Seyrək qaşlar üçün 5 məhsul
Xanımların əksəriyyəti qaşlarının seyrək olmasından, tökülməsindən şikayət edirlər.
Xanim.az axşam.az-a istinadən xəbər verir ki, bu problemlə mübarizə aparmaq üçün lazım olan ərzaqların əksəriyyəti mətbəximizdə mövcuddur. Kimyəvi proseslərə müraciət etmədən öncə bu üsulları sınaya bilərsiniz.
Sarımsaq
Ta qədim zamanlardan bəri sarımsaq tük əmələ gətirmə xüsusiyyətinə görə istifadə edilir. Bu tərəvəzi iki yerə bölüb qaşlarınıza çəkin. Əgər qoxudan narahat olsanız, qaşlara daha sonra limon və gül suyu çəkə bilərsiniz.
Badam yağı
Badam yağı əsasən bədəndəki dəri dartılmalarının qarsının alınmasında istifadə edilsə də seyrək qaşlar üçün də çox faydalıdır. Yağı pambıgın üzərinə əlavə edib qaşlarınıza çəkin. 1 ssat sonra isə iliq su ilə yuyun.
Zeytun yağı
Təbii nəmləndirici olan bu yağ qaşları da gurlaşdırır. Gecə yatmazdan əvvəl zeytun yağı ilə qaşlarınızı 1-2 dəqiqə masaj edin. Yumadan yatın.
Fındıq yağı
Seyrək qaşlar üçün istifadə edilən bir digər yağ da fındıq yağıdır. Onu pambığa əlavə edib qaşlarınıza çəkin və 1 saat sonra yuyun.
Kokos yağı
Hindli qadınların qaş, saç baxımında istifadə etdiyi kokos yağı əsl möcüzədir. Soyuq sıxım olan bu yağla qaşlarınızı yüngül masaj edin və 1 saat sonra yuyun.
Sonda onu qeyd edək ki, bütün bu yağ növlərini istifadə etmədən əvvəl dərinizdə ona qarşı allergiya olub-olmadığını yoxlayın. Bunun üçün yağdan bir damlanı biləyinizə çəkib gözləyin. Qızartı və qaşınma olduğu təqdirdə istifadə etməyin.










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?