formada keçməsidir. Bundan sonra orqanizmdə maksimum immunitet yaranır. Alim qeyd edib ki, bədəni qorumaq üçün lazım olan immunitet iki vəziyyətdə meydana gəlməyə bilər: çox yüngül və ya həddən artıq ağır bir xəstəlik.
Birinci halda, antikorları inkişaf etdirmək üçün virusun icazə verilən miqdarı insan orqanizmində tapılmır. İkinci vəziyyətdə, həddindən artıq ağır vəziyyətdə bədən o qədər stressdə olacaq ki, bütün kompensasiya qüvvələri həyatın saxlanmasına gedəcək. Həkim izah edib ki, bu halda antikorların meydana gəlməsi üçün orqanizmin kifayət qədər gücü qalmır.
Mütəxəssis qeyd edib ki, yeni növ koronavirus problemi bu yaxınlarda ortaya çıxıb. Buna görə virusla "tanış olmaq" üçün kifayət qədər vaxt keçməlidir. SARS olduğuna görə, fərziyyə var ki, COVID-19-a qarşı immunitet də iki il ərzində davam edəcək. Lakin buna dair elmi sübut yoxdur.
Testlərin tərtibçisi və istehsalçısı, fəlsəfə doktoru Yuri Lebedinsə açıqlayıb ki, koronavirusa antikor qazanmış insanlar COVID-19-a yenidən yoluxa bilməz, lakin immunitetləri digər infeksiyalara daha həssasdır. Hər hansı virusun immun sistemini "zədələdiyini" və digər infeksiyalara yol açdığını vurğulayıb, odur ki, sağalanlar da diqqətli olmalıdırlar.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1944   Tarix: 04 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

maskalar donlar 2026 yay geyimləri 2026 kesəriyyə elm ve bilik haqqinda atalar sözləri bagirsaqlari temizlemek ucun hakışta kosmetika dolca vidyolar qizlar baldiza aid bayatilar