Şəkər otunun MÖCÜZƏLƏRİ - arıqlama, orqanizmin təmizlənməsi, xərçəngin profilaktikası

Şəkər otunun MÖCÜZƏLƏRİ - arıqlama, orqanizmin təmizlənməsi, xərçəngin profilaktikasıStevia otu (onu "şəkər otu", "bal otu" da adlandırırlar) sözün əsl mənasında möcüzəli bitkidir.
Stevianın yarpaqlarında unikal şirin maddə "steviozid" var. Bitkinin yarpaqlarını emal etdikdən sonra təbii şəkər əvəzedicisi olan steviozid alınır. Bu maddə şəkərdən qat-qat şirindir. Steviozidin 50 qramı 10 kq şəkəri əvəz edir!
Həmçinin stevia azkalorilidir. 100 qr steviada yalnız 18 kalori var. Bu arıqlamaq istəyənlər üçün çox vacibdir.
Stevianın vətəni Çənubi Amerikadır. Bu ərazilərin yerli əhalisi stevianı qədim zamanlardan şəkər əvəzinə və həmçinin müalicəvi bitki kimi istifadə edir.
Stevianın kimyəvi tərkibi olduqca zəngindir. Burada efir yağları, büzücü maddələr, E, B, D, C, PP vitaminləri, aminturşuları, dəmir, mis. kalium, fosfor, sink, selen, maqnezim və s. kimi orqanizm üçün vacib maddələr var.
Steviadan hazırlanan təbii şəkər əvəzedicisi kimyəvi şəkər əvəzedicilərlə müqayisədə ziyansızdır və bütün dünyada qida sənayesində (şirniyyatların, yoqurtun, saqqısın və s. məhsulların istehsalında) geniş istifadə olunur.
Steviozid xüsusilə diabet xəstələr üçün hazırlanan hazır məhsulların tərkibində istifadə olunur. Bu maddə şəkərlə müqayisədə bu xəstələrin sağlamlığına mənfi təsir etmir. Təbii ki, burada da müəyyən məhdudiyyətlər var.
Stevia şəkərdən daha faydalı hesab edilir. Bu səbəbdən son zamanlar sağlam həyat tərzi pərəstişkarları qidalanmada şəkəri stevia ilə əvəz edirlər.
Stevia bitkisinin müalicəvi xüsusiyyətləri arasında:
- qanda şəkərin səviyyəsini tənzimləyir
- arterial təzyiqi aşağı salır
- qanda xolesterinin səviyyəsini aşağı salır, damarları aterosklerozdan qoruyur
- orqanizmi ziyanlı maddələrdən təmizləyir
- iltihabları azaldır
- bağırsaqlara antiseptik təsir göstərir
- immun sistemini möhkəmləndirir
- metabolik prosesləri sürətləndirir, arıqlamağa kömək edir
- dərinin vəziyyətini yaxşılaşdırır
- xərçəng xəstəliklərin inkiaşfından qoruyur
Steviadan çox faydalı və dadlı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. stevia yarpaqlarını 1 stəkan isti suda 30 dəqiqə ərzində dəmləyin və adi çay kimi için. Bu içki iştahanı azaldır və bununla da arıqlamaq istəyənlərə kömək edir.
Həmçinin stevianın yarpaqlarını salatlara da əlavə etmək olar.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1642   Tarix: 24 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

geymler 2026 yemek reseptleri qis geyimləri 2026 düzgün makiyaj qadın yumurta qabiginin xeyri sepsis xesteliyi kosmetika maya maskasi banan oğlan evine aid hakisda masturbasiya novruz bayramı haxışta