Səid Rüstəmov

Səid RüstəmovAzərbaycan Respublikasının xalq artisti, dövlət mükafatı laureatı, professor Səid Rüstəmov (12 may 1907 — 10 iyun 1983) Azərbaycan bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, xalq çalğı alətləri orkestrinin dirijoru, pedaqoq, folklor tədqiqatçısı və ictimai musiqi xadimi olmuşdur.

Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvan (indiki Yerevan) şəhərində anadan olmuşdur. 1921-ci ildə o, Bakıya köçərək müəllimlər seminariyasını, 1929-cu ildə Musiqi Texnikumunu və 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kimya fakultəsini bitirmişdir.

Səid Rüstəmov musiqi sənətinə ilk dəfə tarzən kimi gəlmiş, bu sənətin sirlərini Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovdan və tarzən Mansur Mansurovdan mənimsəmişdir.

S.Rüstəmov 1931-ci ildə Ü.Hacıbəylinin təşkil etdiyi ilk notlu Azərbaycan xalq çalğı alətləri orkestrinin yarandığı gündən əvvəl konsertmeyster, daha sonra isə həmin orkestrin bədii rəhbəri və baş dirijoru kimi uzun illər fəaliyyət göstərmişdir.

30-cu illərdə bəstəkarlığa başlayan S.Rüstəmovun ilk əsəri — «Bayatı-kürd» muğamı əsasında fantaziya məhz xalq çalğı alətləri orkestri üçün yazılmışdı. Sonralar o, həmin orkestr üçün «Cəngi» və «Qəhrəmani» pyeslərini, üç süita, tar konserti və bir sıra kantatalar bəstələmişdir.

Bəstəkarın yaradıcılığında mahnı janrı mühüm yer tutur. Mübaliğəsiz qeyd etmək olar ki, S.Rüstəmov professional musiqi tariximizə əsil mahnı ustadı kimi daxil olmuşdur. Geniş dinləyici kütlələri tərəfindən sevilən «Alagöz», «Qurban adına», «Bənövşə», «Haradasan» və s. mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır. Onun «Sürəyya», «Mən sülhə səs verirəm», «Sumqayıt» mahnıları Dövlət mükafatına layiq görülmüşdür. S.Rüstəmov həmçinin, 1957-ci ildə xalq çalğı alətləri orkestrlərinin Ümumittifaq baxımında Qızıl medal qazanmışdır.

S.Rüstəmovun Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində mühüm rolu olmuşdur. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların — «Beş manatlıq gəlin», «Durna», «Rəisin arvadı» komediyalarının müəllifidir. Bəstəkar habelə, dram tamaşalarına, o cümlədən — «Hacı Qara», «Vaqif», «Almas», «Bahar suları» və b. tamaşalara musiqi yazmışdır.

S.Rüstəmov 30-cu illərdən başlayaraq, əvvəl Bakı Musiqi Texnikumunda, 1958-ci ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi kafedrasının tar sinfində müəllimlik etmiş, müəyyən illərdə kafedra müdiri kimi çalışmışdır. O, bu ixtisas üzrə professor elmi adını alan ilk mütəxəssis olmuşdur. Onun yetirmələri hazırda respublikanın görkəmli tarzənləri, bəstəkarları və dirijorlarıdırlar.

S.Rüstəmov 1935-ci ildə ilk dəfə olaraq «Tar məktəbi» tədris vəsaitini yazmış, Azərbaycan dilində ilk «Not savadı» dərsliyinin müəlliflərindən biri olmuşdur. S.Rüstəmov, həmçinin, orta və ali musiqi məktəbləri üçün S.R.Konüsün «İbtidai musiqi nəzəriyyəsi» və N.Rimski-Korsakovun «Harmoniya» dərsliklərini Azərbaycan dilinə tərcümə etmişdir.

S.Rüstəmovun yaradıcılıq fəaliyyətinin mühüm sahəsini musiqi folklorçuluğu təşkil edir. S.Rüstəmov Cabbar Qaryağdıoğlunun oxumalarından «50 xalq mahnısı» məcmüəsini və görkəmli aşıqların ifasından yazılmış 4 aşıq mahnıları məcmuələrini tərtib etmişdir. O, xalq musiqisi nümunələrini toplayaraq «Rəng» və «Azərbaycan xalq rəqsləri» toplularını çap etdirmiş, Bülbülün redaktəsi ilə «300 xalq mahnısı» toplusunun nəşrə hazırlanmasına fəal kömək göstərmişdir.

S.Rüstəmov fəal ictimai musiqi xadimi kimi 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə onun İdarə Hey'ətinin üzvü, 1949-1953-cü illərdə isə sədri olmuş, milli musiqi mədəniyyətimizin inkişafı naminə əzmlə çalışmışdır.
S.Rüstəmovun gözəl musiqisi xalqımızın qəlbində daim yaşayacaq. Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri S.Rüstəmovun adını daşıyır.

Maraqlı     Baxılıb: 6508   Tarix: 03 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

turlar.az

makiyaj etmek qaydalari aksessuarlar gelinlikler yemişan faydaları psixoloq meslehetleri sevgi ve seks baliqqulagi kosmetika kurtlar vadisi novruza aid hakışda layla usaq seirleri vicdan