Şəkər tozu alanda bu qaydalara DİQQƏT EDİN

Şəkər tozu alanda bu qaydalara DİQQƏT EDİNGündəlik istifadə etdiyimiz əsas qida maddələrindən biri də şəkər tozudur. Şəkər sinir sistemini gücləndirən, görmə, eşitmə qabiliyyətini və diqqəti artıran, eləcə də asanlıqla həzm olunan yüksək kalorili (375 kkal / 100 q) bir yeyinti məhsuludur. Kimyəvi tərkibinə görə təmiz saxarozadan ibarət olan şəkər insan orqanizmində 95 faizdən çox mənimsənilir. Sağlam insanın gündəlik qida rasionunda şəkərin miqdarı 60-80 qramdan çox olmamalıdır.
Bəs şəkər tozu alarkən nələrə diqqət etməliyik?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, şəkərin istehsalı üçün əsas xammal kimi şəkər qamışı və şəkər çuğunduru istifadə olunur. Dünya üzrə istehsal olunan şəkərin 45 %-i şəkər çuğundurundan, 55 %-i isə şəkər qamışından alınır. Yəni dünya üzrə 94-97 milyon ton şəkər istehsalının (xam şəkərə hesablandıqda) 56-60 milyon tonu şəkər qamışının, 36-38 milyon tonu isə şəkər çuğundurunun payına düşür.
Şəkər qаmışının gövdəsi şəkər istеhsаl еtmək üçün əsаs хаmmаl sayılır. Bu bitkinin tərkibindəki şəkərin miqdаrı şəkər çuğundurunа nisbətən аzdır. Şəkər çuğundurundan istеhsаl еdilən şəkər tozu əhаlinin bu məhsula оlаn tələbаtının ödənilməsində dаhа mühüm əhəmiyyətə malikdir. Bu xammal bir  çox texnoloji mərhələdən keçdikdən sonra şəkər halına düşür. Qeyd edək ki, 100 kq şəkər çuğundurunun еmаlındаn 12-15 kq şəkər alınır.
İstehlakçıların məhsulun keyfiyyətinin qiymətləndirilməsi üçün ilk növbədə  bir sıra amillərə diqqət yetirmələri tövsiyə olunur.
Şəkər tozunun keyfiyyəti kristalların quruluşuna, xarici görünüşünə, rənginə, dadına, iyinə və kənar qatışıqların olub-olmamasına görə müəyyən edilir. Belə ki, şəkər tozu quru, dənəvər olmaqla ələ yapışmamalı, kristallarının həcmi 0,2-2,5 mm olmalıdır. Rəngi ağ, sarımtıl, parıltılı olmalıdır. Dadı təmiz şirin olmaqla, kənar dad və iy verməməlidir. Keyfiyyətli şəkər tozu suda tam həll olmalı və çöküntü verməməlidir. Şəkər tozunda nəmin kütlə hissəsi 0.14 %-dən daha çox olmamalıdır. Quru maddə baxımından saxarozanın kütlə hissəsi isə 99,75 %-dən az olmamalıdır. Şəkər tozunda reduksiyaedici  maddələrin kütlə payı 0.05 %-dən daha çox təşkil etməməlidir.
Ümumiyyətlə, məhsulun toz şəkər və quru dənəvər formaları olur. Toz şəkər saxaroza kristallarından ibarətdir. Ölçüləri vahid, nizamlı formalı və parıldayan olmalıdır. Quru dənəvər şəkərin və onun sulu məhlulunun qoxusu yoxdur və suda tam həll olunur. Əgər suda həll etdikdən sonra suyun rəngi dəyişirsə, çöküntü yaranırsa, bu şəkər rafinasiya olunmamış, yəni saflaşdırılmamış (keyfiyyətsiz) məhsul sayılır.
Şəkər tozu nəmliyə məruz qalmamalı, düzgün temperaturda saxlanmalıdır.
Məhsulun keyfiyyətinin aşağı düşməsinə mal qonşuluğu prinsipinin pozulması da ciddi təsir edir. Mal qonşuluğu prinsipinin başlıca şərti qida məhsullarının fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə alıb, onları münasib şəraitdə saxlamaqdır. Belə ki, şəkər məhsulunu yaxşı havalandırılan, quru otaqlarda saxlamaq məqsədəuyğundur. Rəflərdə kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır.
Həmçinin kəskin qoxulu məhsullardan ayrı saxlanılması tövsiyə olunur.
Qida rasionumuzun əsasını təşkil edən məhsullardan olsa da, şəkərin normadan artıq qəbulu sağlamlığımız üçün təhlükəlidir. Təsadüfi deyil ki, şəkər tozunu "ağ ölüm" də adlandırırlar. Bir çox xəstəliklərin meydana gəlməsinə, xüsusilə də artıq çəki və diabetin yaranmasına səbəb olur. Eyni zamanda xroniki xəstəliklərə yol açır. Şəkərdən həddən artıq istifadə immun sistemini zəiflədir, nəticədə orqanizm xəstəliklərə qarşı mübarizədə müqavimətini itirir. Mütəxəssislər orqanizmin şəkərə olan tələbatını təbii qidalardan almağı tövsiyə edirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2019   Tarix: 28 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geymler 2026 toy gecesi yemek reseptleri xren yarpagi elaci 2026 geyim kolleksiyalari prostat kosmetika turpun nağlı xeyanet xanım az qiz evi anabaci