Sağlamlıq iksirinin RESEPTİ
Yerkökü şirəsinin sarıkök ilə birləşməsi və ona zəncəfillə qara bibər əlavə edilməsi iltihabı azaltmağa və immun sistemini dəstəkləməyə kömək edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu dietoloq və sağlam həyat tərzi meneceri Meqan Rou bildirib.
Onun sözlərinə görə, yerkökü və zəncəfil güclü antioksidant və antiiltihab xüsusiyyətləri daşıyır. Sarıkök isə qan dövranını yaxşılaşdırır və damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Qara bibər isə orqanizmin sarıkökü daha effektiv mənimsəməsinə kömək edir.
Faydalı içki hazırlamaq üçün 150 qram yerkökü şirəsinə çay qaşığının 1/4-i qədər sarıkök, bir parça təzə zəncəfil (və ya bir çay qaşığı toz) və bir çimdik qara bibər əlavə etmək kifayətdir.
Meqan Rou vurğulayıb ki, sarıkök qanı duruldan təsirə malikdir, ona görə də insanlar belə bir içki içməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey