Şəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQ

Tural Dadaşov, 2016-cı ilin aprel döyüşlərində həlak olan qəhrəman oğlumuz. Tural haqda bilgi almaq üçün əvvəlcə dostlarına üz tutdum.

Məlum oldu ki, onlar üç dost olublar: Tural, Rəşad , Hüseyn. Elə bir gün olmur ki, dostları Turalı xatırlayıb, onunla birgə keçirdikləri günlərini yada salmasınlar. Turalın ali təhsil aldığı UNEC-dəki (İqtisad Universiteti) qrup yoldaşı və

Dostu Rəşad Yüsifov:

- Bəzi hissləri sözlərlə ifadə eləmək mümkün olmur. Bəzən sözlər hisslərin ifadəsi üçün gücsüz olur, aciz qalır.
Tural haqqında da danışanda belə olur. Turalla bizim dostluğumuzu hansısa hərf, söz və ya cümləylə aydın şəkildə sığdıra bilmirəm. Sağ qalsaydı indi dostluğumuzun 6 ili olacaqdı. 2011-ci ilin sentyabr ayının 29-da Qubadan İqtisad Universitetinə təhsilimi davam etdirməyə gəlmişdim. Bakı da, insanlar da təzə idi mənim üçün. Rayondan gələn adam üçün şəhərə uyğunlaşmaq adətən çətin olur. İlk dərs günündə Turalı müəllimin dialoqu bütün auditoriyanın diqqətini özünə cəm etmişdi.

Açığı ilk anlar Tural ətrafda olanlara da, mənə də özündən razı təsiri bağışladı. Zaman keçdikcə ilk təəssüratımın yanlış olduğunu hiss etdim. Artıq Turalla dostluğumuz başlamışdı. Onun necə saf və təmiz, mərd oğlanın olduğunun fərqindəydim. Ailəmin yanında olmadığından Bakı mənim üçün bir az da qərib şəhər idi. Lakin Tural bu qərib şəhəri doğma etmişdi mənə. 4 il müddətində mənə qardaş oldu, sirdaş oldu, dar gündə köməyim oldu. Həm də mənim böyük qardaşım yox idi. O həm də böyük qardaşım idi. O özünün geniş dünyagörüşü, müdrik fikirləri, məsləhətləri ilə hər zaman yanımda idi.

Bəzən Turalın verdiyi güvən bəs eləyirdi ki, hansısa bir işin öhdəsindən gələk. Mən indi də o güvənci özümdə hiss etməkdəyəm. Bəlkə də bir yerlərə gəlib çatmışıqsa, o da Turalın sayəsindədi, çünki əminəm ki, onu tanımasaydım, indiki Rəşad olmazdım mən. Başqa insan olardım. Bəli, biz 3 dost idik. Hər yerə birlikdə gedər, hər işi birlikdə görərdik. Aramızda çox güclü bağlar var idi. Biz hələ də 3 dostuq. Hər yerə birlikdə gedir, hər şeyi birlikdə edirik. Hələ də mənim də, Hüseynin də Turalı yaşayır, Vətənin qəhrəman oğlu, həm də bizim ömür dostumuz Tural.

Digər dostu Hüseyn Qəhrəmanov:

- Tural haqda bir kitab da yazsam bəs eləməz. Bizim tanışlığımız sentyabr aynın 2011-ci il 19-da başladı. İlk dəfədən özündən çox razı biri təsirini bağışladı. Amma zaman keçdikcə biz doğmalaşdıq. Tanıdıqca hər şeyin əksini gördüm o insanda. Ürəyi yumuşaq, heç kimə ziyan verməyən, hər kəsə yardım etmək istəyən bir insan idi. Həmişə üzü gülürdü. Yaddasimizda ancag gülər üzü ilə qaldı...
Biz III qrupun ən məşhur dostları idik, 3 dost - Tural, Rəşad və mən 4 il universiteti bir yerdə oxuduq. 4 ildə həyatimizin demək olarki ən yaxşı anları bir yerdə oldu. Dərsdən sonra da vaxtımız bir yerdə keçirdi. Tez-tez Turalın evinə gedib orada gecələyirdik. Sanki Kəmalə xalanın 2 yox, 4 oğlu var idi.

Universiteti bitirdik. Vətənə xidmətə yola düşmək zamanı gəldi. Hərbi xidmətə yola düşməzdən əvvəl biz biri-birimizə dostluğumuzun əbədi olacağına söz vermişdik. Birlikdə görəcəyimiz işlər, gedəcəyimiz yerlər haqqında arzularımız, planlarımız var idi. Amma qismət, tale, alın yazısı, Turalı bizdən ayırdı...

Biz Turalla fəxr edirik, qurur duyuruq. Tural ən böyük zirvəyə Şəhidlik zirvəsinə ucaldi. Biz nə qədər yaşasaq Tural da bizimlə daima yaşayacaq. Mən fəxrlə deyə bilirəm ki, Tural kimi bir dostum olub həyatda. Onu hər zaman yanimda hiss edirəm, sağlığında olduğu kimi indi də dar məqamlarimda ruhu köməyimə çatır. Biz əslində böyük qardaşımızı itirmişik, arxamızı, əsil dostumuzu itirmişik. Yoxluğunu qəbul edə bilmirik. Nə qədər ki, Azərbaycan var, Tural Dadaşov da olacaq! Buna əminik.

Şəhidin evində

uralın valideynlərinin yaşadığı evə gəlmişəm. Anası Kəmalə xanım Dadaşova məni evə dəvət edir. İçəri girən kimi divarın baş tərəfində Turalın portreti ilə üz-üzə gəlirəm. Bütün şəhid evlərində olduğu kimi, burada da məni ilk olaraq şəhidimin böyük portreti qarşılayır.
Gəlib portretin yanında dayanıram. Mənə elə gəlir ki, əsgər paltarında dayanan bu cəngavər elə bu dəqiqə çərçivənin içərisindən çıxıb "Xoş gəlmisiniz" deyəcək. Nitqi lal kimi dayanmışam. Özümə söz vermişdim ki, daha şəhid evlərinə gedəndə göz yaşı axıtmayacağam. Ancaq bu dəfə də sözümü tuta bilmədim. Turala baxıb cani-qəlbdən yanmamaq mümkün deyil. Hardasa oxumuşdum ki, üzündəki xalı sifətlərinin sol tərəfinə düşənlərin ömrü tez qırılır, taleləri gətirmir.
Turalın da üz cizgilırinə xüsusi bir şarm verən xalı var, özü də sifətinin sol tərəfində. Artıq bir ildən bir qədər keçib, Kəmalə xanım deyir ki, daha əvvəlkilər kimi ağlamır. Ürəyində, könlündə bir fəxarət hissi var.
"Axı oğlum qəza nəticəsində deyil, Vətən uğrunda canını qurban verib. Bu da belə qismət imiş. Daha neyləyə bilərəm ki...".
Kəmalə xanım ali təhsilli neft mühəndisidir. Bakıda doğulub boya-başa çatıb. Ata-anasının yeganə övladı olub. Qonşuluqda yaşayan Sabir Dadaşovla 1985-ci ildə ailə quranda fikirləşib ki, onların böyük ailəsində yaşamaqla illərlə qəlbini sıxan təklikdən canı qurtarar. Sabir də onun həm dostu olub, həm həyatının yoldaşı.

Qohum-əqraba, dost-tanış da bu mehriban cütlük ilə birlikdə düz 7 il Turalın yolunu gözləyirblər. Və günlərin bir günü 1995-ci il avqust ayının 24-də yolunu 7 il gözlədikləri Tural gəlib dünyaya. Kamilə xanımın ilk övladı yarımçıq doğulduğundan, Turalın yaşaması üçün Kəmalə xanımın atası Davud müəllim və anası Svetlana xanım uşağı köynəklərindən keçiriblər ki, bu salamat böyüsün, qadadan-bəladan uzaq olsun. Ayağı yüngül olub Turalın.

Atası Sabir Dadaşov Leytenant Şmidt adına Maşınqayırma Zavodunda işləyəndə onlara təzə mənzil də veriblər. Sonra qardaşı Fərid gəlib dünyaya. 1990-cı illərdə ərzaq böhranı, çətinlik bu ailədə çox da hiss olunmayıb. Tez-tez xarici ölkələrə ezamiyyətə gedən Sabir ən gözəl uşaq paltarlarını oğlanlarına alıb gətirib, necə deyərlər bu uşaqların "qa" deyəndə suyunu, "qu" –deyəndə yeməyini verib. Nənəsinin, babasının köynəyindən keçən Tural da baba və nənəsini heç vaxt tək qoymayıb.

Müəllim babası və nənəsinin yanında qalanda kitablara salıb meylini, məhəllədə, qohum əqraba arasında böyük hörmətə sahib olan babası Davud kişidən təmkin, səbr və müdriklik öyrənib.
Kəmalə xanım xatirələrini danışmaqda davam edir. Bütün analar kimi, oğlunun boyunu sevir, ədalarından, sözlərindən, yadda qalan xatirələrindən danışır. Hərdən də qəmli gözləri uzaqlara dikilərək, sanki kimisə axtarır...

Sonra oğlunun şəkillərini götürərək:

- Bax, bu şəkildə Tural üç aylıqdır.... bu məktəb şəklidir... burada dostları ilə gəzməyə getmişdi... bu nişanlısı ilə olan şəklidir... Məktəbdə də, institutda da, məhəllədə də ... hər yerdə, hamı onu sevirdi, istəyirdi. Onun boyuna baxıb sevinirdim, nə geysə yaraşırdı Turala...

Biz onun başqa yerdə qalmasına icazə vermirdik, təhlükələrdən qoruyurduq. Dostları ilə ancaq bizim bu ikiotaqlı evimizdə qalırdılar... Onlar üçün növbə-növ yeməklər bişirirdim ki, yaxşı istirahət etsinlər. Tural təbiətin, gözəlliklərin vurğunu idi...

İndi hər yerdə Turalı axtarıram. Çıxıb şəhərdə gəzirəm, yanımdan gülüb-danışaraq keçən, xoşbəxt görünən cavanları görəndə sevinirəm ki, bu gülüşləri, bu sakitliyi gənclərə mənim oğlum bəxş edib. Axı o Vətən yolunda canından keçib ki, insanlar rahat yaşasınlar. Çiçəklərdə, kəpənəklərin qanadlarında, küləklərin səsində axtarıram Turalımı.
Kəmalə xanım danışdıqca, mənim könlümdə onun ağrılarından misralar yaranırdı:

Sən mənim ömrümün sevinc payıydın,
Səni laylalarla böyütdüm, oğul!
Dedim ki, tez böyü, toyunu görüm,
Sən böyük olanda öyündüm, oğul!

Sənin xonçaların qız qapısına,
Gedəndə dünyanın xoşbəxti oldum.
Diplomunu alıb evə gələndə,
Sevincdən ağladım, gözləim doldu.

Dedim ay boyuna qurban olduğum,
İndi Vətəninə xidmət vaxtıdır...
Vətəni qoruyub canını verdin,
Torpağın uğrunda qanın axıtdın...

Bir aprel səhəri, bir bahar günü,
İtirdim mən səni, itirdim oğul!

Fələk qara yazdı oğul bəxtini,
Viran etdi o bəzəkli təxtini,
Yanan ürəyimdə qoydu əhdimi,
Uca Tanrım köməyi ol balamın,
Arzuları ürəyində qalanın...
İndi...
Hər çiçəyin ləcəyində, yarpağında
Axtarıram səni oğul!
Küçələrdə, dalanlarda, bağçalarda izin qalıb,
Kitablarda, vərəqlərdə, şəkillərdə ...
Şirin-şirin arzuların, deyilməyən sözün qalıb,
Mahnılarda, laylalarda, quşların da nəğməsində,
Dalğalrın pıçıltısı, rüzgarların nəfəsində

Axtarıram səni oğul...!
Getməyir ki, gözlərimdən şux qamətin, uca boyun,
Hara getsəm mənimləsən... qəlbimdəsən,
Nəfəsimdə, səsimdəsən, bətnimdəsən.
Aman oğul, anasına şərəf verib
Tanrıya ucalan oğul...
Bircə dəfə qucaqlayıb boynundan öpə bilsəydim,
Sanardım ki, cənnətimin özündəyəm.
Hardan alım nəfəsini,
Saçlarının ətri üçün darıxıram,
Gülüşün yadıma düşür,
səsin üçün darıxıram,

Darıxıram, oğul, yaman darıxıram...

- Oğlum haqqında kiməsə danışanda, dərdlərim səngiyir bir az. Özümü ovuduram. Atam rəhmətə gedəndən sonra anam onu evinin böyüyü etdi. Təmkinli idi, hər hansı işi görmək lazım gəldikdə, tələsik qərar qəbul etməzdi.
Universitetə qəbul olunanda atam Tural üçün son dəbdə avtomobil aldı. Turalın heç zaman maddi çətinliyi olmamışdı. Onun İqtisadiyyat institutuna qəbul olunması üçün də müəllimlər tutduq, hazırlaşdı. Riyaziyyatı gözəl bilirdi. Universitetdə bilik olimpiadasında qalib olmuşdu. İnstituta qəbul olandan sonra da boş oturmadı.

Neçə dəfə idman yarışlarının çempionu olmuşdu. Evdən heç pul istəmirdi. Deyirdi ki, mən kasıb yaşaya bilmərəm. İşsiz cavanları anlamırdı. Deyirdi ki, iki ayağı, iki əli, gözləri olan adam gərək işsiz qalmasın. Kişi haradan olsa da halallıqla özünə iş tapmalıdır. Evini, ailəsini dolandırmalıdır, kiməsə əl açmamalıdır. Zəhmətkeş oğlan idi Turalım.

Üç dost Rəşad, Hüseyn və Tural gedib "Alov qüllələri"ində işə düzəlmişdilər. Aya 600-800 manat pul qazanırdı. Ən dəbdə olan, bahalı paltarları alıb geyinirdi. Əsəgrlikdən zəng edib deyirdi ki, ana mənə paltarlarımı göstər görüm, yerindədirmi? Çinslərini, tuflilərini çin-çin yığıb dolabda qoymuşdum. Çox səliqəli idi Tural.

Universitetdə sevib bəyəndiyi bir kurs yoldaşı var idi. Ötən il onun üçün nişan apardıq.7 ay idi ki, nişanlanmışdı. Əsgərliyini başa vurub gələndən sonra, 2016-ci ilin sentyabr ayında onlara toy çaldırmaq istəyirdik. Nişanlandığı qız da ailənin bircəciyi idi. O da dünyaya 10 ildən sonra gəlmişdi. Ata-anasının çox gözlədiyi övlad idi. Tural nişanlısı haqqında danışanda deyirdi ki, ana, sən atanın qısqanclığına necə dözmüsən? Bilirsən bu qız məni necə qısqanır... Nə çətindir, qısqanc adamla... Ancaq çox sevirdi onu. Deyirdim ki, qadının qısqancı yaxşıdır, çünki səni kimsə ilə bölüşmək istəmir.

Tural sonuncu dəfə mart ayının 28-də zəng vurubmuş atasına. Atası Sabir Dadaşov həmin günləri belə xatırlayır:

- Martın 28-i zəng etdi. Çox rahat və sakit danışırdı. Dedi ki, ata, bizi təlimə aparıblar. Hər şey yaxşıdır. Məndən nigaran olmayın. Oğlum hərbi xidmətdə manqa başçısı idi. Əslində ondan bir nigarançılığımız yox idi. Bilirdim ki, harada olsa özünə hörmət qazana bilir. Bir də aprel ayının 8-i bildim ki, oğlum həlak olub. O günə qədər Turalın şəhid olmasına inanmırdım, ümumiyyətlə elə bir fikri yaxın qoymurdum. Tural bizim sevincimiz idi. 22 illik sevincimiz. Sirdaşım, dostum idi. Güvənirdim ona. Sevinirdim ki, belə layiqli oğlum var.

Tural Dadaşov öz təmkini, savadı ilə xidmət etdiyi hərbi hissədə seçilirdi. Bölük komandiri onun haqqında deyirdi ki, Tural ləyaqətli, tərbiyəli və müdrik gənc idi. "Tanrı ona elə bir gözəllik bəxş etmidşi ki, işığına yol getmək olardı. İlk günlərdən hiss etmişdim ki, çox bacarıqlıdır. Həmin gün əsgərlərdə yüksək döyüş ruhu olub. O döyüş ruhu isə bir günə formalaşmamışdı. O uşaqlar anadan olduğu gündən bizim torpaqların işğaldan azad olunacağı bu anı gözləmişdilər.

Ermənilərin mif kimi yaratdıqları "Ohanyan xətti"ni bizim Turalgilin bölüyünün əsgərləri 40 dəqiqəyə vurub keçmişdilər. Tural hərbdə pulemyotçu olub. Samir Kaçayev, Mikayıl Vahabzadə, Əmiraslan Xeyirbəyov, Orxan Əliyev, Rəşad Niftalılı qəhrəmancasına, qorxmadan irəli keçərək, döyüşdə həlak olmuşdular. Rəşad Niftalılının həlak olmasını görəndə Tural həyəcanlanıb. Bütün hikkəsi-hirsi ilə döyüşə atılmaq istəyəndə, qarşı tərəfdən düşmənin atdığı mərmi qəlpəsi Turalın başından dəyib. Tural həlak olanda səhər saat 10- idi...".

- Qohum-qonşular, rayon nümayəndələri gəlib xəbər elədilər ki, Tural həlak olub. Sabir düşüb evdən getdi. Özündə deyildi. Elə bil ki, ağlı başından getmişdi. Mən də onun dalınca getdim. Ruh kimi biri-birimiizin arxasınca gedirdik.

Bir də baxdım ki, Sabir özünü maşının altına atmaq istəyir. Yuxudan ayılan kimi oldum, qaçıb Sabirin qolundan tutdum, dedim ki, oğlumun adına qapıya qonaqlar gəlir, qayıt, onları ləyaqətlə, Turala layiq qarşıla, Turalı son mənzilə təmkinlə yola salmaq sənin atalıq borcundur... O günləri düşmənimə də arzulamıram. Bir də baxdım ki, anam da özünü pəncərədən atmaq istəyir. Onu da güclə sakitləşdirdik. Hamısı Turala olan sevgimizdən idi. Bizi o yaşadırdı, biz hamımız onunla nəfəs alırdıq. O hər iki nəslin ən çox sevilən nümayəndəsi idi.

Sonra gəlinim gəldi. Üzünə baxa bilmirdim. Ona təsəlli verməyə söz tapmırdım. Mən onu bu evə başında fata ilə, ağ gəlinlik paltarında gətirməliydim. İndi gəlinim əlacsız-əlacsız ağlayırdı. Nə arzular, nə xəyallar qurmuşdular. Hamısı alt-üst olmuşdu. İndi bir məqsədim var idi. Nəyin bahasına olursa-olsun, bu qızcığazı ovundurmalıydım...

Turalın 7-si çıxandan sonra, gəlinimin könlünü almaq üçün əlindən tutub vaxtilə Turalla gəzdiyim yerləri gəzdirdim, unutdurmaq istəyirdim Turalı ona. 6 ay bizdən əl çəkmədi. Sonra köçüb getdilər Azərbaycandan. İndi başqa yerdə yaşayır. Xoşbəxt olmasını istəyirəm. Biz kimik ki, Allahın yazdığı yazı idi, onlar üçün də belə yazmışdı.
Turalımı xalqım, elim, Vətənim təm-təraqla son mənzilə yola saldı. İndi fikirləşirəm ki, Tural ölə bilməz... O ancaq dünyasını dəyişib. Öz dünyasına, Tanrının dünyasına, göylərə qonaq gedib. Əvvəl fikirləşirdim ki, mənim bundan sonra yaşamağımın mənası yoxdur. Lakin indi fikirləşirəm ki, yaşamalıyam. Axı mənim Fərid balam da var. Onun övladları olacaq, onlara Turaldan danışacağam. Deyəcəyəm ki, sizin əminiz bir qəhrəman idi. Vətən uğrunda həlak oldu. Fərid aprel ayının 8-də doğulub. Qismətə, yazıya baxın ki, bir neçə il əvvəl aprel ayının 8-də atam da rəhmətə gedib, Turalı da aprel ayının 8-də gətirdilər.

İndi Turalın dostları, yoldaşları bizi tək qoymurlar. Müxtəlif tədbirlərə dəvət alıram. Oxuduğu universitetdə də Turalın adına xatirə günü keçirilmişdi. Mən o zaman tələbələrə dedim ki, Tural Dadaşov Ali Baş Komandan İlham Əliyevin əsgəri idi, ona görə də əmr gələndə, getdi Vətəni qorudu. Vətəni sevmək, qorumaq hər birinizin borcudur. Tələbələrə Tural kimi savadlı və vuqarlı olmağı tövsiyə etdim. Çünki Tural qiymətlərini özü oxuyub alırdı. Kiməsə qiymət almaq üçün minnətçi düşmürdü. Azərbaycan vətəndaşı savadlı olmalıdır. Bu Vətəni qorumaq , onun yolunda ölmək şərəfdir. Tural və Tural kimi oğlullar Azərbaycan tarixində yaşayacaq, onlar Vətənimizə şərəf gətirən qəhrəmanlardırlar.

Bu da bir yarımçıq ömür hekayəti.

Bu sətirləri yazarkən, Turalın gözəl, yaraşıqlı, işıqlı çöhrəsi gəldi gözlərim önünə. Tural ölmək haqqında fikirləşməmişdi. Tural həyat eşqi ilə dolu bir gənc idi. Tural kimi igidləri, oğlanları məhv edən müharibələrin planını cızanlar, yazanlar utansınlar. Biz sülhsevər xalqıq. Biz müharibə istəmirik. Biz Vətən torpaqlarımızı geri istəyirik. Bunun üçün döyüşməyə hazırıq.
Şəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQŞəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQŞəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQŞəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQŞəhid anası: "Oğlumun nişanlısı 6 ay bizdən əl çəkmədi, sonra dözmədi... - ÜRƏKDAĞLAYAN SONLUQ

Xəbərlər     Baxılıb: 18365   Tarix: 16 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Sağlamlıq və uzunömürlülük sahəsi üzrə mütəxəssis Diyeqo Suares bəzi meyvə və giləmeyvələri rasiondan çıxarmağı və ya azaltmağı tövsiyə edib. qafqazinfo-ya istinadən xəbər verir ki, mütəxəssis onların sağlamlıq üçün zərərl

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Sosial media hamiləliklə bağlı məlumat əldə etmək üçün ən çox müraciət olunan platformalardan birinə çevrilsə də, burada yayılan hər tövsiyə etibarlı və elmi əsaslı deyil. Xüsusilə dərman qəbulu, qidalanma, doğuş və tibb

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

turlar.az

yay kolleksiyasi geyim və ayaqqabılar geyim şəkilləri ariqlamaq ucun yasil cay yumurta qabiginin xeyri xiyar turşusunun hazırlanması kesmikli koke kosmetika gülməli hakıştalar haqisda maya maskasi baliq burcu birlik haqqinda