Sink koronavirusla mübarizədə necə kömək edir? - Endokrinoloqdan vacib tövsiyələr

Sink koronavirusla mübarizədə necə kömək edir? - Endokrinoloqdan vacib tövsiyələrSink koronavirusun çoxalmasına maneə yaradan yeganə metaldır. Onun COVID-19-un müalicəsində əksər hallarda digər dərman və ya əlavələrlə istifadəsinə dair 30-dan çox tədqiqat var.
Həkim-endokrinoloq Aysel Zeynalova Media.Az-a bu barədə danışıb.
"Koronavirusda sinkə ikiqat önəm veririk. Birincisi, sink immunitet sistemimizi dəstəkləyən vacib mikroelementdir. O, yoluxucu proseslərə həssaslığı azaldır və eyni zamanda xəstəliyin müddətini qısaldır. İkincisi, sink qoxu və dadbilmə hisslərinin qorunmasında iştirak edir. COVID-19-un ümumi əlamətlərindən biri də onların itkisidir, buna görə də sinkin onların bərpa olunmasında rolu böyükdür".
Həkimin sözlərinə görə, sink çatışmazlığı saç tökülməsinə, yaraların gec sağalmasına, sızanaqlara, zəif qoxu hissinə, impotentliyə və əsas da immunitetin zəifləməsinə səbəb olur.
Endokrinoloq qeyd edib ki, vətəndaşlarımızın çoxu ət yeməyi sevirlər və sink ən yaxşı heyvan qidalarından sorulur. Buna görə də, onun çatışmazlığı əsasən bizim üçün xarakterik deyil:
"Vegeterianlarda bitki mənşəli qidalardan sink az sorulduğundan, veqanlarda pəhrizdə heyvan məhsullarının tamamilə olmamasından və müntəzəm olaraq diyeta saxlayanlarda sink çatışmazlığı müşahidə edilir".
Həkim sink çatışmazlığının özünü hansı hallarla göstərməsindən də bəhs edib:
"Bəzi insanlar daim soyuqdəymə ilə qarşılaşır, bəzilərinin qəfildən saçları tökməyə başlayır, bəzilərində isə ümumiyyətlə heç bir simptom olmaya bilər. Yeri gəlmişkən, uşaqlarda bu böyümənin ləngiməsində özünü büruzə verir".
Həkim qeyd edib ki, sinki profilaktik dozalarda kişilər 11 mq, qadınlar 8 mq, uşaqlar yaşından asılı olaraq 2-8 mq, veqanlar isə - 12-16 mq qəbul edə bilərlər.
O, ətin, dəniz məhsullarının sinklə zəngin olduğunu bildirib.
"Sink, dəmir və mis dediyimiz kimi sorulma uğrunda davamlı mübarizə içərisindədir. Bu mikroelementlərdən biri daha çoxdursa, qalanları daha az dərəcədə sorulur. Beləliklə, uzun müddətli sink istehlakı ilə mis və dəmirin sorulması azalır, bu da immunitetin azalmasına və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bundan əlavə, həddindən artıq dozada qəbul ürək bulanması, ishal, qarın ağrısı və ağızdakı metal dadı verə bilir", - deyə həkim vurğulayib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1713   Tarix: 27 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler hamilelikde qidalanma pomidorun ziyani qadin.az döşlər endirimli paltarlar kosmetika novruz bayramına aid hakışda atalar sözü klitor bayatılar fitat