Səhər yuxudan gümrah oyanmağın 10 YOLU

Səhər yuxudan gümrah oyanmağın 10 YOLUBəzən keyfiyyətli və davamlı yuxu səhər yorğunluğuna son qoymaq, günə yaxşı başlamaq üçün kifayət etmir. Bəs günə yaxşı başlamaq üçün nə etmək lazımdır? Xanim.az lent.az-a istinadən səhər yuxudan gümrah oyanmaq üçün 10 təklif verir.

1. Hər gün eyni saatda oyanın. Həftə sonları günortayadək yatmaq ən çox sevdiyimiz vərdişlərdən biridir. Lakin həftə sonları da həftə içi oyandığınız vaxtlarda ayağa qalmağa cəhd edin. Bədəninizin yuxu nizamı gün ərzində ruh halınıza təsir edən amillərdən biridir.

2. Zəngli saatı təxirə salmayın. Güman edirik ki, bunu etməyən yoxdur. Səhər zəngli saat çalanda onu 5 dəqiqə də olsa, təxirə salıb yuxunun dadını çıxarmaq üçün rəsmən mübarizə aparırıq. Lakin təxirə salmalar qısa zamanlı olduqları üçün sizi yorğun etməkdən başqa işə yaramır. Buna görə də qərarlı olmağı və zəngli saat çalan kimi ayağa durmağınızı təklif edirik.

3. Zəngli saatı başqa otağa qoyun. Əvvəlcə bunu deyək ki, telefonun zənglə oyadan funksiyasını işə salmaqdansa, zəngli saat qurmağı məsləhət görürük. Həmin zəngli saatı isə başqa otağa qoymaq sizə yuxudan oyanmaq üçün fürsət verir. Zəngli saatın səsini dayandırmaq üçün oyanacaqsınız, daha sonra ayağa durub başqa otağa getmək məcburiyyətində qalacaqsınız. İlk vaxtlarda bu, sizə çətin olsa da, zamanla vərdiş edəcəksiniz.

4. Soyuq duş qəbul edin. Səhər-səhər isti yataqdan durub soyuq duş qəbul etmək bir çoxumuza əziyyət kimi görünə bilər. Lakin bədəniniz buna qısa zamanda vərdiş edəcək. İstiliyin dəyişməsi bədəninizin canlanmasına kömək edəcək.

5. Oyanan kimi bir stəkan su için. Əgər səhər saatlarında soyuq duş qəbul etmək fikri ürəyinizcə deyilsə, bunu su içməklə əvəz edin. Yuxu zamanı su itkisi gün ərzində sizi olduqca halsız edir. Buna görə də soyuq su soyuq duş ilə eyni effekti yaradır və bədəninizi adrenalinlə təmin edərək, qan dövranını sürətləndirir.

6. Günəşlə oyanın. Yuxu problemi yaşayanların çoxu qaranlıq mühitdə yatmağı sevir. Otağınızın qaranlıq olması əlbəttə ki, yuxuya getməyinizə kömək edəcək, amma yatmağınızı da bir xeyli çətinləşdirəcək. Otağınızın səhərlər günəş şüaları alması günə yaxşı başlamağın ən gözəl yollarından biridir.

7. Məşq edin. Səhərlər hərəkətsiz bir formada, ağır-ağır günə başlamaqdansa məşq hərəkətləri edərək, enerji ilə günə qədəm qoyun. Oyanan kimi mütləq gərnəşin. Əgər işə gedən zaman piyada yeriməyə vaxt yoxdursa, heç olmasa liftdən istifadə etməyin, pilləkənlərlə düşüb-qalxın. Piyada yerimək əzələlərinizi də möhkəmlədəcək.

8. Səhər yeməyində zülal yükü çox olan qidalara üstünlük verin. Karbohidrat yüklü qidalar bədənimizi daha da tənbəlləşdirir. Dolayısı ilə karbohidrat yüklü səhər yeməyi əvəzinə zülalla zəngin qidalara üstünlük verin. Səhər yeməyi menyunuzu qatıq, smetan, yumurta baxımından bol edin.

9. Ananıza zəng edin. Yuxudan oyanan zaman özünüzə yaxın hesab etdiyiniz insanlarla danışmaq əhvalınızı yüksəldəcək. Hər bir halınızı ən yaxşı bilən ananız səhərlər yaşaya biləcəyiniz stresi idarə etməyə kömək olacaq.

10. Səhərlər xüsusi musiqi siyahınız olsun. Evdən çıxmazdan əvvəl hazırlaşdığınız müddətdə sevdiyiniz mahnıları dinləyib əylənə bilərsiniz. Bu, sizin motivasiya, ruh yüksəkliyi və sevincinizin artmasına kömək edəcək.

Sağlamlıq     Baxılıb: 2418   Tarix: 14 mart 2017
f Paylaş
yuxuda

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

geyim necə seçməli toy gecesi sade makiyaj sekilleri dini geyimler qadin dunyasi net saç maskaları faydalı məsləhətlər kosmetika gozellik meseller dieta anabaci damla