Saçlarınız qırılır?

Saçlarınız qırılır?Saç uclarının qırılmasını necə önləmək olar? Saçınızı qısa kəsdirməmisinizsə yəqin ki, qabarıq görünüşlü, qırıq, quru saç ucları probleminin nə olduğunu bilirsiniz. Verəcəyimiz məsləhətlər sizə bu problemdən qurtaracaq. Saçlar yararsız şampunlar, fenlə saç qurutmaq və kimyəvi rənglənmə ucbatından qırılır. Saç ucları yanlış rəftara ən çox məruz qalan hissədir. Zədələnmiş saçlar üçün şampuna və saça qulluq məhsulları saçların bəslənməsini təmin edər. Saçlarınızdakı tək problem qırıq uclardırsa, belə saçlar üçün xüsusi şampun köməyinizə çatacaq. Şampunu bərabər miqdarda su ilə qarışdırın, daha sonra quru saçın yalnız diblərinə çəkin. Köpükləndirmək üçün çox az miqdarda sudan istifadə edin və daha sonra yaxalayın. Durulama suyundakı şampun saçın uclarını təmizləməyə çatacaq.
Qırıq saç uclarını örtmək
Qırıq saç ucları üçün xüsusi qulluq məhsullarına silikon yağı daxildir. Bu, qırıq saç uclarını incə pərdə kimi təbəqəylə örtəcək, qırıq saç uclarını müvəqqəti bərpa edər. Nəticədə saç daha sağlam olar və çox qabarıq görünməz. Ancaq bunu saçınızı hər şampunla yuduqdan sonra etmək olmaz. Saçınıza hər üç yumadan bir qulluq etmək daha yaxşı nəticə verər. Daha çox silikon əlavə etmək saçınızın ağırlaşmasına və ya yapışqanlaşmasına səbəb ola bilər. Qırıq saç ucu qulluq məhsulundan yalnız bir və ya iki damcı tətbiq etməyiniz yetər.
Saçlarınızın ucundan kəsdirin
Satışda olan keyfiyyətli məhsullar sayəsində artıq saçlarımız daha az qırılır. Bununla yanaşı, saçlarınızın uzun müddət qabarmaması üçün gözəllik salonlarındakı mütəxəssislərə müraciət edə bilərsiniz. Saç ustaları qırıq saç uclarını üstdəki saçın altına gizləyəcək xüsusi metodlardan istifadə edə bilər. Saçı uclarından bir santimetr kəsdirmək yaxşı fikirdir. 8-10 həftədən bir saç uclarını kəsdirsəniz, saçınız uzanmağa davam edəcək. Çünki saç ayda 1 və ya 1.5 sm uzanır. Nizamlı olaraq saç uclarınızdan kəsdirərək daha dolğun və daha sağlam saçlarınız olmasını təmin edərsiniz.
Qırıq saç ucları üçün vasitələr
Nizamlı olaraq qırıq saç ucları problemiylə qarşılaşırsınızsa, yüksək keyfiyyətli məhsullara ehtiyacınız var. Keyfiyyətsiz, ucuz daraq və ya metal uclu fırçadan istifadə etməyin. Bunların yerinə təbii (at tükündən) fırça və gerçək buynuz və ya taxtadan düzəldilmiş daraqdan istifadə edin. Bunlar çox yaxşı nəticələr verir.
Bmm.az

Gözəllik və Moda     Baxılıb: 3071   Tarix: 25 mart 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

turlar.az

gozel gorunmek donlar 2026 yay geyimləri 2026 mayasiz pizza xemiri bürc uyğunluğu bürc xəbərləri heyatda oz yerini tapan insan xosbextdir kosmetika burclər novruza aid hakisdalar atalar sozleri vətənə aid bayatılar xlor lekesi