Şəkərli diabetin İLK SİMPTOMLARI. Bunu hər kəs bilməlidir

Şəkərli diabetin İLK SİMPTOMLARI. Bunu hər kəs bilməlidirİldən ilə şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanların sayı bütün dünyada sürətlə artır.
Müasir tibbdə bu ən ciddi problemlərdən biri sayılır.
Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, hər il bütün dünyada xəstələrin sayı 6-10% artır, hər 10-15 ildən bir xəstələrin sayı 2 dəfə artır. Bəzi hesablamalara görə, hal hazırda bütün dünyada 200 mln.-dan artıq şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar var.
Bu xəstəlikdən heç bir insan sığortalanmayıb. Şəkərli diabet hər bir insanda və hər yaş dövründə inkişaf edə bilər.
Şəkərli diabetin erkən aşkar olunması çox vacibdir. Uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet müxtəlif ağır fəsadlara, o cümlədə diabetik komaya, səbəb ola bilər.
Xəstəliyin ilk simptomlarını hər bir insan bilməli və özündə bu simptomları (və ya onlardan bəzilərini) müşahidə etdikdə, dərhal endokrinoloqa müraciət etməlidir.
Beləliklə, şəkərli diabetin ilk simptomları bunlardır:
- İnsan ağızda daim quruluq hiss edir və susuzluqdan əziyyət çəkir, gün ərzində 3-5 l və daha artıq maye qəbul edir.
- İnsan daha tez-tez sidik ifraz edir (xüsusilə gecə saatlarında).
- Bəzi insanlarda iştaha kəskin şəkildə artır. Onlar həddən artıq çox qida qəbul etməyə başlayır (xüsusilə şirin qidaları). Lakin onların çəkisi artmır, əksinə azalır.
- Xəstənin dərisi qaşınır (xüsusilə aralıq nahiyyəsində).
- İnsan tez yorulur və yuxululuq hiss edir.
- Dəridə göbələk xəstəlikləri və çibanlar tez-tez olur.
- Görmə qabiliyyəti birdən-birə azalır.
Ümumillikdə isə 40 yaşına çatmış hər bir insan 1 ildə 2 dəfə qanda şəkərin səviyyəsini profilaktik olaraq yoxlamalıdır. Bu xəstəliyin erkən aşkar olunmasına kömək edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1343   Tarix: 10 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qis geyimləri 2026 makiyaj instagram reseptler yay kolleksiyasi 2026 qis modasi gavalinin faydalari daban agrilari kosmetika vətən həsrətinə aid bayatılar vətənə aid qiz evi haxista paxlava ana haqqinda bayati