Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş
Yoluxucu xəstəliklər üzrə mütəxəssis Olqa Tsarenko saqqallı kişilərdə gigiyena qaydalarına əməl olunmadıqda yaranan sağlamlıq riskləri barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə düzgün təmizlənməyən saqqal bakteriya, göbələk və virusların toplanması üçün əlverişli mühit yaradır ki, bu da dəri infeksiyalarına və iltihabi proseslərə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, xüsusilə isti havalarda və tərləmə artdıqda bu risk daha da artır. Tibbi və qida sahəsində çalışan şəxslərdə saqqal maskaların dəriyə tam oturmasına mane olur və infeksiyadan qorunmanı çətinləşdirir.
Tsarenko bəzi hallarda saqqalda stafilokok, streptokok və kandida göbələklərinin aşkarlandığını da bildirib. Onun sözlərinə görə, bu mikroorqanizmlər ağız, burun və gözlərə keçərsə, orqanizmdə ciddi infeksiyalara səbəb ola bilər.
Mütəxəssis saqqal saxlayanlara gündəlik gigiyena, xüsusi təmizləyici vasitələrdən istifadə və dəri problemləri yaranarsa mütəxəssisə müraciət etməyi tövsiyə edib.
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Zaur Rzayev harada dəfn olunacaq?