Sevilirsinizmi? - Test

Sevilirsinizmi? - TestNə qədər sevildiyinizi bilmək üçün təqdim etdiyimiz bu testin suallarına cavab verib, sonra balları hesablayın.

1. Sizcə, əhvalınızın necə olması, nə yeyib, nə içdiyiniz, günü necə keçirdiyiniz münasibətdə olduğunuz insanı maraqlandırırmı?

a) Bəzən.
b) Əlbəttə ki, hə.
c) O qədər də maraqlandırmır.

2. Keçmişdə yaşadıqlarınız barədə soruşurmu və ya öz keçmişi haqqında sizə danışırmı?

a) Hərdən olur, lakin çox nadir hallarda.
b) Yox, çünki onun üçün əsas olan bizim hazırda bir yerdə olmağımızdır. Keçmişdə olanlar keçmişdə qalıb.
c) Bəli, tez-tez keçmişdə olub-bitənləri müzakirə edirik.

3. Partnyorunuz sizi qısqanırmı və öz qısqanclığını necə biruzə verir?

a) Bəli. Mən buna imkan yaradıramsa qısqanır.
b) Əgər qısqanırsa da, onun davranışları daha çox zarafata bənzəyir.
c) Onun qısqandığını demək olar ki, hiss etmirəm.

4. Ona bəxş etdiyiniz emosiyaların qarşılığını yetərincə ala bilirsinizmi?

a) Hər dəfə fərqlənir. Ya həddindən çox, ya da heç.
b) Qarşılığını artıqlamasıyla alıram.
c) "Bəlkə verər" deyə gözləyirəm.

5. Birlikdə olduğunuz insan barəsində "O, mənim fikirlərimə önəm verir" deyə bilərsinizmi?

a) Heç bilmirəm də... Kim bilir bəlkə də...
b) Bəli.
c) Güman edirəm ki, düşüncələrim onun üçün heç də hər zaman önəmli deyil.

6. Partnyorunuzun sizin qayğınıza qalmağa can atdığını hiss edirsinizmi?

а) Vəziyyətdən asılıdır. Tez-tez də olmasa, bunu hiss edirəm.
b) Hər zaman onun qayğısını duyuram.
c) Yox.

7. Söhbət zamanı fikirlərinizi biri-birinizə aydın şəkildə deyə bilirsinizmi, yoxsa deyə bilmədikləriniz də var?

a) Bəzən belə hallar olur.
b) Bizim aramızda hər şey açıq-aşkardır. Söyləyə bilməyəcəyimiz bir şey yoxdur.
c) Bəli, belə hallar tez-tez olur.

Nəticə

Sualları cavablandırarkən daha çox hansı bəndi işarələmisiniz -"a" , "b" , yoxsa "c" ?

"a" cavabı çoxdursa – Bu, hələ sevgi demək deyil, ola bilər ki, partnyorunuz hələ yeni-yeni sizi sevməyə başlayır. Yox, əgər bərəbərliyiniz çoxdandırsa, aranızdakı natamam sevginin işığının sönəcəyi istisna edilmir. Odur ki, müxtəlif üsullarla biri-birinizi daha çox sevindirməyə çalışın. Bu zaman müxtəlif fərqli sürprizləri də unutmayın! Hazırkı vəziyyətiniz belə şeyləri unuda biləcəyinizdən xəbər verir...

"b" cavabı çoxdursa - Təbrik edirik. Çox güman ki, o, sizi sevir! Ancaq yadda saxlayın ki, sevgini yaratmaq və onu qorumaq hər iki fərddən asılıdır. Çalışın ki, bir qayda olaraq partnyorunuzun sizə qarşı xoş münasibətini cavabsız qoymayasınız. Biri-birinizi qayğı və diqqətdən kənar qoymayın! Qəlbinizin istiliyini əsirgəməyin!

"c" cavabı çoxdursa – Əminliklə deyə bilərik ki, aranızda romantik bir sevgidən söz ola bilməz! Çox güman ki, ortada adət halını almış bir bağlılıq var. Bir sözlə, sizin partnyorunuz öz hisslərini çox ustalıqla gizlədir. Bu ancaq insan öz hisslərindən əmin olmadıqda belə olur.

Ailə və Uşaq     Baxılıb: 2521   Tarix: 27 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

turlar.az

sac duzumleri qadin dunyasi sade makiyaj sekilleri geyim və aksessuarlar xanımlar zire yagi sac ucun həzm orqanları kosmetika əqrəb uşaq şeirləri intim dieta zehmet ve zinet