Şah damarın tıxanması - İnsulta aparan TƏHLÜKƏ

Şah damarın tıxanması - İnsulta aparan TƏHLÜKƏŞah damar (karotid), boynumuzun hər iki tərəfində yerləşən və beynimizə qan daşınmasını təmin edən arteriyadır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, beynimizin ehtiyac duyduğu qanın böyük bir hissəsini daşıyan karotid arteriyanın tıxanmasının və ya daralmasının ən vacib səbəbi arteriosklerozdur. Bu isə təkcə şah damarımızı deyil, bədənimizdəki digər damarlara da təsir edən vəziyyətdir.
Şah damarlarımızın daxili divarı elastik və hamardır.Lakin yüksək qan xolesterolunun olması və siqaret çəkmə səbəbi ilə yağ və zərərli maddələrin arteriyanın divarlarına yığılmağa başlayır. Bütün bunlar damar daxilində böyükl bir kir təbəqəsinin toplanmasına gətirib çıxarır.
Damarın sərtləşməsinə səbəb olan bu təbəqə isə özlüyündə qan axışının azalmasına səbəb ola bilir. Karotid arteriyadakı qan axını kritik səviyyədə aşağı düşərsə, beynin qidalana bilməməsinə və təhlükəyə səbəb ola bilər.
Şah damarın tıxanması insult riskini çoxaldır. Çünki, damarda yığılan kir təbəqəsi beyinə qan getməsini əngəlləyir. Həm də, tıxanmış damardan qopan kiçik parçalar qan aqxımı ilə birlikdə beyindəki incə damarlara daxil olur. BU isə ani tıxanmalara və insulta səbəb olur.
Bu daralma kritik hala gəldikdə, beynin tələb etdiyi qan təmin edilə bilmir və nəticədə "keçici işemik hücum" baş verə bilər.
Keçici işemik hücumun simptomları:
-Qol, ayaq və üzdə uyuşma
- Qol, ayaq və ya bədəndə gücsüzlük
- Üzün yarısının iflic olması
- Görmə itkisi və ya bulanıq görmə
- Danışmaqda çətinlik çəkmə
- Danışılanları başa düşməmək
- Başgicəllənmə
- Şüurun itməsi
Keçici hücumlar həm də xəbərdaredici funksiya daşıyır. Bu simptomlar olduğu təqdirdə yaxınlaşan daha ciddi insult riski gözlənilir. Belə xəbərdarlıq ciddiyə anlınmalı və dərhal həkim nəzarətinə götürülüb müalicə edilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1725   Tarix: 12 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler