Saçları tökülənlər ağ turp şirəsini belə qəbul edin- FAYDALARI

Saçları tökülənlər ağ turp şirəsini belə qəbul edin- FAYDALARIBu tərəvəz nadir xüsusiyyətlərə malikdir. Fitonsidlərlə zəngin olan ağ turp immuniteti möhkəmləndirir, orqanizmin virus və mikroblara qarşı davamlılığını artırır.

Bu səbəbdən qış aylarında ağ turpu öz qidalanmanıza daha tez-tez daxil edin. Turpdan çox sadə və eyni zamanda dadlı və faydalı salatlar hazırlaamaq olar.

Bunun üçün sürtgəcdən keçirilmiş turp, kök və xırda doğranmış cəfəri qarışdırılır. Salata duz və istiot (zövqə görə) vurulur və yaxşı qarışdırılır. Daha sonra zeytun yağı əlavə olunur və salat yenə də yaxşı qarışdırılır. Fantaziyanıza görə digər ingrediyentlərdən də istifadə edə bilərsiniz (xiyar, kələm, göbələk, alma və s.), həmçinin salata xama da əlavə etmək olar.

Ağ turp həmçinin müxtəlif vitaminlər (B qrupu, C, E, PP), mikroelementlər (kalium, kalsium, maqnezium, fosfor, kükürd, yod və s.), aminturşular, fermentlər və s. faydalı maddələrlə zəngindir.

Öskürək və bronxit xəstəlyi zamanı ağ turpun şirəsi çox yaxşı müalicəvi effekt verir. Axşamdan turpun içini oyun və oyuğa bal tökün. Səhər isə alınmış şirəni qəbul edin. Bu şirə çox effektli bəlğəmgətirici və iltihabəleyhinə təsir edir.

Əgər sizdə bala allergiya varsa, şəkər tozundan istifadə edin.

Ağ turp həzm proseslərini sürətləndirir, iştahanı artırır, qəbizliklə mübarizə edir. Lakin mədə-bağırsaq sistemi ciddi pozulmaları zamanı (xüsusilə kəskinləşmə dövründə) turpu qəbul etmək tövsiyə edilmir. Turp həmçinin köpə səbəb ola bilər. Bu səbəbdən köpə meyilli olan insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.

Turp ödqovucu və sidikqovucu təsirlərinə malikdir.

Turp mübadilə prosesləri yaxşılaşdırır, qalxanvari vəzinin fəaliyyətinə müsbət təsir edir.

Ağ turp həmçinin kosmetologiyada da istifadə oluna bilər. Ağ turpun əsasında olan maskalar üz dərisini ağardır, çillər və piqment ləkələri ilə mübarizə edir, dərini cavanlaşdırır, daha elastik edir. Belə maskaların bir variantı: ağ turpun bir tikəsi sürtgəcin kiçik gözündən keçirilir, üzərinə 1 xörək qaşığı xama əlavə olunur, qarışdırırlır və təmiz üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yumaq lazımdır. (İstifadə etdikdən əvvəl maskanı üz dərisinin kiçik hissəsinə çəkin - qızarma, qaşınma və s. olmazsa, istifadə edə bilərsiniz.)

Saçların tökülməsi ilə mübarizədə ağ turpun şirəsindən istifadə etmək olar. Ağ turpun şirəsi saç follikullarını möhkəmləndirir, saçların uzanmasını stimullaşdırır.

Gözəllik və Moda     Baxılıb: 2900   Tarix: 07 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

reseptler qadın geyimi qadin dunyasi dəri xəstəlikləri xiyar tursusunun hazirlanmasi qaydasi sirin qiz statuslari sandal ayaqqabilar kosmetika ziyafet geyimleri dolca azerb clpaq qadinlari novruz bayramina aid hakisdalar yuxuda qara ilan gormek