Şəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLAR

İstiPress şəhid Çingiz Qurbanovun ailəsi ilə görüşüb

"Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması hələ ki, mümkün olmayıb. Bu isə Qurbanovlar ailəsinin kədərini daha da artır. İstiPress-in əməkdaşları şəhidin ailəsinə baş çəkib. Şəhidin atası ötən gün Müdafiə Nazirliyi və Qızıl Aypara Cəmiyyətində olub. Müdafiə Nazirliyində ona hökumətin meyidin qaytarılması üçün müvafiq danışıqlar apardığını bildiriblər. Qızıl Aypara Cəmiyyətində isə qeyri-iş günü ilə bağlı Salman Qurbanovu qəbul edən olmayıb. İndi şəhid ailəsi oğullarının nəşinə qovuşacaqları günü gözləyirlər.

Oğlum məzuniyyətə gəlməli idi, ölüm xəbəri gəldi, amma meyidi gəlmədi
Çingiz Qurbanovun bir qardaşı da var. İkinci kurs tələbəsi olan ailənin kiçik övladı gözdən əlildir. Çingizin ölümü ailə yaxınlarını bir araya toplayıb. Bibisi deyir, Çingiz anasının doğum gününə ölüm xəbərini hədiyyə etdi; iki gün öncə anasının ad günü olub. Ana isə 5 gündür yemədən-içmədən övladının nəşinə qovuşacağı günü gözləyir. Çingiz Qurbanov ailənin böyük övladı olub. O, Azərbaycan Texniki Universitetinin məzunu olub. İyul ayında hərbi xidmətə yollanıb. Atası deyir, oğlum bu günlərdə məzuniyyətə gəlməli idi, amma özündən əvvəl ölüm xəbərini aldıq. Ən acınacaqlısı isə odur ki, ölüsü belə evimizə gəlib çıxmır. Elə dərdli atanın da yeganə arzusu övladının meyidinin qaytarılması və ona torpağa tapşırmaqdır.

Şəhid Çingiz Qurbanovun nəşinin qaytarılması istiqamətində danışıqlar nəticəsizdir
Çingiz Qurbanovun ailəsi Əhmədli qəsəbəsində kirayədə yaşayır. Artıq ailə bu gün şəhidin doğulduğu Qusar rayonunun Həzrə kəndinə yola düşəcək. Ailə üzvləri deyir ki, orda Çingizin meyidinin qaytarılmasını gözləyəcəklər. Ümid edirlər ki, tezliklə bu məsələ həll edilər.

Dövlət Komissiyası: Ermənistan əsgərin meytini qaytarmağı ləngidir
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunu dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

Şəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLARŞəhid ailəsinin gözləri yolda: Oğlunun meyidini gözləyirlər - VİDEO, FOTOLAR

Xəbərlər     Baxılıb: 4678   Tarix: 03 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

turlar.az

geyim seçimi yay kolleksiyasi qadın geyimi hakisda frans subert haqqinda aylıq bürclər aliment almaq kosmetika gözellik bayatılarımızda vətən həsrəti vətənə aid bayatı google qiz evi ucun