Saçların möhkəm və gözəl görünməsi üçün kakao maskası
Saçların möhkəm və gözəl görünməsi üçün kakao maskası
Bir neçə gün bundan öncə çoxdan görmədiyim rəfiqəmlə görüşmüşdüm. Rəfiqəmin həmişə gözəl qara və uzun saçları olub. Amma bu dəfə saçları daha gur, daha gözəl və canlı və rəngi isə həmişəkindən biraz fərqli (qəhəyi rəng) görünürdü. Fikirləşdim yəqin saçına rəng qoyub. Lakin o mənə saçına rəng yox, kakao tərkibli maska qoyduğunu söylədi. Mən maskanın tərkibi ilə maraqlandım.
Tərkibi belədir:
4 çay qaşığı kakao (poroşok)
1 çay qaşığı bal
½ stəkan kefir
1 yumurta sarısı
10 damcı vitamin E (yada vitamin A)
Bir qabın içində kakao, bal və kefir qoyuruq, yaxşıca qarışdırırıq. Sonra yumurtanın sarısını və vitamin E əlavə edirik. Sonra hamısını birlikdə yaxşıca qarışdırırıq (tam qarışdırmaq lazımdır ki, yumru-yumru topalar qalmasın, yoxsa saç sonra çətin yuyulur).
Maskanı həm saçların dibinə, həm də saçın uzunluğuna qoyulur, polietilenlə bağlanır və 1-1,5 saat saxlanılır. Maskanı həftədə 2 dəfə qoymaq olar.
Maskanın müsbət cəhətləri çoxdur: saçları möhkəmləndirir, saç tökülməsini azaldır, saçları yumşaldır, gözəl şokolad ətri ilə ətirləndirir. Üstəlik qara saçların rəngini azca açır və maraqlı qəhvə rənginə çevirir.
1 cəhətinə mütləq fikir vermək lazımdır ki, saçları açıq rəngli olan sarışın xanımlar əgər saçlarının rənginin dəyişməsini istəmirlərsə bu maskadan istifadə etməsinlər. Çünki saç rəngi gözəçarpacaq dərəcədə dəyişilir. Ümumiyyətcə isə xeyirli maskadır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq