Saçqıranlı və yanmış saçları yumazdan əvvəl mütləq bu yağdan istifadə edin

Saçqıranlı və yanmış saçları yumazdan əvvəl mütləq bu yağdan istifadə edinQırılan və zədələnən saçlarınızın əvvəlki sağlamlığına geri qaytarmaq üçün evdə asanlıqla istifadə edə biləcəyiniz bitki yağlarını sizin üçün araşdırdıq. Saç tipiniz nə olursa olsun bu bitki yağları saçınızın daha da canlı, sağlam və gözəl görünməsinə çox kömək edəcək.
Şam qozasının esansı: Əgər gücsüz ya da zədələnmiş saçlara sahibsinizsə bu yağ saçınızı qidalandıracaq, tökülməsinin qarşısını alacaq. Eyni zamanda saçlarda kəpəyin də yox olmasına şərait yaradacaq. Saç diblərində mikrooqranizmlərin yaranmasının qarşısını alır. Bu yağdan istifadə etmək üçün onu şampununuzun içinə 2 qapaq əlavə edin və qarışdırın. Hər dəfə saçlarınızı yuyanda şampunla birlikdə saçlarınıza təmas edəcək və onları bərpa edəcək.
İlan yağı: Adı sizi qorxuda bilər amma qorxmayın. Bu yağı mütləq istifadə etməlisiniz. Tərkibindəki Omeqa 3 saçınıza çox fayda verəcək. Həmçinin tərkibində olan kreatin də saçlarla təmasa keçib onların kökdən uca qədər güclənməsinə və tez uzanmasına səbəb olacaq. Belə ki, eyni miqdarda ilan yağını zeytun yağı ilə qarışdırıb pambıqla saç diblərinə tətbiq edin və bir saat gözləyin. Bunu həftədə bir və ya iki dəfə etsəniz saçlarınızdakı dəyişimi hiss edəcəksiniz.

Jojoba yağı: Quru saçları tamamilə nəmləndirmək üçün istifadə edilir. Bu yağ saçları yumşaldır və şampundan əvvəl istifadə edilir. Saç uclarında olan haçalanmaları, qırılmaları yox etmək üçün mükəmməl yağdır. Onu quru saçınıza tətbiq edib və 1 saat gözləyin. Yox əgər o qədər gözləməyə enerjiniz, vaxtınız yoxdursa yağı şampununuzun içinə 2 ç.q. əlavə edin.

Kokos yağı: Saçlarınızın tez yağlanmasının qarşısını alan yaxşı vasitədir. Eyni zamanda saçlarınızı qalınlaşdırar, onların uzanmasına kömək edər. Çünki tərkibində kalium, maqnezium, kalsium və dəmir kimi qidalandırıcı ən yaxşı minerallar var. Əgər zədələnmiş saçlara sahibsinizsə bu yağ tam sizlikdir.

Arqan yağı: Saçlar üçün faydalı olan bitki yağlarından bəhs ediriksə arqan yağını unutmamalıyıq. Demək olar ki, son zamanlar adını tez-tez eşidirik. Bu yağ saç dərisini və saçları nəmləndirir. Quru saçlarla bağlı yaranan problemləri həll edir. Saçı yeniləyir, canlandırır və nəticədə saçlarınız daha gur, canlı görünür. Arqan yağını saçlarınızı fenləməmişdən əvvəl onların diblərindən uclarına qədər az miqdarda çəkin, sonra fenləyin.

Gözəllik və Moda     Baxılıb: 9874   Tarix: 10 may 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

turlar.az

toy makiyaji sekilleri yemek reseptleri geyim dəbləri gavalinin faydalari daban agrilari sarimsaq limon mocuzesi seks prosesi kosmetika mekteb səməd vurğun oglan evi arxadan olmag ekizler