Səbrli insansınızmı – Test

Səbrli insansınızmı – Test"Müdrikliyin sirri səbrdir" (Platon)

Testin suallarına cavab verməklə nə dərəcədə səbrli olduğunuzu və ya səbr kasanızı daşırmağın asan-olub olmadığını müəyyən edə bilərsiniz.

1) Sevdiyiniz şəxs görüşə gecikir, mobil telefonuna isə zəng çatmır. Sizin reaksiyanız ?

a) "Hər şey ola bilər" deyib, özünüzü sakit aparırsınız – 1 bal
b) Bir qədər əsəbiləşir, sonra düşünürsünüz ki, yəqin, telefonunda problem var, buna görə də gecikəcəyini sizə xəbər verə bilmir – 2 bal
c) Hirsinizi zorla boğur, gələn kimi hər şeyi onun üzünə deməyə hazırlaşırsınız – 3 bal

2) Zəng edərkən "Bir qədər xəttdə gözləyin, abunəçi məşğuldur" cavabını eşidəndə nə edirsiniz?

a) Gözləyirsiniz, lakin bununla yanaşı, əhvalınız da pozulur – 2 bal
b) "Problem deyil", deyib, bir qədər gözləyirsiniz – 1 bal
c) Bir az sonra zəng etməyi üstün tutursunuz – 3 bal

3) Sevdiyiniz bir televiziya proqramını izləyərkən ara-sıra göstərilən reklamlara münasibətiniz?

а) Bu vaxt ərzində başqa bir işlə məşğul olursunuz -2 bal
b) Baxırsınız, çünki bəzən reklamlarda faydalı məlumatlara rast gəlmək olur – 1 bal
c) O dəqiqə kanalı dəyişirsiniz – 3 bal

4) Kinoteatra gələn zaman sizin çox bəyəndiyiniz tamaşanın yalnız sabah nümayiş etdiriləcəyindən xəbər tutursunuz. Belə bir vəziyyətdə nə edərdiniz ?

a) Çox fikirləşmədən başqa bir filmə gedərsiniz – 3 bal
b) Sabah yenə gələrsiniz – 1 bal
c) Hər şey əhvalınızdan asılıdır. Ona uyğun olaraq davranarsınız – 2 bal

5) Nəqliyyat vasitəsində kimsə bilmədən ayağınızı tapdalayarsa, nə edərsiniz ?

a) Fikir verməzsiniz, çünki özünüz də dəfələrlə kiminsə ayağını tapdalamısınız – 1 bal
b) Üzr istəsələr, problem yoxdur – 2 bal
c) Mütləq etirazınızı bildirib, qarşınızdakı şəxsdən üzr istəməsini tələb edərsiniz – 3 bal

6) Özünüzə daha yaxın hesab etdiyiniz variantı seçin.

a) "Səbr – ümid etmək bacarığıdır" - 1 bal
b) "Boş-boş ümid etməyin sonu yoxdur" – 3 bal
c) "Səbrli olmaq - əla xüsusiyyətdir, lakin getdikcə insanı laqeyd edir" – 2 bal

7) Dostunuz sizə nə isə demək istəyir, lakin fikrini dəqiq izah edə bilmir. Sizin reaksiyanız?

a) Səbrlə dinləyirsiniz, çünki maraqlı olan elə məsələni xırda detallarıdır – 1 bal
b) Ustalıqla söhbəti məsələnin əsas məğzinə doğru yönəltməyə çalışırsınız – 2 bal
c) Onun sözünü yarıda kəsir və nəhayət, nə demək istədiyini soruşursunuz – 3 bal

8) Sevdiyiniz şəxs son zamanlar gərgin görünür, lakin problemlərini sizinlə bölüşmək istəmir. Ona münasibətiniz?

a) Onu məcbur etmirsiniz , lakin "hər zaman səni dinləməyə hazıram" deyib, yanında olduğunuzu bildirirsiniz – 1 bal
b) Onun sizə etibar etmədiyini düşünürsünüz – 3 bal
c) Mübahisə etməkdən çəkinsəniz də, hər zaman onun problemlərinin səbəbləri barədə düşünəcəksiniz – 2 bal

Ballarınızı toplayın və nəticələrlə tanış olun

8-12 bal: Təbiət sizə Səbr kimi böyük keyfiyyət bəxş edib. Bununla yanaşı, siz öz tələb və maraqlarınızı başqalarının tələb və maraqları ilə uyğunlaşdıra bilirsiniz. İstisna deyil ki, siz təbiətcə sülhsevər bir insansınız. Ən gərgin vəziyyətlərdə belə, ortaya çıxan problemləri ört-basdır etməyə çalışırsınız.

13-18 bal: Qismən də olsa, səbriniz var. Bununla yanaşı, bəzən şəraitdən asılı olaraq, öz niyyətinizdən asanlıqla əl çəkirsiniz. Demək olmaz ki, psixoloji dözümünüz yoxdur, bununla belə çətin vəziyyətlərdən qaçırsınız. Çətinə düşəndə isə "Yüz ölç, bir biç" deyiminə uyğun hərəkət edirsiniz.

19-24 bal: Bütün məqsədlərə çatmaq üçün səbrli olmaq lazımdır! Hazırki vəziyyətdə isə hər birimizdən daha çox səbr etmək tələb olunur. Buna görə də səbrli olmağa çalışın!

Ailə və Uşaq     Baxılıb: 2366   Tarix: 28 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

sac duzumleri qadin dunyasi sade makiyaj sekilleri geyim və aksessuarlar xanımlar zire yagi sac ucun həzm orqanları kosmetika əqrəb uşaq şeirləri intim dieta zehmet ve zinet