Səhiyyə Nazirliyindən xəbərdarlıq: Qanazlığı zehni yorğunluq yaradır
"Qanazlığı yaddaş və diqqət problemlərinə səbəb ola bilər".
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov deyib.
Onun sözlərinə görə qanazlığı zamanı qanda hemoqlobinin azalması toxumalara daşınan oksigenin miqdarını azaldır:
"Beyin oksigen çatışmazlığına xüsusilə həssas orqandır. Bu səbəbdən xəstələrdə diqqət dağınıqlığı, unutqanlıq hissi müşahidə oluna bilər. Zehni yorğunluğun daha tez baş vermə ehtimalı var. Nəticədə iş qabiliyyəti və konsentrasiya zəifləyir".
Nəzərə çatdırıb ki, B12 vitamini çatışmazlığı olan anemiyada yaddaş problemləri daha qabarıq özünü büruzə bilər. Həmçinin vurğulayıb ki, Fol turşusu çatışmazlığı da sinir sistemi funksiyalarına təsir edir:
"Bununla yanaşı, hər yaddaş problemini yalnız qanazlığı ilə əlaqələndirmək düzgün deyil. Stress və psixoloji gərginlik də oxşar əlamətlər yarada bilər".
N.Məhərrəmov bildirib ki, yuxu pozğunluqları yaddaş zəifləməsinə səbəb ola bilər:
"Qalxanabənzər vəzin xəstəlikləri də nəzərə alınmalıdır. Ona görə də yaddaş problemi olan xəstələrdə qan analizi və əlavə müayinələr vacibdir".
Mina Mikayılova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
İrem Dericinin nişanlısı saxlanıldı
Bu yaşdan sonra ərə baxa bilmərəm' - Renka
Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun layihəsi ona tapşırıldı
Serdar Ortaç illər sonra etiraf etdi
Sılanın sevgilisi ilə yaxtada istirahət - FOTOLARI
Həftə ərzində az yatırsınızsa, bunu edin
Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq