Sağlamlığa faydalı 3 növ makaron

Sağlamlığa faydalı 3 növ makaronArtıq bir boşqab makaron yediyiniz üçün özünüzü günahkar hiss etməli olmayacaqsınız.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, makaronun əhval-ruhiyyəni yaxşılaşdırdığı və sağlamlığa faydalı ola biləcəyi elmi olaraq təsdiqini tapıb.
Yeni bir araşdırma göstərib ki, makaron yemək insanlarda sevimli mahnılarını eşitməyə oxşar, müsbət emosiyalar oyadır.
Ancaq tərkibindəki karbohidrat səbəbiylə makaron sürətli şəkildə kökəldən yeməklərdən biri olaraq görülür.
Ənənəvi makaron un əsaslı olduğu üçün insanlar bu qidaya "lazımsı kalori mənbəyi" kimi baxırlar. Tərkibində un olmayan bəzi makaron növləri liflə zəngindir və bu onları incə qalmaq istəyənlər üçün daha yaxşı seçim edir. Yüksək lifli makaron enerjinin daha yavaş sərbəst buraxılmasına imkan verərək toxluq hissini artırır.
"New York Post" qəzetinin yazdığına görə, bu üç növ makaron həm formada qalmağa kömək edir, həm də qan şəkərinin qəfil yüksəlməsinin qarşısını alır.
1.Qırmızı mərciməkdən hazırlanan makaron
Qırmızı mərciməkli makaron liflə zəngindir, əla dəmir mənbəyidir və demək olar ki, bütün gündəlik folat ehtiyacınızı qarşılayır.
2. Kelp əriştəsi
Qida dəyəri zəngin olan dəniz yosunlarından hazırlanan Kelp əriştələrinin tərkibində karbohidrat azdır. Bu məhsulun kalorisi də azdır və təbii olaraq qlutensizdir. Bu növ makaron, həmçinin kifayət miqdarda kalsium, maqnezium və dəmir ehtiva edir.
Dəniz yosunu əriştələri həm də yodun yaxşı mənbəyidir. Yod isə sağlam tiroid funksiyasını dəstəkləyir, maddələr mübadiləsini tənzimləməyə kömək edir və arıqladır.
3. Konjak kökündən hazırlanan əriştə
Dietoloq Dr. Andrea Maksim "SheFinds"a açıqlamasında konjak əriştəsinin bazardakı ən sağlam, aşağı karbohidratlı, yüksək lifli makaron olduğunu açıqlayıb.
Konjak bitkisindən hazırlanan bu makaron təbii olaraq yüksək miqdarda qlükomannan ehtiva edir. Bu həll olunan lif suyu udur və bağırsaqda genişlənir. Beləliklə, pəhriz saxlayanların daha uzun müddət toxluq hiss etməsinə səbəb olur.
Bu makaronda olan viskoz lifi sağlam həzmi və bədən çəkisini qorumağa kömək edən bağırsaq florasını qidalandıran prebiotik rolunu oynayır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1563   Tarix: 28 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 qaşların formalari geyim seçimi xiyarın faydaları aliment almaq badimcan tursusu hazirlanmasi mürəbbə reseptləri kosmetika sağlamlığa aid atalar sözləri tanisliq bahar faydalı məsləhətlər qaynana