Şəkilə bax - diaqnoz qoy! Foto xərçəngi aşkar edir

Şəkilə bax - diaqnoz qoy! Foto xərçəngi aşkar edirBəzən adi fotoşəkil ağır xəstəliyin diaqnozunu qoymağa kömək edə bilər.
Şəkildə insanın bir gözü qırmızı, digəri isə ağ çıxırsa, bu çox ciddi və təhlükəli simptomdur. Bu insanda buynuzlu qişanın xərçəngindən (retinoblastoma) xəbər verir. Şəkildə insanın gözləri adətən qırmızı rəngdə çıxır. Bu normaldır. Foto çəkiləndə işıq buynuzlu qişadan əks olunur və gözlər şəkildə qırmızı çıxır. Gözün torlu qişasında şiş inkişaf etdikdə şəkildə insanın gözündə ağ ləkə çıxır.
Torlu qişanın xərçəngi - retinoblastoma əksər hallarda 5 yaşına kimi olan uşaqlarda inkişaf edir. Böyüklərdə bu xəstəliyə çox nadir hallarda təsadüf edilir.
Əksər hallarda xərçəng bir gözdə inkişaf edir, daha nadir hallarda patoloji proses xəstənin hər iki gözünü zədələyir. Gecikmiş mərhələlərdə xərçəng bütün göz almasına, beyinə, limfa düyünlərə, digər orqan və sümüklərə yayılır.
Retinoblastomanın inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. İrsiyyət risk faktorlarından biri sayılır. Lakin bir çox hallarda retinoblastomanın inkişaf etmə səbəblərini təyin etmək mümkün olmur.
Heç bir uşaq bu xəstəlikdən sığortalanmayıb. Lakin hal hazırda vaxtında aşkar olunmuş retinoblastoma çox uğurla müalicə olunur və xəstə tam sağalır. Bu səbəbdən xəstəliyi vaxtında aşkar etmək çox vacibdir. Bəzən məhz foto bu işdə valideynlərə və həkimlərə kömək edir.
İlkin mərhələlərdə retinoblastoma simptomsuz inkişaf edir. Daha sonra göz bəbəyində qeyri-adi parlaqlıq əmələ gəlir, görmə pozulur (uşaq bunu hiss etməyə bilər), çəpgözlük inkişaf edir, göz almasında ağrı olur.
Diaqnozun dəqiqləşdirilməsi üçün KT istifadə olunur.
Daha sonra xəstəyə müalicə təyin olunur. Müalicənin əsas metodu cərrahi əməliyyatdır. Həmçinin şüa terapiya, lazer, krioterapiya və s. istifadə olunur.
Müalicə vaxtında başladıqda və düzgün aparıldıqda, xəstə uşaq tam sağalır və zədələnmiş göz də saxlanılır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1529   Tarix: 25 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib. xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir

.

Bu vərdişlər infarkt riskini ARTIRIR

Rusiyalı kardioloq Filip Kuzmenko bildirib ki, mütəmadi tibbi yoxlamalar infarkt riskini azaltmağa kömək edə bilər. Həkimin sözlərinə görə, xüsusilə xolesterin göstəriciləri, qan şəkəri və arterial təzyiq daim nəzarətdə saxlanılmalıdır

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer"

.

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan